“Əhalinin 90 faizi AXCP və Müsavatın mövcudluğunu unudub” - Partiya sədri
Tarix: 19-03-2021, 10:30 | Çap et
İşğaldan azad edilmiş torpaqlara səfər edən siyasi partiyalar Müsavat və AXCP tərəfindən hədəfə götürülüb. Sosial şəbəkələrdə və hər iki partiyaya yaxın media orqanlarında səfərdə iştirak edənlər tənqid olunur, aşağılanırlar.
Dəvət almasına baxmayaraq, azad edilmiş torpaqlara getməkdən imtina edən Müsavat başqanı Arif Hacılının mövqeyi ciddi narazılıq doğurub. O, “Turan”a deyib: “Azərbaycan iqtidarının yaratdığı, 50 partiya və iqtidarın dialoqunda Müsavat Partiyası iştirakçı deyil, belə formatda təşkil olunan siyasi prosesdən qıraqdayıq. Bu, bizim öz qərarımızdır. Ağdam səfəri məhz bu siyasi oyunun tərkib hissəsidir, buna görə səfərdə iştirak etmirik. Biz Ağdama digər siyasətçilərlə birlikdə getmək təklifindən imtina etdik. Müsavatçıların özlərinin Azərbaycan torpaqlarının istənilən bölgəsinə getmək hüququ var və gedəcəklər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə iddia edib ki, işğaldan azad olunmuş əraziyə xarici siyasətçilər və jurnalistlər getməlidir. Yerli insanların oradakı vəziyyətdən onsuz da xəbəri var.
Maraqlıdır, işğaldan azad olunan torpaqlara getmək nə siyasi oyun ola bilər? Yada salaq ki, bundan əvvəl də A.Hacılı 50 partiyanı iqtidara işləməkdə ittiham etmişdi və onları YAP-a birləşməyə çağırmışdı.
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında ittihamlara belə cavab verdi: “Əvvəla, onu deyim ki, biz digər partiyaların verdiyi qərarlara qarışmırıq. Eyni zamanda verdiyimiz qərarı hansısa bir partiyanın dəyərləndirməsinə ehtiyac duymuruq. Amma kimlərinsə doğru və ya yalanını bizlərə sırımaq istəyəndə susa bilmərik. Biz məcbur qalıb bu məsələlərə reaksiya verməli oluruq. AĞ Partiya üçün Qarabağ, Azərbaycanın müstəqilliyi, milli-mənəvi dəyərlər məsələsi qırmızı xətdir. Burada heç bir siyasi oyundan söhbət gedə bilməz. Gedib işğal altındakı torpaqları ziyarət etmək, ora beynəlxalq aləmin diqqətini çəkmək ki, baxın bütün siyasi partiyalar bu təcavüzə qarşı birgədirlər, nəyi səhvdir? Səfərdə olan hansı partiyanın başqa niyyəti ola bilər?
Biz vətəndaş olaraq, illərdir ki, həsrətini çəkdiyimiz torpaqlarımızı ziyarət etdik, erməni vandalizminin birbaşa şahidi olduq. Düşünürəm ki, bu prosesdən kənarda qalmağın özü siyasi divident axtarışıdır, siyasi divident qazanmağa cəhddir. Bunu yanlış hesab edirəm. Amma bu da onların siyasətidir. Əminəm ki, xalqımız hər bir addımı görür, müşahidə edir. Xalqımızın kifayət qədər siyasi dünyagörüşü var. Burada əslində bizim qiymətləndirməyimizə ehtiyac yoxdur. Əminəm ki, xalq, ictimai fikir lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də. Partiya olaraq, doğru addım atdığımıza əminik”.
ADP sədri Sərdar Cəlaloğlu isə kifayət qədər sərt danışdı: “Onun iqtidarın yaratdığı dediyi partiyalar vaxtilə ”Bizim Azərbaycan" blokunda təmsil olunublar. Azərbaycanın real siyasi qüvvələri bu 30 partiyanı real güc kimi qəbul edirdilər. Kim gəldi Qarabağa gedə bilməz. Orada hər yan minalanıb. Hərbçilərdən başqa kimsə yoxdur. Vəziyyət hələ tam nəzarət altına alınmayıb. Rus sülhməramlıları fəaliyyət göstərir. Müsavat Partiyasına getmək təklif olunmuşdu. İndi getməyiblərsə, biz getmişiksə, nəyə görə qıcıqlanırlar? Bunu anlamaq çətindir. Kimsə kimisə təhqir etməklə özü də yüksəlmir. Azərbaycanda hər kəs kimin yüksək, yaxud alçaq olduğunu çox yaxşı bilir. Mən bu səfəri həyatımın unudulmaz səfəri hesab edirəm. Ermənilərin oraları necə dağıtdıqlarını gözlərimizlə gördük. Bununla hakimiyyətə nə edirdik? Bundan sonra gördüklərimiz əsasında fikir deyəcəyik. Bunun niyə AXCP və Müsavatı narahat etdiyindən başım çıxmır. İndi onlar bir şeyə qol qoydularsa, yaxşıdır, amma bu səfərə getmədilərsə, digərləri düzgün addım atmayıb? 30 ilə yaxındır ki, AXCP və Müsavat özlərini Azərbaycanda müxalifətin avanqardı, real müxalifət kimi qələmə verirlər.
Amma 30 ilə yaxındır ki, ölkəmizdə siyasi hakimiyyət dəyişməyib, sosial durumdakı problemlər də durmadan artır. Çəkilin kənara, nə vaxta qədər xalqın başına bu oyunu açacaqsınız? Siz aparıcılığı bacarmırsınız, dünyada gedən siyasi proseslərdən başınız çıxmır, bilmirsiniz ki, iqtidar-müxalifət münasibətlərini necə qurmaq lazımdır ki, cəmiyyət bundan bəhrələnsin. Partiya olaraq məqsədimiz budur ki, iqtidar-müxalifət münasibətlərindən xalq udsun. Çox adam Qarabağa getməyə can atır, gedir, minaya düşür. Biz Ağdamda olanda dedilər ki, bir ailədən beş nəfər ora dədə-baba yurdunu ziyarət etmək üçün gəliblər. Minaya düşüblər, üçü ağır yaralanıb, ikisi də həlak olub. Camaat həyatını qurban verir. İndi hökumət bizi ora aparıbsa, sadəcə, minnətdar olmalıyıq. Bakıda oturub erməni vəhşiliyindən danışmaq başqa şeydir, öz gözlərində onu görmək tamam başqa şeydir. AXCP-dən Nurəddin Məmmədli yazıb ki, ermənilər müxalifətin ora gəldiyini eşidib qaçıb gediblər. Amma deyim ki, biz nə qədər ermənilərə dedik ki, qaçın gedin, dedilər ki, Nurəddin Məmmədli gəlməsə, biz qaçmayacağıq. Bu cür iqtidar-müxalifət münasibətlərini istəmirsən, bacardığın yolu get. Guya nə yaratmısan, tutduğun mövqe ilə xalqımıza nə vermisən?
Biz sizin kimi gedib mandat almamışıq. Demirik ki, 5 mandatı, ondan əvvəl də iki mandatı necə almısız, seçki komissiyasında necə təmsil olunurdunuz. Kiminlə alver etdiyinizi də yaxşı bilirik. Arif Hacılı özünü elə aparır ki, sanki hansısa bir ölkədə yaşayır, orada biz yoxuq. Parlament partiyası necə olmusunuz, nə cür seçilmisiniz, yaxşı bilirik. Ə, bəsdir də. Ayıbdır. İndi nə ehtiyac var ki, bir-birimizlə qarşıdurmaya gedək. Qarabağa getmişəm, əcəb etmişəm. Atdığım addım tam düzgündür. Mən sual verdim ki, Müsavat və AXCP dəvət olunub, dedilər ki, Müsavat deyib ki, sizə cavab verəcəyik. AXCP-yə deməyə ehtiyac olmadığını söylədilər. Fikirlərini bununla əsaslandırdılar ki, nə vaxt bu partiyaya dəvət göndəririk, yox cavabı alırıq. Sən getməmisənsə, getməməliyik, oturmursansa, oturmamalıyıq? Sən bizim üçün istiqamətverici insan deyilsən. Kimsən axı? Azərbaycanda əhalinin 90%-i AXCP və Müsavatın mövcudluğunu unudub. Müxalifət daxilində gərginliyi hər zaman bu iki qüvvə yaradır. Gedib Rusiyanın dəstəyi ilə Milli Şura yaradanda millətçi idin, bizim gedib torpaqlarımızı görməyimiz, ürəkağrısı ilə o yerləri seyr etməyimiz sənin üçün qəbahətdir? Get işinlə məşğul ol. Milli Şuranı yaradıb hansı oyunlar oynadığınızı bilməyən qalmayıb. Nəyin müqabilində bunu etdiyinizi də yaxşı bilirik".
ALDP rəhbəri Fuad Əliyev: “Ağdama səfərə dəvət aldım və təşkil olunan tədbirdə iştirak etdim. Digər təşkilatların bu dəvəti qəbul edib və yaxud imtina etməsi onların hüquqlarıdır. Amma bu formada şərh edilməsini düzgün hesab etmirəm. Birinci, bir güzgüyə baxsınlar, sonra başqaları haqqında nəsə desinlər. Bunlar hələ də 80-cı illərdə qalıblar. İllər boyu bunlar siyasi oyunda iştirak ediblər, hakimiyyətlə siyasi alver edərək, parlamentdə ”təmsil" olunublar. Xalqı yox, öz şəxsi maraqlarını fikirləşiblər. Vətən müharibəsində dövlətin yanında olmağımız bəyəm siyasi oyundur? Yaxud dəstək verdiyimizə görə niyə YAP birləşməliyik? Qarabağ bizi, iqtidar-müxalifəti birləşdirən məsələdir. Bunlar isə həmişə müxalifəti parçalayan partiyalar olub, sifarişlə işləyən partiyalardı. Sifariş gələndə bir yerdə olurlar, bir müddət keçəndən sonra ayrılırlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|