Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                 

Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub? - Bir cibində nəmər, birində pasport...
Tarix: 31-07-2021, 08:36 | Çap et
Toyda partiya sədrlərinin "COVID pasportu"nu yoxlayan olub?
İyunun 22-də Operatriv Qərargahın verdiyi qərara görə, iyulun 1-dən etibarən ölkə ərazisində toy, nişan, ad günləri keçirilməsinə icazə verilib.

İcazə verilsə də, bu barədə qəbul edilən qərarlar hələ də müzakirə edilir. Kimsə bu qərarların yanlış olduğunu, kim isə, ümumiyyətə, toylara icazə verilməsinin əksinə çıxışlar edir. Yenə Operativ Qərargahın verdiyi qərara görə insanlar iki daşın arasında qalıblar. Üstəlik hökumətin son iclasında toylarda qaydaların kütləvi şəkildə pozulduğuna diqqət çəkilib, bunun yoluxmaya şərait yaratdığı vurğulanıb.

Qaydalara görə, əgər mərasimdə 50 nəfərdən 150 nəfərə qədər şəxs iştirak edəcəksə, yaşı 18-dən yuxarı olanların "COVİD- 19 pasportu" olmalıdır. "COVİD- 19 pasportu" bu xəstəliyə qarşı olan vaksinin hər iki dozasını qəbul edən şəxslərə verilir. COVID-19-dan sağalaraq immunitetə malik olması barədə sənəd təqdim edənlər də toyda iştirak edə bilərlər.

Eyni zamanda bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün maskalardan məcburi istifadə tələbi ləğv edilib. Sayı 50 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi qüvvədədir. Bu mərasimə qatılanlardan "peyvənd pasportu" tələb olunmur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar. Lakin qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Bu günədək 1200-dək çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minədək qonağın müvafiq sənədlərinə baxılıb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Cebhe.info partiya sədrlərinin Operativ Qərargahın toylarla bağlı qərarı qüvvəyə mindiyi gündən bu günə kimi toylarda iştirak edib-etmədiklərini araşdırıb.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev toylara qoyulan məhdudiyyətləri qəbuledilməz hesab edib:

“Mən çox toyda iştirak etməmişəm. İştirak etdiyim toylar da olub. Xüsusi olaraq məndən "peyvənd pasportu" istənilməyib. Yəqin orada yoxlayanlar bilirlər ki, millət vəkilləri hamısı peyvənd olunub. Mən də peyvənd olunmuşam və "peyvənd pasportu"-m da var. Məsələ burasındadır ki, toya gələnlərin hamısının bir-bir "peyvənd pasportu"-nu yoxlamaq mümkün deyil. Məsələn, gəlinin və ya bəyin qardaş-bacısının "peyvənd pasportu" yoxdursa, onları toya buraxmayacaqlar? Nənə-babası peyvənd olunmayıbsa, onları da toya buraxmayacaqlar? Bu absurddur, gülməlidir.

Mənə elə gəlir ki, toylarla bağlı Operativ Qərargahın verdiyi qərarın yerinə yetirilməsi çətindir. Yerinə yetirmə mexanizmi mövcud deyil. İnsanların xüsusən də rayon və kənd yerlərində texnoloji bilikləri yetərli deyil. Bu da rüşvətxorluğa və korrupsiyaya imkan yaradır. İnsanlar gedib pulunu verir, toyunu edir. İndiki halda xərci artmış olur, vətəndaşlar yersiz yerə incidilir və bunların hamısı əlavə yükə çevrilir. İstər şadlıq evləri, istərsə də toy edənlər qeyri-leqal yollar axtararaq, rüşvət verərək toylarını edirlər və istədiyi insanlar içəri daxil olurlar. Ona görə də toylara qoyulan məhdudiyyətlər qəbuledilməzdir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə vətəndaşları belə toplantılardan çəkinməyə çağırıb:

“Peyvənd olunsam da, çalışıram ki, belə toplantılarda iştirak etməyim. Peyvənd belə insanları yoluxmayacağına tam zəmanət vermir. Belə toplantılardan çəkinmək lazımdır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu insanların peyvəndə müxtəlif yollarla cəlbinə qarşıdır:

“Mən özüm peyvənd olunmamışam. Koronavirusa yoluxub sağalmışam. İnsanlar arasında bir məlumat yayılıb ki, peyvənd sonsuzluq yaradır. İnsanlar özləri könüllü şəkildə peyvənd olunmalıdır. Təzə evlənənlər də peyvəndləri vurdurmağa məcburdur. Bu peyvəndlərin uzun müddətdə təsirləri elmə məlum deyil. Bütün bu məsələlər konstitusiya ilə həll olunmalıdır. İnsanları məcbur etmək olmaz ki, onlar peyvənd olunsunlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı toylarda ondan "peyvənd pasportu" istəyən olmadığını deyib:

“Toylarda iştirak etmişəm və məndən "peyvənd pasportu" istəməyiblər. Mənim bəzi dostlarım və yaxınlarımdan "peyvənd pasportu" tələb olunub. Bu məsələnin özündə də ikili standartlara yol verilib. Rüşvət verən ailələr tək toy məclislərini deyil, yas mərasimlərini çoxsaylı insanların iştirakı ilə keçirə bilər. Faktiki olaraq pandemiyadan rüşvət və korrupsiya məqsədləri üçün istifadə olunur”.

Ağ Partiyanın sədri Tural Abbaslı toylarda pasport və say gözlənilmədiyini deyib:

“Mən qərarın ilk günlərində toylarda iştirak etmişəm. Toylarda məndən heç kim "peyvənd pasportu" istəmədi. Heç toyda iştirak edənlərin sayı da 150 deyildi. Düz də etmişdilər. Nə "peyvənd pasportu", nə də say gözlənilir. İnsanlar seçim qarşısında qalıb. Onlar iki dəfə toy edirlər. Birini dost və yaxınlar üçün, birini də qohumlar üçün. Absurd qərarlar verilib. Şadlıq saraylarının kvadratına uyğun qərarlar verilmək əvəzinə hamıya eyni qərar veriblər. Böyük gəmiyə də, balaca gəmiyə də eyni qərar verəndə belə neqativ hallar baş verir”.

Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlu Operativ Qərargahın verdiyi qərarlara görə yaxın günlərdə ölkə rəhbərliyinə də müraciət edəcəklərini deyib:

“2 dəfə toyda iştirak etmişəm. Birində "peyvənd pasportu"-nu yoxlayıblar. Digər toyda isə gəlib yoxlayan olmayıb. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfinə gələndə isə bu da məni rahatsız edir. Kimsə bir məclisdə yaxınlaşır və məndən pasport soruşur. Düzdür, "peyvənd pasportu" elektron qaydada “E-Təbib”-dədir. Mən niyə rahatsız olmalıyam?

Məni məndən çox hansısa həkim, vergi müfəttişi istəyəsi deyil ki? Bu məcburiyyət aradan qaldırılmalıdır. Ya toylara icazə verilməsin, restoranlar bağlansın, ya da vətəndaşlara ayrı-seçkilik edilməsin. “Pasportun varsa, gəl, əks halda, gəlmə” deyirlər. Mənim şəxsi gigiyenamı məndən çox kimsə düşünə bilməz. İlk gündən bəyan olunub ki, peyvəndləmə könüllülük əsaslarla aparılır. İdman zallarına girəndə pasport tələb olunur, məscidlərə girəndə tələb olunur, toya girəndə tələb olunur, indi də kafe-restoranlara girəndə də tələb olunacaq. Bu gülməlidir və insan azadlıqlarını məhdudlaşdırmağa xidmət edir.

Operativ Qərargah insan hüquqlarını kobud şəkildə pozur. Bunun adını pandemiya qoymasınlar. Gün ərzində Azərbaycanda ürəktutmasından ölənlərin statistikasına, bir də koronavirusdan ölənlərin statistikasına baxaq. Görək hansı daha çoxdur. Onda ürəktutmasını Azərbaycanda pandemiya elan etmək olar. Gülməli addımlar atıb özlərini daha da gülünc vəziyyətə qoymasınlar. Qərarlar yenidən baxılmalıdır. Bununla bağlı yaxın günlərdə ölkə rəhbərliyinə də müraciət edəcəyik”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə pandemiya başlayandan toya getməyidini bildirib:

“Pandemiya başlayandan sonra toy mərasimlərinə getməmişəm, amma nə yoxlayırlarsa, düz edirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru