"Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, bunu biz özümüz etməliyik" - ÇAĞIRIŞ
Tarix: 21-07-2021, 15:25 | Çap et
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin “xalqcebhesi.az” saytına qısa müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, xarici ölkələrdə ermənipərəst dairələrin himayəsinə siğınmış bəzi azərbaycanlı miqrantlar belə bir təbliğat aparırılar ki, guya biz Ermənistan-Azərbaycan sərhədlərində gərginliyi Paşinyana təzyiq məqsədilə, Rusiyanın tapşırığı ilə yaradırıq. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Bu adamlar qərəzli və tapşırıqla danışan asılı, himayədə olan şəxslərdir. Başqa nə deyəcəklər ki? 9 ay öncə dil-boğaza qoymurdular ki, İlham Əliyev heç vaxt müharibə edib torpaqları azad etməyə cəhd belə etməyəcək. Nə oldu? Yalan danışdıqları üçün xalqdan və İlham Əliyevdən üzr istədilərmi?
Əvvəla, biz özümüz Paşinyana təzyiqləri artırmalıyıq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, 10 noyabr 2020-ci il tarixli sazişi tam yerinə yetirsin, Zəngəzur dəhlizi açılsın və sülh sazişi imzalansın. Bu işdə bizə Rusiya, yaxud başqa bir ölkə kömək edəcəksə, onlara minnətdar olmalıyıq. Amma çox təəssüf ki, hazırda Rusiyanın timsalında mən belə bir fəaliyyət müşahidə etmirəm. Əksi olsaydı sülh sazişi çoxdan imzalanmışdı. Ermənistanla sülh sazişinin imzalanması üçün Rusiyanın “sülh sazişi imzalanmasa, mən 10 noyabr müqaviləsindən çıxıram” deməsi kifayətdir. Məhz bu səbəbdən bundan öncə mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, biz daha 30 il Ermənistanın “ərköyün uşaq” kaprizlərinə dözə bilmərik ki, istədiyini etsin. Ermənistan işğala son qoyub qoşunlarını Qarabağdan çıxarmasa, beynəlxalq öhdəliklərini tezliklə yerinə yetirməsə, 27 sentyabrda olduğu kimi qəti addımlar atmalıyıq. Rusiya üçtərəfli sazişin iştirakçısı kimi ya Ermənistandan öhdəliklərini icra etməyi tələb etməli, ya da bunu bacarmırsa, yaxud etmək istəmirsə, sazişdən çıxdığını bəyan edib, əsgərlərini Qarabağdan çıxarmalıdır. Rusiya Çeçenistanda Salman Raduyevlə, Basayevlə danışıqları özünə sığışdırmadığı kimi, beynəlxalq nüfuzuna önəm verən ölkə kimi, Araiklə də masa arxasında oturmağı özünə sığışdırmamalıdır. Biz isə Rusiyanın Qarabağdan çıxmasından dərhal sonra, konstitusiyamıza zidd olaraq formalaşdırılmış Xankəndindəki terrorçu rejimi silib-süpürüb atmalıyıq kənəra. Hətta ermənilər rus sülhməramlılarının arxasında gizlənib dinc insanlara, yaxud əsgərlərimizə atəş açıb təxribatları davam etdirərlərsə, onlara havadan ağır zərbə endirməliyik. Bu istiqamətdə Ermənistanın KTMT üzrə müttəfiqlərini, beynəlxalq birliyi məlumatlandırmalı, onlarla ciddi işləməliyik.
Düşünürəm ki, qardaş Türkiyənin də qollarını çırmayıb ortaya düşməsinin vaxtı çatıb. Türkiyə yalnız Rusiya ilə əldə etdiyimiz razılaşmaların icrası zamanı bizim yanımızda olmamalı, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycanın Qarabağda öz suveren hüquqlarını bərpa etməsinə kömək etməlidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, bunu biz özümüz etməliyik.
- Rusiya mövcud “status-kvo”nu qoruyub saxlamaq istəsə nə etməliyik? Prezident İlham Əliyevin Rusiyaya son səfərinin hansısa nəticələri olacaqmı?
- Azərbaycan elə bir şərait yaratmalıdır ki, Rusiya mövcud vəziyyəti qoruyub saxlamaq istəsə Azərbaycanı itirəcəyinə əmin olsun. Düşünürəm ki, bu halda Rusiya beynəlxalq hüquqa hörmət etməyə və Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verəcək. Prezident İlham Əliyevin Putinlə görüşünə gəldikdə isə, belə görüşlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rusiya bizim böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazar, gənclərimizin iş axtardığı, bizdən daha çox inkişaf etmiş, daha üstün texnologiyaya sahib ölkədir. Həm də bizi 200 illik bir tarix, humanitar, mədəni, siyasi əlaqələr birləşdirir. Çalışmalıyıq ki, ruslar da bizimlə əməkdaşlığı və dostluğu düzgün qiymətləndirsinlər. Qarabağ məsələsində sona qədər ədalətli mövqe tutarsa, mən həmişə Rusiya ilə əlaqələrimizin daha da inkişaf etdirilməsinin, hətta Rusiyanın liderliyi ilə yaradılmış regional birliklərə üzv olmağın tərəfdarı olmuşam. Rusiya ilə yaxın münasibətlər sayəsində, 44 günlük savaşda onların neytrallığını təmin edib, erməni işğalçılarına ağır zərbə vurub, az itkilərlə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik. Bu gün də Rusiya ilə dostluq siyasətimizi davam etdirməklə, bütün ərazimizdə dövlət suverenliyimizin bərpa olunmasına çalışmalıyıq. Prezidentin Rusiyaya səfəri də bu məqsədə xidmət edir, problemləri üzbəüz müzakirə etməyə imkan yaradır. Ona görə də səfər çox əhəmiyyətlidir və nəticələri də olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|