BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                 

"Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi" - BAKIDA ƏSRİN MƏHKƏMƏSİ...
Tarix: 4-06-2021, 08:48 | Çap et
"Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi"
30 il torpaqlarımızı işğalda saxlayan Ermənistan ərazilərimizin sülhlə qaytarılması haqda tələblərimizi qulaqardına vururdu, üstəlik, qudurmuşcasına bizi tankları ilə Bakını da ələ keçirəcəkləri ilə hədələyirdilər. Bu illər ərzində qanımızı tökən, uşaqları öldürən qatillərin sinələrini isə nümayişkaranə şəkildə medallarla doldurdular. Azərbaycan xalqına qarşı hər bir pislik etmək ermənilər üçün yüksək mükafat demək idi.

Lakin 44 günlük müharibədə belləri qırıldı, vurulmuş və ələ keçirilmiş tankları Bakıda muzey eksponatı oldu, qatillərin bir çoxu cəhənnəmə göndərildi, azərbaycanlı əsirlərə işgəncə verənlərin bəziləri isə həbs edildi.

Amma ermənilər müharibədən sonra da bu düşmənçiliklərindən əl çəkmədilər və yenə diversant qruplarını ölkəmizin ərazisinə soxdular ki, onlar da məqsədlərinə tam çatmamış həbsə alındılar. İndi Ermənistan bütün dünyaya yalandan car çəkib, həmin təxribatçı diversantların “hərbi əsir” olduğunu deyir. Azərbaycanlı əsirlərə işgəncələr vermiş iki erməninin Bakıda iyunun 2-də başlamış məhkəmə mühakiməsi və yaxın günlərdə başlayacaq daha 14 nəfər diversantın məhkəməsi isə Ermənistanın və onun dəstəkçilərinin ifşası olacaq. O səbəbdən anti-Azərbaycan mövqeyi tutanlar, əleyhimizə qərəzli qətnamələr qəbul edənlər həqiqəti bir daha eşidəcəklər. Hətta erməni sevgisi hərdən bütün dövlət prinsplərini üstələyən Fransa prezidenti Makron da istəsə, bu məhkəmə prosesini izləmək üçün gələ bilər. Bəlkə o zaman həqiqəti görə və eşidə bilər.

Amma əsas sual həm də budur ki, düşmən bundan sonra alçaq niyyətindən əl çəkəcəkmi, Azərbaycana qarşı diversantlardan istifadənin faydasız olduğunu anlayacaqmı? Bu ifşa prosesi dünyada erməni qərəzini azaldacaqmı?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, Ermənistanın saxlanılan diversantlar barədə hay-küy salmasına əhəmiyyət vermək lazım deyil. Çünki həmin indi məhkəməsi başlanan istər iki erməni, istərsə də məhkəmələri başlanacaq digər erməni diversantlar konkret cinayət əməllərini törədiblər: “Hər şey ortadadır, şahidlər, işgəncəyə məruz qalanlar var-o iki erməninin birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə amansız işgəncələr verdiyi sübut olunub, onların işgəncə aktlarına məruz qalmış çoxlu sayda azərbaycanlı keçmiş əsirlər məhkəmədə ifadə verirlər və işəgncəni məhz bu ermənilərin həyata keçirdiyini faktlarla təsdiqləyirlər. Əslində bir ilahi ədalət baş verməkdədir. Bir vaxtlar azərbaycanlılara işgəncə verən, buna görə medallarla mükafatlandırılan cinayətkarlar idi Azərbaycanda ədalət mühakiməsi önündədirlər. Onlar əsirlərə işgəncə verməklə həm də Cenevrə Konvensiyasının tələblərini pozmuşdular. Buna görə də cavab verrməlidirlər. Məhkəmələri başlanacaq erməni diversantlar isə Azərbaycanın sərhədini qanunsuz olaraq keçiblər və Azərbaycan ərazisində silahlı qrup şəklində Azərbaycanın qanuni silahlı qüvvələrinə qarşı diversiya əməlləri həyata keçiriblər.

Bütün bu kimi hərəkətlər konkret cinayət məsuliyyəti yaradır. Ona görə də diversantlar məhkəmə qarşısında cavab verməlidirlər. Məhkəmə onların əməllərinə hüquqi qiymətini verəcək. Dediyim odur ki, bu ermənilərin heç biri əsir deyil və onların hüquqları pozulmur. Azərbaycan dövləti onların məhkəmə prosesini açıq keçirir, ombudsman məhkəmədə iştirak edir, hüquq müdafiəçiləri üçün proses açıqdır. Fransanın səfiri, hətta Makron istəyirsə, gəlib ermənilərin məhkəmə prosesində şəxsən iştirak edə bilərlər. Onda bir daha görəcəklər ki, reallıq, həqiqət nədən ibarərdir.

Ermənilərin bütün baş verənlərdən, ifşalardan nəticə çıxarıb-çıxarmayacağına gəlincə, bu gün müşahidə olunanlar onların hələ də ağıllanmadığını göstərir. Nəticə çıxarmadıqca daha böyük zərəri özləri görəcəklər. Sirkə nə qədər tünd olsa öz qabını çatladar".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ermənilər, Ermənistanın terrorçu rejimi bizə qarşı çox cinayətlər törədib, bizi diz çökdürməyə, müqavimətimizi tam sındırmağa çalışıb. Ermənilər bütün bu cinayətlərə görə cavab verməlidirlər: “Onların cəzasını dünya birliyi, beynəlxalq qurumlar verməli idi. Amma biz bunu görmədik, dünya erməni cinayətlərinə, dinc azərbaycanlıların, o cümlədən uşaqların, qadınların xüsusi vəhşiliklə qətlə yetirilməsinə, torpaqlarımızın, mənəvi, tarixi dəyərlərimizin, yurdumuzun məhv edilməsinə, dağıdılmasına, talan edilməsinə görməzdən gəldi, heç bir reaksiya vermədi. Ona görə də cinayətkarların cəzasını biz öümüz, xalq, millət, dövlət olaraq verdik, özümüzə güvəndik, ayağa qalxdıq, düşməni darmadağın etdik. Erməni caniləri üzərində məhkəmə prosesləri artıq başlayıb. Bu, çox yaxşıdı. Biz bu prosesləri Nürenberq prosesinə, serb caniləri üzərində qurulan məhkəmə proseslərinə çevirməliyik. Bunun üçün aşkarlıq tam təmin edilməli, bütün beynəlxalq qurumların, dövlətlərin nümayəndələri, dünyada tanınan hüquq müdafiəçiləri proseslərə dəvət olunmalı, dünyanın aparıcı medialarının prosesi işıqlandırmasına nail olmalıyıq. Bu, həddindən atrıq vacib məsələdir”.

Akif Nağı hesab edir ki, ermənilər nə qədər işfa olunsalar da işğalçı, terrorçu xislətlərindən əl çəkən deyillər: “Ermənistan döyüş meydanında məğlub olub, ordusu yox dərəcəsindədir, yenidən hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Ermənistanı böyük tərəddüdlə dövlət adlandırmalı olsaq, orada terror dövlət siyasətinə çevrilib. Ona görə də onlar bizə qarşı terror, təxribat, diversiya hərəkətlərini davam etdirəcəklər. Amma biz həm bu hərəkətlərin qarşısını almağa həmişə hazır olmalıyıq, həm də bu məhkəmə prosesləri elə keçməli, canilərə elə cəza verilməlidir ki, bir daha təşəbbas etməyə cürət etməsinlər. Ermənilər də başa düşürlər ki, Azərbaycanın cəzası sərt olacaq”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru