“Rusiya artıq Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı siyasətini dəyişməlidir” - deputat
Tarix: 17-08-2021, 08:13 | Çap et
Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı bir çox mətləblərə aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq öz tarixi missiyasını başa vurub və bizə müharibə lazım deyil: “Lakin Ermənistan təxribatçı əməllərinə son qoymasa, “Dəmir yumruq” yerindədir”.
Prezident müsahibə zamanı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub. Deyib ki, Rusiya Ermənistanı silahlandırmağa davam edir və bu? qəbuledilməzdir: “Biz istəyirik ki, Rusiya bizim narahatlığımızı nəzərə alsın. Ermənistana nə qədər silah verilsə də, güc nisbəti dəyişmir. Rusiya 30 il müddətində Ermənistana silah verib. Amma o silahların bir qismi indi Azərbaycanda, Hərbi Qənimətlər Parkındadır. Bölgənin yenidən silahlandırılması prosesində biz təşəbbüskar deyilik”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmasını Qarabağda münaqişəni yenidən alovlandırmaq niyyəti ilə əlaqələndirib. Beləliklə:
- Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı mühüm mesajlar verdi. Bu barədə təəssüratlarınızı eşitmək maraqlı olardı...
- Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi zamanı söylədiyi fikirlər aktual olmaqla yanaşı, ölkəmizin və regionun inkişafı üçün yol xəritəsi sayıla biləcək məqamlardır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi zəfər qazandı. Bu zəfər nəticəsində biz illərdir işğal altında olan torpaqlarımızı azad etdik. Bir daha əmin olduq ki, ermənilər işğal dövründə həmin ərzilərdə terror törədiblər. Həmin əraziləri dağıdaraq xarabalığa çeviriblər. Bölgədə daşı daş üstə qoymayıblar. Müharibə bitsə də, bizim qarşımızda kifayət qədər mühüm məsələlər dayanır.
Bunlardan birincisi işğaldan azad olunan ərazilərimizdə infrastrukturu və nəqliyyat qovşağını bərpa etməkdir. 10 noyabr üçtərəfli bəyanatında da bu məqamlar öz əksini tapıb. Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Üçtərəfli bəyanatın ziddinə olaraq müxtəlif təxribatlar törədir. Xüsusən Zəngəzur dəhlizinin bərpasından imtina edir. Sərhəd bölgəsində atəşkəs rejimini pozmağa çalışır. Lakin düşmən unudur ki, onun xilası məhz bu dəhlizin açılmasından, əlaqələrin bərpasınddan keçir. Kimlərsə Ermənistana dəstək və ya hərbi sursat vermək istəyirsə, bu, ilk növbədə ermənilərin öz əleyhinə yönəlib. Hətta bir dövlət olaraq məhvinə gətirib çıxara bilər. Çünki Prezidentin də qeyd etdiyi kimi, bu silah-sursat güc nisbətini dəyişmir. Azərbaycan bölgədə sülh və əmin-amanlığın olmasında maraqlıdır. Bu, Ermənistan üçün böyük imkandır.
- Ermənistanın silahlandırılması məsələsindən danışdınız. Prezident ilk dəfə olaraq açıq mətnlə Rusiyanın Ermənistanı silahlandırdığını qeyd etdi...
- Rusiya 30 ildir bu siyasəti yürüdür və indiyə qədər milyardlarla dollar vəsaiti Ermənistanın silahlanmasına yönəldib. Və buna görə erməni tərəfindən heç bir pul almayıb. Rəsmi Kreml bunu Ermənistanın müttəfiqi olması ilə izah edir. Lakin Minsk Qrupunun həmsədri olan, Qarabağa sülhməramlı missiya göndərən Rusiya bunu etməməlidir. Moskva düşünürsə ki, bu yolla Azərbaycana təzyiq edə biləcək, yanılır. İlham Əliyevin də dediyi kimi, bu gün həmin silahlar Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur. Təbii ki, bunu həm Rusiya, həm də Ermənistanda başa düşürlər.
Ermənistan yenidən silaha əl atmalı olacaqsa, bu halda öz müqəddəratını təhlükə altına atacaq. Düşünürəm ki, Rusiya nəhayət bundan sonra barışdırıcı tərəf olmağı bacarmalıdır. İstər Azərbaycana, istər Ermənistana, istərsə də Gürcüstana münasibətdə bu uğursuz siyasətindən birmənalı imtina etməlidir. Prezidentin müsahibəsi zamanı səsləndirdiyi daha bir önəmli məqam Rusiyanın Ermənistanın müttəfiqi, Azərbaycanın isə qonşusu olması ilə bağlı söylədikləri oldu. Müsahibə zamanı çox ciddi xəbərdarlıqlar oldu və hər kəs bundan lazımi nəticə çıxarmalıdır.
- Belə iddialar var idi ki, Paşinyan Qərbə bağlı siyasət yürüdür və Rusiya onu dəstəkləməyəcək. Bununla bağlı iddiaların həqiqət yükü varmı?
- Hansısa dövlət başçısının Qərbə bağlılığı ilə deyilənlər həqiqəti əks etdirmir. Eyni zamanda, digər qüvvələrlə bağlı söylənilənlər də buna aiddir. Ermənistan Rusiyanın forpostudur və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, belə də davam edəcək. Bunu doğuran səbəblər isə həm müxtəlifdir, həm də ciddi. Köçəryan və Sərkisyan dövründə baş verən hərbi cinayətlərə, işğalçılıq fəaliyyətinə etiraz olaraq erməni xalqı yenidən Paşinyana dəstək verdi. Paşinyan məğlub ölkənin rəhbəri olaraq yenidən iqtidarda qala bildisə, bu, artıq o deməkdir ki, erməni xalqı müharibə istəmir, sülhdən yanadır və bu mövqeyini son seçkilərdə aydın şəkildə ortaya qoydu.
Bu gün Paşinyan üçün şans var ki, erməni ictimaiyyətinin etimadını doğrultsun. Üçtərəfli bəyanatın hər bir bəndini yerinə yetirərək, ölkəsindən istifadə edən qüvvələrlə yollarını ayıra bilər. Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ərazi iddialarına son qoymaqdan, nəqliyyat infrastrukturunu bərpa etməkdən və sülh müqaviləsi imzalamaqdan keçir. Düşünürəm ki, yekunda bunu başa düşərək, öz mənfur siyasətlərindən əl çəkəcəklər.
- Daha bir ehtimal isə ondan ibarətdir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqdan imtina edib və bundan sonra Rusiya ölkəmizə qarşı təzyiqləri artırıb...
- Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyü praktik olaraq mümkün deyil. Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz heç bir hərbi bloka daxil olmaq fikrində deyil. Azərbaycan nə NATO-ya, nə də KTMT-yə üzv olacaq. Bizim bir ölkə olaraq özümüzü qorumaq üçün kifayət qədər imkanlarımız var. Bu mənada hər hansı blokda olmağa ehtiyacımız yoxdur. Bunu Rusiyada da gözəl anlayırlar. Cənubi Qafqazda real təsir imkanlarına malik, potensial əməkdaşlığa hazır olan yeganə ölkə Azərbaycandır. Bu mənada onların KTMT üzərindən Azərbaycana təzyiq etməsi və bu yolla nəticə əldə edəcəyi utopiyadan başqa bir şey deyil.
- Qarabağda antiterror əməliyyatı başlaya bilərmi? Yenidən müharibə riski qalırmı?
- Azərbaycan sülhün tərəfindədir və yenidən müharibənin başlamasında maraqlı deyil. Lakin Ermənistan 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaları kobud sürətdə pozmaqda davam edərsə, bunun baş verməsi istisna olunmur. Bu xüsusda qısamüddətli antiterror əməliyyatının da başlaması mümkündür. Bu gün Ermənistanın nə hərbi, nə də iqtisadi gücü var ki, döyüş meydanında Azərbaycanla üz-üzə gəlsin. “Dəmir yumruq” öz yerindədir və yollarını azsalar, yenidən başlarına dəyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
|