"Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                 

“Zəiflədilən klan elə-belə can verməyəcək” - Partiya sədri
Tarix: 12-02-2021, 10:13 | Çap et
“Zəiflədilən klan elə-belə can verməyəcək”
Ölkədə korrupsiyaya qarşı mübarizənin, korrupsiyaya görə həbslərin əhatəsi genişləndikcə, bir sıra məmurların, həmçinin sabiq komanda üzvlərinin dövlət çevrilişi həvəsinə düşdüyü barədə fikirlər, iddialar meydana gəlir. Özü də maraqlıdır ki, bu cür iddiaları kifayət qədər ciddi simalar dilə gətirirlər. Eyni zamanda mətbuatda da bu cir fikirlər yayılır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə bu cür məsələrdən danışanların özünü suçlayıb: “Xalqımız Prezidenti müdafiə edir və onun qarşımızda duran problemləri həll edəcək islahatları uğurla həyata keçirəcəyinə inanır. Artıq bu istiqamətdə real addımların atılması üçün ciddi hazırlıq işləri görülür. Çevriliş barədə danışanların isə hər birinin öz marağı var.

Biri yalnış olaraq düşünür ki, bununla iqtidara kömək edir, eyni zamanda diqqəti özünün təxribatçı əməllərindən yayındırır. Digəri fikirləşir ki, bu yolla iqtidar daxilində parçalanma yarada bilər.

Bir başqası bu tipli şayiələr yayıb başqasına etimadsızlıq yaratmaq istəyir. İnkişafın qarşısında kötüyə çevrilmiş başqa biriləri düşünürlər ki, bu tipli şayiələr yaymaqla Prezidenti təhdid edib islahatlardan çəkindirmək olar və s. Amma bu barədə danışanların hər biri ayrılıqda başa düşür ki, Azərbaycanda antikonstitusion yolla hakimiyyət dəyişikliyi dövrü çoxdan başa çatıb və xalqımız onların dediklərini ciddi qəbul etmir”.

Bəs müxalifət düşərgəsi bu barədə hansı fikirdədir? Ölkədə “çevriliş planları” qəsdən mediaya sızdırılır, yoxsa doğrudan da “çevriliş” planları ola bilər?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, deputatların fikirlərini şərh eləmək istəmir. Amma özünün şəxsi qənaətləri var: “Vahid Əhmədov sıradan bir deputat deyil. Təcrübəli, məlumatlı, dövlət idarəçiliyi vərdişləri olan bir adamdır. Eyni zamanda mənim müşahidələrimə görə, çox ehtiyatlı adamdır. Əgər Vahid müəllim nəsə deyirsə, deməli, deyilənlərdən dolayı onun hansısa məlumatı, ya da ehtiyatlanması var. Əslində son dövrdə daha bir neçə hadisələr baş verib. Onları diqqətdən kənarda saxlamaq olmaz. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Moskva səfəri diqqətdən kənarda saxlanılmamalıdır. Çox hörmətli, çox sevidiyim xalq artisti Flora Kərimovanın açıqlamaları diqqətdən kənarda qalmamalıdır. ”Space" televiziyasında baş verənlər hökumətin daxilində ola biləcək müəyyən məsələlərdən də xəbər verə bilər. Səlim Müslümovun həbsi, Ziya Məmmədovun açıqlamaları və istintaqa çağırılması ilə bağlı mediaya sızdırlan informasiya, Ramiz Mehdiyevlə bağlı son vaxtlar baş verənlər də bir çox məsələlərdən xəbər verir. Görünən odur ki, zəiflədilən klan elə-belə can vermək istəmir və yəqin ki, verməyəcək. Sonda necə olacağını proqnoz vermək çətindir. Amma hər halda, ağıllı adamlar heç bir variantı istisna etmirlər. Mən sakitləşdirici bəyanatları da cəmiyyətin yanlışa doğru yönləndirilməsi nöqteyi-nəzərdən qiymətləndirirəm. Siyasətdə “heç vaxt heç vaxt” deyilməməlidir. Yəni hər şey ola bilər, siyasətdə heç nəyi istisna eləmək olmaz".

Əli Əliyev qeyd etdi ki, cərəyan edən prosesdə, ehtimal kimi səslənən məsələlərdə müxalifətin də davranışları diqqətdən qaçırılmamalıdır: “Mən öz fikrimi deyə bilərəm, bütün müxalifət adından danışa bilmərəm. Çünki Ramiz Mehdiyevin müxalifəti var, hazırkı administrasiyanın müxalifəti var, xarici qüvvələrin müxalifəti var, neytral və heç bir tərəfdən idarə olunmayan müxalifət var. Bunların hərəsinin davranışı bir cür ola bilər. Öz adımdan onu deyə bilərəm ki, mən hakimiyyətin siyasətinin bir sıra məqamlarını bəyənməsəm də, Moskvadan gətiriləcək hər hansı bir yeni adamın, yeni komandanın Azərbaycana ziyanlı ola biləcəyi qənaətindəyəm. Ona görə də bizim üçün dövlət və millət olaraq ideal variant Prezident İlham Əliyevin islahatlarının dərinləşdirilməsi və ölkənin təhlükəli tendensiyalardan qorunmasıdır. Əgər bu gün mənə seçim versələr ki, köhnə komanda ilə İlham Əliyev arasında seçim et, mən təbii ki, İlham Əliyevi seçərəm”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, ölkədə bəzi məmurların çevriliş cəhdində buluna biləcəyi ilə bağlı deputat Vahid Əhmədov mövqe bildirib. Qüdrət Həsənquliyevin bu mövzuda söylədiklərini Vahid Əhmədova cavab kimi də qiymətləndirmək olar: “Ola bilsin ki, kimlərsə ya informasiya, ya təhlilləri əsasında bu qənaətə gəlirlər. Düşünmürəm ki, dövlət çevrilişi söhbətlərini kimsə qəsdən ortaya atır və ya mətbuata sızdırır. Şəxsən mənim fikrimcə, mövcud reallıqda kimlərinsə çevriliş cəhdində bulunması və uğur qazanması inandırıcı deyil. İndi o zamanlar deyıl, çevriliş dövrləri arxada qaldı. Amma korrupsiyaya bulaşmış, külli miqdarda dövlət əmlakını mənimsəyən yüksək rütbəli vəzifə daşıyanların hərəkətlərindən cəmiyyətdə ciddi narazılıq yaranması sirr deyil. Bu da ölkədə əlavə gərginlik yaradır. Belə adamlar azadlıqda gəzdikcə, vəzifədə qaldıqca cəmiyyətdə narazılıqlar artır. Ona görə də düşünürəm ki, növbəti müharibə ölkəni caynağına alan korrupsiyaya, korrupsionerlərə qarşı aparılmalıdır”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Dünən, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Dünən, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru