İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

Azərbaycana YENİ MÜXALİFƏT SIRIMA CƏHDİ... - NƏ BAŞ VERİR?
Tarix: 10-08-2021, 09:10 | Çap et
Azərbaycana YENİ MÜXALİFƏT SIRIMA CƏHDİ...
Son illər ölkələrə xaricdən müdaxilə imkanları sıfırlanan beynəlxalq güclər yeni metodlarla işləməyə başlayıblar. Müxalifət və QHT-lər vasitəsilə ölkələrin siyasi həyatına təsir etmək imkanından məhrum olanlar yeni qüvvələri meydana atır.

Məsələn, Fransadakı “sarı jiletlər” buna parlaq sübutdur. Azərbaycanda isə siyasi vəziyyəti gərginləşdirmək, ölkənin əsas problemindən (Qarabağ məsələsi, Ermənistanla sərhədlərin müəyyənləşməsi) diqqəti yayındırmaq üçün heyvansevərlər və feministlər meydana çıxarılıb. Onlar heyvan hüquqları və qadınları qorumaq adı altında polislə qarşıdurmaya gedir, polis bölməsinin divarlarına qırmızı boya atmaqdan çəkinmir, beləliklə də həbs və ya cərimə cəzası almaq üçün hər şey edirlər. Yəni əslində bu adamların marağı nə heyvanlar, nə də qadın qətllərinə etirazdır. Bu adamlar beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı insan haqları ilə bağlı “çox ağır” vəziyyətə cəlb etmək, bəlkə də özləri bilmədən (və ya bilərəkdən) Ermənistanın dəyirmanına su tökmək istiqamətində fəaliyyət qurublar. Təsadüfi deyil ki, bu cür aktivistlər arasında Azərbaycanın milli qəhrəmanlarını hədəf seçən, anti-Azərbaycan ruhlu adamlar da var.

Niyə və kimlər durur bunların arxasında? Erməni lobbilərinin də maliyyələşdirdiyi bu cür təşkilatlardan Azərbaycan əleyhinə necə istifadə edilir? Onları necə ifşa etməli?

YAP-çı deputat Ceyhun Məmmədov Azərbaycanda qadın zorakılığının olmadığını qeyd etdi: “Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda gender bərabərliyi təmin olunub. Cəmiyyətdə qadınlara qarşı kütləvi zorakılıqdan söhbət gedə bilməz. Bir sıra zorakılıq hallarına gəldikdə isə bu məişət zəminindədir. Onu da qeyd edim ki bu proses təkcə bizim ölkədə deyil, xaricdə də ciddi müşahidə olunur. Məişətdə qadın zorakılığına ən çox məruz qalan ölkələrdən biri də Türkiyədir. Bu o mənaya gəlmir ki, bu siyasət dövlət səviyyəsində həyata keçirilir. Bu, məişət hadisəsidir, bununla bağlı hüquq-mühafizə orqanları zəruri tədbirləri həyata keçirəcəklər. Əgər kiminsə hansısa hadisəyə etiraz etmək fikir varsa, bunu sivil qaydada, dinc aksiyalarla da həyata keçirə bilər. Ancaq polis binasına hücum çəkmək, divarlarını boyamaq sivil metod deyil.

Elə şəxslər və qurumlar da var ki, onlar milli qəhrəmanları hədəf alır, cəmiyyət arasında onları nüfuzdan salmağa çalışırlar. Bu yanaşma da olduqca təhlükəli və milli maraqlara ziddir. Bu kimi təşkilatların bir qisminin xaricdən maliyyələşdirildiyi və oradan təlimat aldığı məlum məsələdir. Bir sıra hallarda bir sıra Qərb dairələri bu kimi təşkilatlardan bu və ya digər dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır və guya həmin ölkələrdə insan hüquqlarının pozulduğunu iddia etməyə çalışırlar. Bu kimi təşkilatların fəaliyyəti, həyata keçirdiyi layihələr, haradan maliyyələşdirildiyi ciddi araşdırılmalı və cəmiyyət bu barədə məlumatlandırılmalıdır. Onu da qeyd edim ki, hazırda postkonflikt dövründə yaşayırıq. Kimliyindən asılı olmayaraq hər kəs dövlətin yanında olmalı, milli maraqları üstün tutmalı, 44 günlük müharibədə qazandığımız zəfərin qorunmasına töhfə verməyə çalışmalıdır".

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev konkret suallar ünvanladı: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. Yaxın Şərqin ilk demokratik dövləti kişi və qadın hüquqlarını bərabərləşdirdi. 1918-ci ildə AXC Şərqdə ilk dəfə olaraq bütün vətəndaşlarına, o cümlədən qadınlara səsvermə hüququ verdi.

XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığı daha artıq hiss edilməyə başlamışdı. Bəhs edilən dövrdə baş verən siyasi, iqtisadi və mədəni proseslər bu fəallığı bir az da sürətləndirdi. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş dərəcədə yeni gender münasibətlərinin kontekstini yaradırdılar. İlk qadın məktəblərinin, qadın yığıncaqlarının və xeyriyyə cəmiyyətlərinin yaradılması vasitəsilə digər qadınları da bu fəaliyyətə cəlb etməyə çalışırdılar. Azərbaycan cəmiyyətinin kübar qadınları yaxşı təhsil almış və tez-tez xaricdə olmuşdular. Sovet dövründə də qadınların hüquqları daim müdafiə olunurdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra qadınlara geniş imkanlar verdi. Dövlət strukturınlarda vəzifələr verildi. Ümumillikdə Azərbaycan xanımı deyə bilməz ki, onun hüquqları pozulur. Bəli, ailə-məişət zaminində zorakılığa məruz qalan xanımlar var. Amma bu çox az faiz təşkil edir. İndi baxın, bu xaricdən idarə olunanlar, maliyyəşənlər nə deyirlər. “Bizimdir hür küçələr”, “Mənim bədənim, mənim seçimim, mənim azadlığımdır” şüarları səsləndirirlər. Nə istəyir bu qadınlar, yaxud da onlar kimlərdir? Yaxud da onların yaşayış tərzini kimlər məhdudlaşdırır? Deyə bilərəm ki, heç kim. Onlar çox az bir saydadırlar. Bəlkə heç on nəfər olmazlar. Bunlar Azərbaycanda siyasi vəziyyəti gərginləşdirmək, əsas problemlərdən diqqəti yayındırmağa çalışsalar da, heç nə alınmayacaq. Xaricdəkilər bunu başa düşəndən sonra verilən qrantları dayandıracaqlar".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hökuməti sərt tədbirlər görməyə çağırdı: “Bu aksiyalar təsadüfi hal sayıla bilməz. Çünki hətta milli qəhrəmanlar belə hədəf götürülür. Hesab edirəm ki, Azərbaycanda marağı olan, ölkəmizi zəif salmağa çalışan qüvvələr bir neçə müstəvidə Azərbaycanın gücünü yoxladılar. Onlar gördülər ki, Azərbaycan ərazilərini işğalda saxlamaqla, ona daimi problem yaratmaqla təsir etmək imkanları yoxdur. Xalqımız torpaqlarını azad etdi. Bundan xeyli əvvəl insanları sülhə, barışığa hazırlamaq adı altında müharibədən yayındırmağa çalışırdılar. O dönəmdə bu kəsimlərə feministlər də daxil olmaqla, xeyli vəsait ayırdılar. Gəncliyimizi tamam sıradan çıxarmağa çalışdılar. Bunun üçün bir sıra şüarlar hazırlandı. Narkomaniyanı burada yaymışdılar. Bu gün də o iş davam edir. Bu məsələləri daha çox aktivləşdiriblər. Söhbət gəncliyi sıradan çıxarmaqdan gedirdi. Çalışırdılar ki, ölkədə müharibə abı-havası olmasın. Hətta ziyalılarımıza təsir edib onları barışığa, danışıqlara cəlb etməyə çalışırdılar. Bütün bunlar effekt vermədi. İndi isə cəhd edirlər ki, şüurlara fərqli şəkildə təsir etsinlər, ölkənin işğalına əslində zehniyyətdən başlasınlar. Bununla gəncliyi sıradan çıxarmağa çalışırlar. Xaricdən gücləri çatmayıb, daxilə yönəliblər. Kənardan dəstək verdiklərini vurub Azadlıq meydanına gətirdik, tanklarını görk olsun deyə bu meydana gətirmişik. Düşünürəm ki, qeyd etdiyiniz məsələlər sıradan biri deyil. Azərbaycanda milli demokratik düşərgə çox ciddi şəkildə toparlanmalıdır. Hüquq-mühafizə orqanları bu məsələlərdə çəkinməli deyil. Ölkə ictimaiyyətinin dəstəyini hökumət arxasına alıb çox ciddi tədbirlər görməlidir. Feminist qafalılar ən böyük dəyərlərimizə, mentalitetimizə, bizi biz edənlərə zərbə vururlar. Maşaların fəaliyyətlərini genişləndirmələrinin qarşısını almalıyıq. Bu məsələdə vaxt itirmək olmaz”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru