AXCP sədri Əli Kərimli örtülü, Gültəkin Hacıbəyli isə açıq şəkildə sərsəm iddiaları dəstəklədilər - NƏ BAŞ VERİR?
Tarix: 4-08-2021, 08:56 | Çap et
Rusiya Liberal Demokrat Partiyasının (RDLP) lideri, Dövlət Dumasının ən böyük üçüncü fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölkəmizə yönəlik təhdidlərinə cəmiyyətin ən müxtəlif təbəqələrindən reaksiya gəlsə də, müxalifətin iki əsas partiyası olan AXCP və Müsavat prosesi susqunluqla izləmədədir. Hətta AXCP sədri Əli Kərimli örtülü, əsasən partiyasından ibarət olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə şovinist deputatın sərsəm iddialarını dəstəklədilər.
Bu da sosial mediada ciddi müzakirə doğurub. Bəziləri iddia edirlər ki, Jirinovskinin Azərbaycanla bərabər hakimiyyəti hədəf alması onların marağındadır. Üstəlik, rusiyalı siyasətçinin Amerika prezidenti Co Baydenin Azərbaycandakı hakimiyyət çevrilişi planlarında müxalifətə “yer verməsi”, deyəsən, onları məmnun edib. Həmişə Türkiyənin rolunu xüsusi qeyd edən müxalifətin bu dəfə qardaş ölkənin hədəfə alınması da sərt tənqidlərlə müşahidə olunub.
Müxalifət “Baydenin çevriliş planından” məmnundurmu, niyə reaksiya vermir?
AĞ Partiya başqanı Tural Abbaslı məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Müxalifət dedikdə biz Azərbaycanın ən böyük müxalif partiyalarından biri, bəlkə də birincisiyik. Jirinovskinin dediklərinə ən kəskin formada mövqe bildirmişik ki, heç bir xarici dövlətin siyasətçisi, yaxud təmsilçisi Azərbaycanın daxili işlərinə qarışa, ölkəmizə barmaq silkələyə bilməz. Bu istər iqtidar, istərsə də, müxalifət düşərgəsindən olsun. Kimliyindən asılı olmayaraq, belə fikirlər səsləndirən istənilən şəxs Azərbaycan tərəfdən təpkisini almalıdır. Jirinovskiyə də bununla bağlı təpkimiz ortadadır. Azərbaycanda biz elə bir cəmiyyət, dövlət qurmalıyıq ki, ölkəmizdə iqtidarları, müxalifətləri nə Rusiya, nə də Amerika müəyyən etməsin. Bunu xalqımızın özü müəyyən etməlidir. Bu istiqamətdə də AĞ Partiya üzərinə düşənləri haqqı ilə yerinə yetirir. Digər partiyaların bu məsələ ilə bağlı mövqeyi, fikir səsləndirib-səsləndirməməsi bizi qətiyyən maraqlandırmır. Bu mövzu ilə bağlı heç onları izləmirik. Kiminsə fəaliyyətinə qiymət vermirik və vermək də fikrimiz yoxdur. AĞ Partiya ancaq öz işi ilə məşğuldur. Öz fikir və bəyanatlarımıza cavabdehik. Bu baxımdan digərləri barədə mövqe bildirməyi məqbul hesab etmirik”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev hakimiyyət dəyişikliyinin bir yolunu qəbul edir: “Çevrilişlərin əleyhinəyəm. Ümumiyyətlə, başqa ölkələrin kiminsə, xüsusilə Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm. Bayden seçiləndə bildirmişdim ki, indi ABŞ yenə də ”rəngli" inqilablara start verəcək. O ki qaldı bu bəyanatlara, bəzi müxalifət nümayəndələrinşt susması onu göstərir ki, bunlar “Beşinci kolon” nümayəndələridir. Həmin dairələrlə əlaqələri var. Mən hakimiyyəti dəyişməyin bir yolunu qəbul edirəm. Bu seçki yoludur. Başqa yollar, “rəngli inqilablar” dövlətə, xalqa qarşıdır".
AMİP Mərkəzi Şurasının sədri Rəşad Aydın Müsavat və AXCP-yə əsas müxalif partiyalar statusu verilməsinin qəti əleyhinədir: “Əvvəla, onu qeyd edim ki, Qərbin ”çevriliş planı" iddiaları Jirinovskinin sərsəmləmələrindən başqa bir şey deyil. Odur ki, müvafiq reaksiya bu və ya digər dövlətin Azərbaycanda guya çevriliş hazırlaması ilə bağlı deyil, hər dəfə Azərbaycan və Türkiyə əleyhinə bəyanatları, eləcə də bütün keçmiş postsovet ölkələrinin ünvanına səsləndirdiyi məsuliyyətsiz və təxribat xarakterli ifadələri ilə tanınan Jirinovskinin açıqlamalarına olmalı idi və oldu da. Sizin də qeyd etdiyiniz kimi, cəmiyyətin müxtəlif təbəqələrindən, o cümlədən də ayrı-ayrı müxalifət təmsilçilərindən müvafiq reaksiyalar oldu. AMİP olaraq biz də hesab etdik ki, Jirinovskini Kremlin təlxəyi adlandırıb, onun dediklərinə əhəmiyyət verməmək düzgün yol deyil. Belə ki, bütün çağırışlarda Rusiya Dövlət Dumasının üzvü olan, parlamentdə sayına görə üçüncü ən böyük fraksiyanın rəhbəri olan, dəfələrlə seçkilərdə prezidentliyə namizədliyi qeydə alınmış və eləcə də Rusiya prezidentinin yanında Dövlət Şurasının üzvü olan bir şəxsin Azərbaycan və Türkiyə əleyhinə dediklərinə mütləq cavab verilməli idi. Elə bu səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya müvafiq notanın təqdim olunmasını düzgün hesab edirəm. Düşünürəm ki, bu nota rəsmi Moskvaya Jirinovski və onun kimi düşünənlərin ağzının yumulması ilə bağlı bir çağırışdır. Müxalifət içərisindən hansısa partiyaların susqunluq nümayiş etdirməsini isə ümumi müxalifətin adına bağlamaq lazım deyil və onlara müxalifətin iki əsas partiyası titulunu verməyinizi də məqbul hesab etmirəm. Jirinovskinin açıqlamalarından məmnun qalıb-qalmadıqlarına isə onların özləri cavab versə daha yaxşı olar. Milli İstiqlal Partiyası üçün məqbul olan tək hakimiyyət dəyişikliyi ayrı-ayrı xarici qüvvələrin planları əsasında deyil, Azərbaycan xalqının iradəsi ilə həyata keçəcək hakimiyyət dəyişikliyidir". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
|