Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                 

"Siyasi proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib" - NƏ ETMƏLİ?
Tarix: 26-05-2021, 08:48 | Çap et
"Siyasi proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib"
Son günlər Gürcüstanda yaşayan azərbaycanlılara qarşı aqressiv davranışların şahidi oluruq. Dmanisi və Tiflisdə yaşanan olaylar və bir nəfər soydaşımızın öldürülməsi faktı müəyyən suallar doğurur. Bu məsələdə bölgədə vəziyyətin qarışmasını istəyən qüvvələrin əlinin olduğu da söylənilir.

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli maraqlı fikirlər söyləyib.

- Zəlimxan müəllim, Gürcüstanın Dmanisi bölgəsi və Tiflisdə baş verən son olaylara diqqət çəksək, vəziyyəti necə təhlil edərdiniz?

- Müəyyən siyasi məqsəd güdən mərkəzlər vəziyyəti daha çox məişət xarakterli bir hadisə kimi dəyərləndirirlər. Tarixi proseslərin gedişi bizi başqa məqamlar axtarmağa vadar edir. Tarixdən svan problemi olub. Gürcüstanda belə bir cinayətkar təşkilat olub və əsas hədəfi xüsusilə türklər idi. Guya Gürcüstanı işğaldan qorumaq istəyi ilə bizim soydaşları daha çox hədəfə alıblar. O vaxtdan bəri oğurlananlar, öldürülənlər, qarət olunanlar, başına pul qoyulanlar bizim camaat olub. Söhbət 1990-cı illərdəki hadisələrdən gedir. 1994-1995-ci illərdən sonra bu proses müəyyən mənada səngidi və Saakaşvili dönəmində isə demək olar ki, “Vor zakon” dediklərimiz o dəstələr Gürcüstandan təmizləndi. Həmin o izlər yenə var. Regionda gedən siyasi proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib. Zəngəzurda yaranan müəyyən gərginliklər və sonrakı dönəmlərdə Rusiyanın məhz Ermənistanda hərbi baza yaratmaq istəyi, eyni zamanda Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq və Türkiyəyə çıxan bir qapı olduğunu nəzərə alaraq, bu qapını bağlamaq meyli var. Proseslər sübut edir ki, hakimiyyətdə və Gürcüstanın hüquq-mühafizə sistemində də bu cür xətti körükləyən zehniyyət mövcuddur. Faktlar sübut edir ki, quldurlar soydaşlarımıza hücum ediblər və bu barədə çəkilişlər var, sosial şəbəkələrdə yayılıb. Onların adları, simaları bəllidir. Yəni cinayəti törədən, cinayətin xarakteri barədə hüquq-mühafizə orqanlarında kifayət qədər gözlə görünən məlumat var. Deməli, hazırda heç kimin həbs olunmaması və yaxud bu cinayətkarların prosesdən kənarda saxlanılması baş verir. Soydaşlarımız həyəcanlıdır, tələblər irəli sürürlər, hüquq-mühafizə orqanlarını, siyasi hakimiyyəti doğru olaraq ittiham edirlər. Məqsədyönlü şəkildə bu prosesi gərginləşdiriblər. İndiki zamanda isə artıq Rusiya maşınının erməni kartı ilə birgə işlədiyi qənaətindəyəm. Cinayətkarlar bəlli olduğu halda azadlıqda gəzir. Bu artıq siyasi xarakterli məsələyə oxşayır. Buna da etniklərin qarşıdurması yox, tarixdə baş verən bir yaranın üstünün açılması kimi baxmaq olar. Müəyyən qüvvələr bundan məharətlə istifadə edib Gürcüstan, Türkiyə və Azərbaycanın strateji maraqlarına uyğun olmayan bir müstəviyə daşımağa can atırlar. Prosesin arxasında üçüncü qüvvənin olub-olmamasını istintaq ortaya çıxarmalıdır, şəffaflıq təmin edilməlidir. Bu, soydaşlarımızın tələbidir.

Tiflisdə baş verən olayda ölüm hadisəsi də baş verdi. Bir soydaşımız bıçaqla vurularaq qətlə yetirilib. Gürcüstan hüquq sistemi buna susqun yanaşdıqca və adekvat tədbirlər həyata keçirmədikcə, vəziyyətin digər bölgələrə daşınması, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyi ilə bağlı ehtimalı daha da çoxaldır.

- Svanların azərbaycanlılara qarşı olan hücumunun arxasında nə dayanır?

- Svanlar qar uçqunu səbəbindən 1990-cı illərdə Svanitidən Borçalıya - Kvemokartli bölgəsinə, Marneuli, Dmanisi, Qardabanı, Candar gölünün ətrafına, sərhədboyu düzüldülər. Ondan sonra etnik zəmində qarşıdurma baş verdi. Bizim svan icması ilə görüşlərimizdə onlar zaman-zaman deyirdilər ki, bizi təhrik elədilər. Guya onlara deyiblər ki, orada Gürcüstanın düşmənləri var, bunlar azərbaycanlılardır, onlara qarşı vuruşmalısınız. Guya sonra onlara məlum oldu ki, bu belə deyilmiş. Bunu icma rəhbərlərimizlə görüşdə etiraf ediblər. Faktlar var ki, azərbaycanlılara qarşı təzyiqlər, cinayətlər baş verib. Daha sonra xalqlar bir yerdə yaşayıb, bir yerdə təsərrüfat qurublar, ictimai-siyasi qurumlarda bir yerdə olublar. Birdən-birə nə baş verdi? Bu sual adamı düşündürür. Dmanisidə svanların daha çox fəal olduğu bir dönəm olub, yaddaşlarda qalıb və svanların icmasının əsas mərkəzlərindən biri də Dmanisi rayonundadır. Yenə birdən-birə svan kartı ortaya çıxır, bizim soydaşların mağazasına gedirlər, ərzaq alırlar, pul vermək istəmirlər. Bundan başlayıb 40 nəfərə yaxın adam dinc insanlara hücum edib, vurub, xəsarət yetiriblər.

- Bu hadisələrin bir qədər əvvəl Keşikçidağda baş verən hadisələrlə hansı oxşarlığı və əlaqəsi var?

- Borçalı Cəmiyyətinin sədri olaraq 2009-cu ildən Gürcüstanda baş verən prosesləri təhlil eləmişik, təhqiqatlar aparıb ciddi təhlükələrin olması barədə Azərbaycanın rəsmi qurumlarına, Diaspora Komitəsinə, Dini Qurumlarla İş üzrə Komitəsinə və sair orqanlara müraciətlər edib, təkliflərimizi vermişik. Hər halda, Gürcüstana, Borçalıya yönəlik siyasətimiz yanlışdır, və bu düzəlməlidir. Dmanisidə iş yerləri, fabriklər, istehsal, emal müəssisələri açılmalıydı. Soydaşlarımızın rifah halı yaxşılaşdırılmalıydı. İnsanlarımızın siyasi proseslərdəki fəaliyyəti stimullaşdırılmalıydı.

Təbii ki, Keşikçidağ olayı da böyük təxribat idi. Xocalı soyqırımı günü Axalkalakda erməni terrorçusuna abidənin qoyulması, yəqin ki, yadınızdadır. Azərbaycanın anım tədbirlərində ermənilərə şənliklər keçirmələri üçün yer verilirdi. Bu da Azərbaycana və Gürcüstanda yaşayan azərbaycanlılara münasibətin sağlam olmadığını göstərir. Bölgəni yaxşı bilən, 12 il bir təşkilata rəhbərlik edən şəxs kimi bilirəm ki, çox az vəsait, sağlam məfkurə ilə Azərbaycanın milli maraqlarını uyğunlaşdıraraq, həmin bölgədə təmin etmək, təxribatları önləmək mümkündür. Bunun üçün soydaşlarımız potensial resursdur. Resursdan düzgün istifadə olunmalıdır. Soydaşlarımız orada taleyin ümidinə buraxılıb. “Böyük Ermənistan” ideyaları ilə xəstələnmiş erməni kartı, onlarla bir yerdə PKK-nın uzantıları, Rusiyanın diversiya qrupu, o biri yandan isə İranın siyasi şiəliyi var. Azərbaycanın bölgədə yaratdığı boşluq milli maraqlarımızın təhdidi üçün ciddi əsaslar verir və münbit şərait yaradır.

- Zəlimxan müəllim, Azərbaycanda yaşayıb, fəaliyyət göstərən Borçalıdan olan xeyli ziyalı, siyasi fəallar oradakı soydaşlarımızın təşkilatlanması üçün nə kimi fəaliyyət göstərirlər?

