Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                 

ABŞ səfirliyi müxalifəti niyə iqnor edib - partiyalardan açıqlama
Tarix: 11-02-2021, 09:13 | Çap et
ABŞ səfirliyi müxalifəti niyə iqnor edib
Son illərdə ABŞ səfirliyi, eləcə də Qərb institutları Azərbaycan müxalifəti ilə təmasları azaldıb. Halbuki əvvəllər belə deyildi. Siyasi partiyalarla, QHT rəhbərləri, müxalif medianın baş redaktorları ilə görüşlər keçirilirdi. ABŞ səfirliyi bu istiqamətdə ən aktiv səfirlik hesab olunurdu. Amma indi belə deyil. Səbəb nədir?

ALDP rəhbəri Fuad Əliyevin fikrincə, ABŞ səfirliyi iki səbəbə görə bu görüşləri keçirmir: “Birincisi, Tramp administrasiyası daha çox daxili siyasətə fikir verirdi. Tramp ABŞ iqtisadiyyatını yüksəltmişdi. Bu da Amerikanın dünyada mövqeyinin güclənməsinə səbəb olmuşdu. İkinci səbəb isə COVİD-19-u göstərə bilərəm. Karantin dövründə görüşlərin böyük formatda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Ola bilər ki, təkbətək görüşlər olub.

Ona görə də, ABŞ səfirliyinin fəaliyyətsizliyi müşahidə olunub. Hesab edirəm ki, Bayden dövründə belə olmayacaq. Demokratlar Partiyası daha çox xarici siyasətinə üstünlik verir. Başqa ölkələrdə ”demokratiya" adı ilə inqilablara dəstək verirdi, ölkələrin daxili işlərinə qarışırdı. Amma son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək".

AMİP Siyasi Şurasının üzvü Əli Orucov: “Mən ABŞ-ın Azərbaycandakı səfirliyinin nədən son zamanlar müxalifətlə və QHT-lərlə görüş keçirmədiyinin səbəblərini əminliklə deyə bilmərəm. Lakin bununla belə, öz versiyamı bölüşərək bildirmək istərdim ki, bu daha çox ABŞ-ın və Qərbin Azərbaycana olan diqqətinin və marağının azalması ilə bağlıdır. Yəni Birləşmiş Ştatlar Azərbaycanda demokratik dəyərlərin inkişafına və dəstəyinə o qədər də görünür ki, əvvəlki dövrlərlə müqayisədə ciddi yanaşmır. Vaşinqton və qərbli müttəfiqləri üçün enerji təhlükəsizliyi baxımından rəsmi Bakı ilə əməkdaşlıq önəm kəsb edir. Bizpost sovet ölkələrinə münasibətdə Azərbaycana səthi yanaşıldığının dəfələrlə şahidi olmuşuq. Müxalifət düşərgəsinin də səhvi onda olub ki, ABŞ və onun qərbli müttəfiqlərinə həddindən artıq ümid bəslənilib və çox şeylər gözlənilib. Digər səbəb isə ondan ibarət ola bilər ki, Qərb Azərbaycan hakimiyyəti ilə münasibətləri indiki kövrək geosiyasi məqamda korlamaq istəmir. Çünki Rusiya və İran amili ABŞ üçün çəkindirici rol oynayır. Məncə, sözügedən səfirlik müxalifətlə dialoq və əməkdaşlıq istiqamətində fəaliyyətini bərpa etməlidir. Bundan çəkinməməlidir. İkili əməkdaşlığın və təmasların hər iki tərəf, ümumilikdə isə, dövlətlərimiz üçün böyük faydası var. Alternativ əlaqələr və baxışların öyrənilməsi siyasi kursun da düzgün müəyyənləşdirilməsinə köməklik göstərir. Onu da etiraf etmək lazımdır ki, həm pandemiya, həm də ölkələrin daxili sosial iqtisadi problemləri səbəbindən də demokratiya məsələləri bir qədər arxa plana keçib və əlaqələrin inkişafına da neqativ təsirini göstərib. Ümid edirəm ki, bunlar da müvəqqəti xarakter daşıyacaq. AMİP olaraq biz bu əlaqələrin tezliklə bərpa edilməsində maraqlıyıq”.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva yaranan suallarla bağlı düşüncələrini “Yeni Müsavat”a belə şərh etdi: “Səfirliklərin Azərbaycanda müxalifət partiyaları, müxalif qüvvələr, gənclər təşkilatı , QHT-lər və s. bir sözlə, cəmiyyət institutları ilə görüşləri Azərbaycan siyasi sistemində həmişə mövcud olub və bu gün də davam edir. Lakin diplomatik nümayəndəliklərin cəmiyyət institutları ilə münasibətlərinin tənzimləməsində son 5 ildə yeni yanaşmalar mövcuddur. Bu yeni yanaşma təkcə Azərbaycanla bağlı deyil, bütün dünyada mövcuddur.

Haqqında danışdığımız yeni yanaşmanın formalaşmasının bir sıra əsasları var və bunlardan ən ciddisi məhz bütün dünyada real siyasi və cəmiyyət institutlarının fəaliyyətinin virtual fəaliyyətlə əvəzlənməsidir. Məsələ ondadır ki, sosial platformaların siyasi meydanlara çevrilməsi prosesi ilə real proseslərin virtual proseslərə transfer edilməsi baş verdi. Bu prosesin nədən ibarət olması üçün sırf Azərbaycan siyasi landşaftında, QHT sahəsində bu yeni şərtlərin nəyi dəyişdirdiyi barədə məqamlara baxmaq kifayətdir.

Son illər Azərbaycan siyasi həyatı bütün dünyada olduğu kimi, virtual siyasi-ictimai fəaliyyətin müxtəlif “çeşidləri” ilə bol bir sahədir.

Ölkədəki virtual müxalif siyasi landşaft bunlardan ibarətdir:

- Digər ölkələrdə baş verən proseslərdən mütəmadi həyəcanlanaraq buna oxşarların ölkədə yaşanması arzusunda olanlar;

- QHT sahəsini özü və qohumları vasitəsi ilə “monopoliya”a alaraq özündən başqa heç bir digər qrupu tanımayan mütəşəkkil QHT şəbəkəsi;

- Siyasi prosesləri ancaq və ancaq öz dar düşüncəsi və fərdi və qrup maraqları çərçivəsində öz bloqlarından abır- həya etmədən reallıq kimi qələmə verən bir “dəstə” yerli və mühacir gənc və qoca blogerlər, onların qohum qardaşlarından ibarət fan dəstələri və s.

Ölkənin həyatında ən mühüm siyasi hadisə olan seçkini boykot edən siyasi və ictimai nəzarət rolunu oynamalı olan QHT qrupu məntiqi olaraq istər Azərbaycanda, istərsə də dünyanın bütün yerlərində ölkədə təmsil olunan diplomatik nümayəndəliklərə cazibədar deyil.

Sırf Azərbaycanla bağlı qeyd etmək istədiyim xüsusi bir məqam var. Diplomatik korpusların və ayrıca ABŞ səfirliyinin Azərbaycanda siyasi qruplarla təmasları uzunmüddətli hesabda bu siyasi qrupların sıradan çıxması ilə nəticələndi.

Bu gün üçün reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti problemləri hökumətlə birbaşa və konsensus əsasında həyata keçirməyə daha çox maraqlıdır. Bu prosesdə vasitəçi olacaq müxalif siyasi qrupların xidmətinə inanılmır, çünki bu xidmətlər bir mandat əldə olunan kimi bitən, korporativ maraqlara xidmət edən təkliflər idi".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Dünən, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Dünən, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru