"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                 

“Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər” - NƏ ETMƏLİ?
Tarix: 9-06-2021, 08:25 | Çap et
“Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər”
Qarabağ müharibəsindən sonra əsas diqqətin ermənilərin Ermənistana yeganə çıxış yolu olan Laçın dəhlizinə yönələcəyi gözlənilən idi. Ermənilərin bu koridor vasitəsilə Qarabağa qaytarılmasından sonra Azərbaycanın buraya birgə nəzarəti gündəmə gəlməli idi. Həm də o səbəbdən ki, Qarabağa hələ də separatçı əhval-ruhiyyəli adamlar gəlirlər, son olaraq II Qareginin Xankəndinə səfəri buna sübutdur.

Üstəlik, Laçın yolunda Şuşanın bir neçə kəndi də var ki, onlarda ermənilərin mülki əhalini məskunlaşdırmaq planı var. 10 noyabr razılaşmasında 3 il müddətinə Ermənistana alternativ yol çəkilməsi də əksini tapıb. Bəyanatın 6-cı bəndində deyilir ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitənin təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”. Bu yol işə salındıqdan sonra Laçın şəhəri də daxil olmaqla, Şuşayadək olan təxminən 60 kilometrlik yol Azərbaycanın tam nəzarətinə keçməlidir. Amma razılaşmadan keçən müddət ərzində yeni yolla bağlı hər hansı informasiyaya rast gəlinmir. Laçın koridorunu bağlamaq, əhalini məskunlaşdırmaq üçün həmin alternativ yol mühümdür, bəlkə də tezləşdirilməsi lazımdır. Laçın dəhlizini bağlamaq barədə Bakıdan səslənən bəyanatlar Ermənistana təsir edəcəkmi? Qarabağın açarı-Laçın dəhlizini bağlamaq, yoxsa alternativ yolun tikintisini sürətləndirmək?

Keçmiş Laçın alayının komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, Laçın dəhlizini bağlamaq və separatçılara əlavə heç bir dəhliz verməmək lazımdır. Ermənilərə ancaq bu yolla təsir edə bilərik. Laçınla Şuşanı birləşdirən yolun üstündə bir neçə kənd var ki, hələ də orada ermənilər var. Hansı ki, həmin kəndlər terror yuvasıdır. İlk növbədə bu kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına alınmalıdır: “İkincisi, əgər hətta Laçın ərazisindən ikinci yol açılacaqsa və həmin dəhliz də rus sülhməramlılarının nəzarəti altında olacaqsa, nə fərqi var, Xankəndinə silahı, terrorçuları ya hazırkı dəhlizlə daşıdılar, ya da yeni dəhlizlə? Yeni çəkiləcək dəhlizin eninin 5 kilometr olması nəzərdə tutulub. Həmin yola bizim praktiki nəzarət imkanlarımız olmayacaqsa, daha pis. Hazırkı dəhlizin yeni açılacaq dəhlizlə əvəz edilməsinin yeganə müsbət tərəfi o ola bilər ki, Laçın rayonunun mərkəzi və bir çox kəndlərində bu halda laçınlılar yerləşə biləcəklər.

Bu gün faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına nə Ermənistan, nə də Rusiya əməl edir. Xankəndində, Ağdərədə, Xocavəndin mərkəzində, Xocalıda, Əsgəranda və bir sıra kəndlərdə hələ də Ermənistan silahlı qüvvələrinə aid 20 minə yaxın silahlı qalır. Xankəndində separatçı rejim hərbi çağırış həyata keçirir. Onlar sülhdən danışmırlar, açıq bəyan edirlər ki, Azərbaycanın tərkibində olmaqdan söhbət gedə bilməz. Rusiya sülhməramlıları da bütün bunlara şərait yaradır.

Ermənilərə xüsusi dəhliz verilməməlidir. Onlara bəyan edilməlidir ki, kim Azərbaycan vətəndaşlığını, ərazi bütövlüyünü tanıyırsa, bütün vətəndaşlarımıza aid olan hüquqlar onlara da aid olacaq. Ermənistana isə Azərbaycan vətəndaşı olaraq sərhəd və gömrük buraxılış məntəqələrindən keçib gedə və geri qayıda bilərlər".

A.Paşa qeyd etdi ki, indiki halda isə Laçına ancaq Ermənistan pasportu daşıyan şəxslər buraxılır, onlara sərbəst hərəkət etmək ixtiyarı verilir: “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər. Laçın dəhlizini bağlamaq barədə bəyanatlar Ermənistana təsir etmir. Bəyanatdan real işə keçməliyik, dəhliz bağlanmalıdır və ya Azərbaycanın müvafiq orqanlarının, silahlı qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməlidir. Ancaq bu yolla Ermənistana təsir göstərmək mümkündür. Bu gün isə Laçın dəhlizi separatçıların istifadəsindədir və oradan istədikləri kimi istifadə edirlər. 10 noyabr üçtərəfli bəyanatı Ermənistan tərəfindən çoxdan pozulub. Ona görə də Azərbaycan antiterror əməliyyatı başlamalıdır və dəhliz də nəzarətimizə alınmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Laçın koridoru Azərbaycan üçün təhlükə mənbəyidir. Əvvəldən həmin yolun rusların təkbaşına nəzarətinə verilməsi ilə razılaşmamalı idik. İndi həmin yol ermənilərin silahlı və ideoloji təxribat, terror yoluna çevrilib. Oradan Xankəndinə həm silah daşınır, həm də terrorçu qruplar gətirilir: “Həmçinin keşiş Qaregin də daxil ideoloji təxribatçılar regiona daxil olur. Erməni keşişləri, kilsəsi həmişə terror təbliğatçıları, yuvası olublar. İndi Qaregin də gəlib Dağlıq Qarabağdakı erməniləri yeni terror hərəkətlərinə təşviq edir, ”arsax"ın bərpa olunmasından" danışır. Azərbaycan bu keşiş donu geyinmiş terrorçunun oraya gəlməsinə imkan verməməli idi. Bütün bu təhlükəli hadisələrə, ermənilərin meydan sulamasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya bütün razılaşmaları pozur. Ona görə də rus sülhməramlıları deyilən, əslində erməniləri himayə edən hərbi kontingent dərhal regiondan çıxarılmalıdır, Azərbaycan Türkiyənin dəstəyi ilə nəzarəti öz üzərinə götürməlidir. Rusiyadan çəkinməyə ehtiyac yoxdur, onların sülhməramlılarına da ehtiyacımız yoxdu. Biz öz qüvvəmizlə 10 noyabr və 11 yanvar razılaşmasına uyğun olaraq prosesləri həyata keçirə bilərik. Rusiya prezidentinin və Ermənistan baş nazirinin bizimlə birlikdə imzaladığı həmin sənədlərə görə, bütün ərazilərdə, o cümlədən Xankəndində Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Rusiya və Ermənistan rəhbərləri Azərbaycanın bu haqqını öz imzaları ilə tanıyıblar. Ona görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi kimi, bu üçtərəfli sənədi də həyata keçirməlidir. Rusiyanın və ya Ermənistanın əlavə razılığını soruşmağa ehtiyac yoxdur. Azərbaycan Laçın koridoru deyilən ərazini tam nəzarətə götürməli, ehtiyac görərsə, bundan sonra əlavə yol çəkməlidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru