“Siyahıda adları olanların 90 faizinin dinlənməsi üçün əməliyyat ehtiyacı yoxdur” - MTN-nin keçmiş zabiti
Tarix: 23-07-2021, 08:24 | Çap et
Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan jurnalistlərin, siyasətçilərin, insan haqları müdafiəçilərinin telefonlarının “Pegasus” adlı casus proqramının köməyi ilə izlənilməsi hazırda dünya KİV-lərinin əsas mövzusudur. Xatırladaq ki, beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu olan OCCRP sensasion araşdırma ilə çıxış edərək İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış bu casus proqramının gizli şəkildə onlarla ölkənin xüsusi xidmət orqanlarına, hərbi strukturlarına satıldığını, proqramın köməyi ilə jurnalistlərin, fəalların və siyasətçilərin telefonlarının kütləvi şəkildə izlənildiyini bildirib.
“Washington Post”, “The Guardian”, “Le Monde” qəzetləri ilə birgə aparılan araşdırma dünyanın 50-yə yaxın ölkəsindən 50 mindən yuxarı adamın telefonlarının izlənildiyini üzə çıxarıb. Onların arasında Yaxın Şərq ölkələrinin nümayəndələri, dövlət başçıları, top-menecerlər, jurnalistlər və nazirlər, insan haqları müdafiəçiləri var. İzlənilən telefon nömrələrinin əksəriyyəti Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
Nüfuzlu xarici mətbu nəşrlərin yazdığına görə, casus proqram smarftona yüklənəndən sonra hücum edən tərəf həqiqətən əhatəli informasiyalara çıxış əldə edir. İstifadəçinin geolokasiyasını izləyir, onun bütün danışıqlarına qulaq asır, yazışmalarını görür, cihazın yaddaşındakı fayllara çıxış əldə edir və s. Bu cür texnologiyalar müxtəlif ölkələrdə cinayətkarlıqla mübarizə üçün hərbi və xüsusi xidmət strukturları tərəfindən istifadə olunur. Lakin indiki halda adi adamlardan tutmuş müxalif jurnalistlərə qədər bir çox şəxslərin izlənildiyi bildirilir.
İsrailin Müdafiə Nazirliyində indiki qalmaqalı şərh etməyiblər, amma deyiblər ki, istənilən şirkət ixrac lisenziyasından məhrum edilə bilər, əgər təsdiqlənsə ki, onun proqramları lisenziyanın şərtlərinə ziddir və insan haqlarının pozulması üçün tətbiq edilir.
“NSO Group” şirkəti isə araşdırmadakı iddialara etiraz edir və OCCRP-ni yalan məlumat yaydığı üçün məhkəməyə verməyə hazırlaşır. İsrail şirkətinin bəyanatında deyilir ki, “Pegasus” ancaq cinayətkarlarla və terrorçularla mübarizə üçün istifadə olunur. Bundan əlavə, şirkət araşdırmada iştirak edən və bu qalmaqal haqda yazan aparıcı dünya KİV-lərini də məhkəmə ilə hədələyir.
Maraqlıdır, OCCRP seçilmiş ölkələr, o cümlədən Azərbaycan barədə məlumatları açıqlamaqla hansı məqsədi güdüb? Əsas iddia budur ki, məqsəd Azərbaycan iqtidarı ilə media və siyasət adamları arasında yaranmış əməkdaşlıq mühitini pozmaq, cəmiyyəti parçalamaq və iqtidara qarşı inamsızlıq yaratmaqdır. Bundan əlavə, OCCRP telefonlara casus proqramının yeridildiyinə dair heç bir tutarlı sübut təqdim etmir. Bugünlərdə “Alman dalğası” jurnalistlər Xədicə İsmayılın və Sevinc Vaqifqızının telefonlarının laboratoriya ekspertizasının nəticələri haqda yazıb və bildirib ki, onların telefonlarında casus proqramının olduğu təsdiqlənib. Amma yenə yoxlamanın hansı ölkənin laboratoriyasında aparıldığı, necə üzə çıxarıldığı açıqlanmır.
Aydın məsələdir ki, müxtəlif arzuolunmaz, yaxud təhlükə mənbəyi sayılan insanların dinlənilməsinə rabitə əlaqəsi kəşf olunan günlərdən başlanılıb. Bu baxımdan, hansısa dövlətin öz və yaxud xarici ölkələrin vətəndaşlarını dinlətmədiyini iddia etmək absurd olardı. Lakin OCCRP-nin iddia etdiyi kimi, kütləvi şəkildə minlərlə adamın dinlənməsi, yumşaq desək, inandırıcı görünmür. Həm də ona görə ki, bu proses kifayət qədər bahalıdır və yüksək xərc çəkib “dinlənilənlər siyahısı”nda adı olanların böyük əksəriyyətini dinlətməyin Azərbaycan hökuməti üçün hansısa böyük dvidentlər gətirməsi real deyil.
İsveçdə yaşayan jurnalist Elbəyi Həsənli dinləmə qalmaqalını “WikiLeaks” olayına bənzədir: “Saytın rəhbəri Culian Assanj dünyanın korrupsioner hökumətlərini hədəf almışdı. Quantanamo həbs düşərgə amerikalıların törətdikləri vəhşilikləri ilk dəfə o, ortaya qoydu. 2010-cu ilin aprelində ”WikiLeaks" 2007-ci ilin iyulunda baş vermiş Bağdad hücumunu əks etdirən videogörüntüləri yaydı. “AH-64 Apache” helikopterindən atəş açan amerikalı hərbçilər mülki şəxsləri bilərəkdən hədəf almışdı. Qarşılarına çıxan insanları havadan gülləbaran edirdilər. 12-18 nəfər ölmüşdü, o cümlədən “Reuters”in jurnalisti də ölənlər arasındaydı. Ümumiyyətlə, “WikiLeaks” 10 il ərzində 10 milyondan çox məxfi məlumat yaymışdı. “Panama Papers” nə qədər fırıldaq maliyyə əməliyyatlarını ortaya çıxardı. Elə ona görə də Culian Assanj hələ də həbsdədir. Bu qalmaqalda əsas hədəf hökumətlərin gördüyü yaramaz işlər idi. Və bəşəriyyəti ortaq insani dəyərlərə söykənməyə çağırış vardı. Həmin işdə də Azərbaycanla bağlı məqamlar vardı. Ancaq həmin məqamlar fraqmental xarakter daşıyırdı. “Pegasus” rəqamsal casus qalmaqalı müəyyən mənada “WikiLeaks”i xatırladır. Ancaq “Pegasus”un fəaliyyəti hökumətləri yox, daha çox fərdləri, (düzdür, onların arasında hökumət başçıları, 3 prezident, bir kral da vardır), ifşa etməyə yönəlib".
Bəs “Pegasus”la bağlı bu faktı kim ortaya qoyub? E.Həsənli deyir ki, 2010-cu ildən fəaliyyət göstərən bu şirkətlə bağlı dəfələrlə ifşaedici materiallar yayılıb: “Özü də dünyanın aparıcı media mərkəzləri tərəfindən. Sadəcə, bu dəfə miqyas daha böyükdür. Düşünün ki, ”Amnesty International" və “Hidden Story” media orqanının ortaya qoyduğu faktları bazar günü dünyanın 17 aparıcı media orqanı eyni vaxtda yaydı. Təbii ki, bu, ciddi beynəlxalq rezonans doğurdu. Məlum olan odur ki, 2016-2021-ci illər arasında 50 min telefon nömrəsi dinlənilib. Onların arasında jurnalistlərə məxsus 89 nömrə də var. Bu sıyahıda Azərbaycan jurnalistlərinin də adı keçir. Eyni zamanda dünyanın aparıcı media orqanlarının jurnalistlərinin də izləndiyi etiraf olunur. “NSO Grup”un həmsədri Shalev Hulio deyir ki, biz yalnız hökumətlərlə işləyirik. 45 ölkə ilə rəsmi müqaviləmiz var. 5 ölkədən insan hüquqları pozulduğuna görə çıxmışıq, 90 ölkənin əməkdaşlıq təklifini rədd etmişik. Vəziyyət belədir ki, kimsə onda maraq doğuran tərəfi izləməyə çalışır. Bu, tarixən belə olub. Çünki bu kimi casus məlumatları xeyli üstünlüklər verib. Həmin məlumatlara istinadən qarşı tərəfi məhv etmək də mümkündür. “Pegasus” casusluğun rəqəmsal variantıdır. Dünyada eyni işi görən digər şirkətlər də var. Sadəcə, bu şirkət öndə gedir. Ona görə də tez-tez gündəmə gəlir".
Jurnalistin fikrincə, bu prosesin qarşısını almaq mümkün deyil: “Əksinə, bundan sonra bu proses daha da genişlənəcək. Məsələn, hazırda Qərblə Çin arasında qarşıdurma yaranıb. Səbəb odur ki, Çin ”Microsoft" şirkətinin serverlərinə genişmiqyaslı kiberhücumlar təşkil edib. Eyni işlə Rusiya da məşğul olur, İran da. Məsələn, Rusiya internet üzərindən ABŞ-da keçirilən seçkilərə təsir edir, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına təkan verir. Ortaya ağlasığmaz nəticələr qoyulur. Həm də az pul hesabına nəhəng işlər görülür. Ona görə də rəqəmsal dünyada casusluq qaçılmaz bir gerçəkliyə çevrilir. Bu işdə fərdlər, şirkətlər, hətta dövlətlər də yer alır. Məsələn, düşünün ki, Meksikanın narko-kartelləri belə “Pegasus”un imkanlarından istifadə edib.
İndi “Pegasus”un lisenziyasının alınması məsələsi ortadadır. İsrail hökuməti araşdırmaya başlayıb. Düşünmürəm ki, bununla “Pegasus”un fəaliyyəti dondurulacaq. Əksinə, bu kampaniya şirkət üçün reklam xarakteri alacaq və bu şirkətin müştərilərinin sayı və sanbalı artacaq. Tarixən belə olub: Bir şeyə ehtiyac varsa, onun mövcudluğuna son qoymaq mümkün deyil".
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Azərbaycanda zərurət yarandıqda vətəndaşların dinlənilməsi qanunla icazə verilən prosesdir: “Telefon dinləmələri Azərbaycan qanunvericiliyində təsbit olunub. ”Əməliyyat axtarış haqqında" Qanuna əsasən, Azərbaycanın xüsusi xidmət orqanları əməliyyat məqsədilə telefon dinləmələrini həyata keçirə bilərlər. Bu prosesdə Daxili İşlər Nazirliyinə də müəyyən səlahiyyətlər verilib. Lakin dinləmə ən azı 24 saat ərzində məhkəmə qərarı ilə təsbit olunmaqla həyata keçirilməlidir. Sovet dövründə eyni vaxtda 200-300 nəfərin dinlənilməsi mümkün olmurdu. Amma indi texnologiyalar elə inkişaf edib ki, bir neçə min nəfəri də eyni vaxtda dinləmək mümkün olur. Bu gün faktiki olaraq dünyada elektron müharibə gedir: kiberhücumçular ən nəhəng dövlətlərin rəhbərlərinin belə dinlənilməsini təmin edə bilirlər. Yəni dinləmə problem deyil, əsas məsələ kimi dinləməyin müəyyənləşdirilməsidir. Mən Azərbaycanda dinlənildikləri deyilən şəxslərin siyahısı ilə tanış olmuşam. Onların 90 faizdən çoxu dinlənmə üçün əməliyyat əhəmiyyəti kəsb etmirlər".
Mütəxəssis xatırladır ki, Eldar Mahmudovun nazir olduğu dövrdə bir neçə jurnalistin telefonları dinlənilib, şəxsi həyatlarına müdaxilə olunub: “Ola bilsin ki, indi açıqlanan siyahıdakı şəxslərin bir çoxu da məhz o dövrdə izlənənlərdir. Bilirsiniz, əgər siyahı həqiqətdirsə, niyə orada yalnız siyasi-ictimai fəaliyyəti olan şəxslərin adları var? Yəni hökumət, xüsusi xidmət orqanları heçmi potensial terrorçunu, cinayətkarı dinlətməyib? Bu, axı real deyil - 5 ilə yaxın dövrdə yalnız ictimai-siyasi fəallar dinlənilsin? Nəhayət, qaranlıq qalan daha bir məsələ dinlənilənlər siyahısında hakimiyyətin təbliğat ruporlarının rəhbərlərinin də olmasıdır. Dinlənmə həddindən artıq bahalı işdir. Hökumətin nə marağı vardı ki, külli miqdarda xərc çəkib onun təbliğatını aparan media qurumunun rəhbərini dinlədirdi? Deyirlər, 500 milyon dollar ödənilib İsrail şirkətinə. Bu şirkətin ümumi gəliri 1 milyard dollar həcmində qiymətləndirilir. Belə çıxır ki, onun yarısını Azərbaycandan qazanıb? Bütün bunlar göstərir ki, ortada qərəz elementləri də var. Yenə də deyirəm ki, kimlərinsə dinlənməsini qətiyyən istisna etmirəm, amma belə kütləvi şəkildə, özü də əməliyyat əhəmiyyəti kəsb etməyən şəxslərin dinlənməsi inandırıcı deyil”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|