- Şükürlər olsun ki, bu gün Borçalıda yetkin gəncliyimiz formalaşır. Onların resursundan düzgün istifadə olunmalıdır. Əksinə, görürük ki, bunların yolu bağlanır. Siyasilər məhz svana yer verib, seçkidə səs toplayan Əhməd İmanquliyevin parlamentə gedən yolunun qarşısını kəsdilər, ikinci turda svanı qalib elədilər. Onlar sıvanın yanında poz verib üstümüzə hücuma keçirlər. Bu gün insan resursu var, ziyalılar var, yetkin gəncliyimiz var. Resurslar düz yönləndirilməlidir və Gürcüstanla Azərbaycan arasında mükəmməl körpüyə çevrilməlidir. Bu körpünü qıran vaxtilə Diaspora Komitəsinin sədri Nazim İbrahimov oldu. Borçalı Azərbaycan-Gürcüstan, Türkiyə arasında tarazlıq körpüsüdür. Üç dövlətin birliyini zədələməklə yad qüvvələrin bölgəyə girməsinə, Rusiyanın, ermənilərin, PKK-nın maraqlarının ödənməsinə gətirib çıxarmaq istəyirlər. Adını çəkdiyim qüvvələrin marağı Axıskadan tutmuş, Qarsdan üzü bu tərəfə türksüzləşdirməkdir. Bu, bir proqramdır və buna qarşı dirəniş göstərmək üçün Azərbaycanın resursu var. Təfəkkür rasional olmalı, dəyərləndirilməlidir. Məsələlərə strateji baxılmalıdır. Borçalı toplumu strateji toplumdur. Borçalı geosiyasi durumu təmin edən regiondur. Mən gürcü tipini bilirəm. Gürcülər öz millətinə sevgi, sayqı ilə yanaşan insanların yanında olub, onlarla dost olub onları dəyərləndirə bilir. Heç vaxt yanlarında xəyanətkarı saxlamırlar. Ona görə də Azərbaycanın Gürcüstanla bağlı siyasəti dəyişməlidir. Azərbaycan-Gürcüstan parlamentlərinin dostluq qrupu var. Bu parlamentarilərimiz hara baxır, nə edir? Bu gün jurnalistlər Borçalı məsələsini tədqiq edib gündəmə gətirməlidir. İctimai rəyi birgə hazırlamalıyıq. Onsuz da Azərbaycan və Türkiyənin missiyası xırda məqamlarda ilişib-qalmayacaq, bizim strateji məqsədlərimiz var və ona doğru gedəcəyik. Resurslarımız işə düşsə, ermənilərin svanlarla birləşib bizə daş atmağa imkanları qalmaz.

Azərbaycan Gürcüstanda universitet tikməli idi. Gəncliyimiz orada təhsil alacaqdı. Bu bizim yeni yetişən gəncliyin Gürcüstana adaptasiyası deməkdir, güvənc yeridir, həm də inteqrasiya məkanıdır. Ermənistan orada universitet açıb. Ona görə də bütün imkanları səfərbər edib, milli maraqlarımızı qorumalıyıq. Xalq durub bunun ardında, əllərində səlahiyyəti olan insanlar dəstək olmalıdır.

- Gürcüstanda yaşayan azərbaycanlıların öz dilində təhsil alması, dərslik məsələsi, Gürcüstanın təhsil sisteminə inteqrasiyası və milli adətlərin qorunması ilə bağlı məsələlər nə yerdədir?

- Gürcüstanda milli məktəblərimizin statuslarının endirilmə cəhdləri var. Bəzi məktəblərimiz bağlanıb. Məktəblərə 5-3 kitab göndərməkə məsələ həll olunmur. Azərbaycanın Gürcüstanda yetişən gəncliyi gürcü cəmiyyətinə inteqrasiyalı şəkildə inkişaf etdirilməlidir. Milli məktəblərin statusunun toxunulmazlığı qorunmalıdır. Bizim Azərbaycanda təhsil alan Borçalı kökənli insanlarımız geri qayıtmaq şərti ilə dövlətlə müqavilə bağlamalıdır. Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün addımlar atılmalıdır. Gənclərin elmlə məşğul olması, karyera qurması üçün işlər görülməlidir. Azərbaycan Borçalıda sayılıb-seçilən 3-5 nəfəri Oksford universitetinə oxumağa göndərməldir.

- Belə fikirlər var ki, bu prosesin qarşısı alınmasa, Gürcüstanda yaşayan soydaşlarımız Borçalıdan didərgin düşə bilər. Hazırkı vəziyyət hansı addımların atılmasını tələb edir?

-Borçalıların öz yurdundan qovulacağı absurddur. Borçalılar 1990-cı illərin insanları deyil. Borçalı insanı Azərbaycan bayrağının kölgəsində böyüyüb. Biz özümüzə zəif baxmayaq. Şuşa əməliyyatları göstərdi ki, qəhrəman millətik. Cəsarətlə deyirəm ki, bu gün elə bil Osman Qazilər diriliblər. Ortada olan bu ürəkbulandıranlar yalnız siyasi çevikliyimizi məhdudlaşdıra bilərlər. Əlavə heç nə edə bilməzlər. Bu gün Türkiyə- Azərbaycan inteqrasiyası elə bir səviyyədədir ki, artıq birgə hərbi aerodromun inşası gündəmə gəlir. Bu gün Türkiyənin regiondakı gedişləri Gürcüstana deyir ki, dayan. Burada Rusiyanın da barmağı var və Rusiya Türkiyə ilə regionda toqquşur. Başqa bir məsələ odur ki, Gürcüstan bu cür dərəbəyliklərin qarşısını almasa, yaxud şüursuz şəkildə seyrici qalsa, yalnız özünə zərər verəcək. Bütün hallarda son hədəfimiz soydaşlarımızın hüququnu təmin etməkdir. Azərbaycan öz soydaşlarının hüququnu qorumalı və Gürcüstanda baş verənlərlə bağlı Gürcüstan hökuməti qarşısında məsələ qaldırmalıdır. Diplomatiyamız çevik olmalıdır. Biz onun - bunun ağzına baxıb gözəməli deyilik ki, kim nə deyir. Azərbaycan öz soydaşlarının hüquqlarını təmin etməsə, onu qorumasa, ona heç kəs hörmət etməyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru