"Ümid edək ki, dörd aydan sonra bu bəndlərin yerinə yetirilməsinin praktik həllinə başlanacaq" - ekspert
Tarix: 13-03-2021, 10:08 | Çap et
Xəbər verildiyi kimi dünən Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Məlumata görə hər iki tərəflə Dağlıq Qarabağla bağlı bir sıra məsələlər müzakirə olunub. Moderator.az Dağlıq Qarabağın nəzarət etmədiyimiz hissəsində yaranmış və cəmiyyətimizi narahat edən bir sıra məsələlər ətrafında mümkün dəyişikliyin olub-olmayacağı ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib. - Rusiya prezidentinin hər iki tərəflə telefon danışığından sonra Xankəndi və ətrafında müəyyən dəyişikliklərin baş verməsi mümkünmü? Azərbaycan rəsmən Dağlıq Qarabağda nə vaxt təmsil olunacaq? Telefon danışığı haqqında verilən informasiya ümumi xarakter daşıyır, detallı məlumat yoxdur. Bu təbiidir. Belə xəsisliklə verilən informasiyadan sonra, adətən bu istiqamətdə hər hansı dəyişiklik və ya proseslər başlanarsa, o zaman baş verənləri danışıqların nəticəsi kimi dəyərləndirmək, əlaqələndirmək mümkündür. İnformasiyada diqqəti cəlb edən bir ifadə var:” Dağlıq Qarabağla bağlı razılaşmanın realizasiyası üçün praktik aspektlər nəzərdən keçirilib”. Praktik aspektlərin nəzərdən keçirilməsi müəyyən proseslərin başlanmasına bir işarə ola bilər. Məsələn, 10 Noyabr razılaşmasında nəzərdə tutulan bir neçə bənd yerinə yetirilməyib. Ümid edək ki, dörd aydan sonra bu bəndlərin yerinə yetirilməsinin praktik həllinə başlanacaq. Burada Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən son nəfərədək çıxarılması, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının geri qaytarılması, sülhməramlıların nəzarət etdiyi ərazilərdə yolların hər iki tərəf üçün işlək və təhlükəsiz vəziyyətə salınması və sairə nəzərdə tutulur. Bölgədə sülh yaratmaq problemin konservləşməsində deyil və hər üç tərəf bunu artıq 27 ildə yaşayıb. Yuxarıda qeyd edilən bəndlər tədricən həyata keçirilməli və nəticədə beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyü və əraziyə nəzarət, məlumatda deyilən kimi, praktik realizasiya mərhələsinə keçməlidir. Qeyd edilən məsələlərin “praktik realizasiyası” digər məsələlərin də həllini sürətləndirəcək və xüsusi problemlər, gərginlik yaşanmayacaq. Problemlərin praktik həyata keçirilməsinə start veriləndə məsələlərin detallı şəkildə müzakirələri aparılmalı və cəmiyyətdən heç nə gizli saxlanmamalıdır. - Qeyd etdiyiniz problemlərin həyata keçirilməsi öz praktik həllini yaxın vaxtlara tapmazsa o zaman bu telefon danışıqlarının növbətçi xarakter daşıdığını söyləmək olarmı? Ola bilsin ki, nəzərdə tutduğumuz problemlərin heç birinin həyata keçirilməsinin yaxın vaxtlara şahidi olmayaq. Razılaşmadan 4 ay keçib və bu müddətdə müşahidə etdiyimiz sülhməramlıların yerli ermənilərə xüsusi qayğısı, Ermənistan vətəndaşlarının rahat şəkildə Qarabağa maneəsiz giriş-çıxışı və atəşkəsə nəzarətdir. Ona görə də, növbəti 4 ayda da bu mənzərənin davam edəcəyi təəccüblü olmayacaq, amma bu sülhün möhkəmlənməsinə yox, gərginliyin artmasına səbəb ola bilər. Bu, hər üç tərəfin, xüsusilə Rusiya və Azərbaycanın fərqində olduğu bir durumdur. Bu mənada hesab edirəm ki, mövcud vəziyyətin yaratdığı bir sıra problemlər bu danışıqların predmeti olub və onların həlli ətrafında danışıqlar aparılıb. Hər halda münəccimlik etmədən prosesləri təqib edək və yaxın vaxtlara güman etdiyimiz və bilmədiyimiz nələrsə özünü göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|