Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                 

“Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...” - Partiya sədri
Tarix: 8-02-2021, 16:40 | Çap et
“Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...”
Prezidentin fevralın 1-də bir sıra məmurları tənqid etməsi göstərir ki, hakimiyyətin yuxarı eşolonunda təmsil olunan oliqarx məmurlar ciddi problemə çevrilir, müasir düşüncə tərzinin dövlət aparatında oturuşmasında maraqlı tərəf kimi çıxış etmir və indi də gəlir mənbəyi kimi işğaldan azad olunan ərazilərə, xüsusilə Şuşaya göz dikirlər.

“AzPolitika.info” bu mövzu ətrafında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib:

- Sərdar bəy, Prezident İlham Əliyev fevralın 1-də bir neçə yüksək vəzifəli məmuru Şuşada rəhbərlik etdikləri qurumların idarələrini açmaq adı altında ərazi zəbt etmək, iqamətgah yaratmaq niyyətlərinə görə sərt tənqid edib. Bundan az sonra sabiq nazir Səlim Müslümov həbs edilib və mediada korrupsioner məmurlar məsələsi yenidən gündəmə gəlib. Sizcə, nə baş verir və qarşıda hansı prosesləri gözləmək olar?

- Mənim şəxsi fikrimə görə, əslində, Prezidentin bir sıra yüksək ranqlı məmurları tənqid etməsi Şuşa ilə əlaqəli deyil. Şuşa ilə bağlı deyilənlər sadəcə, həmin şəxslərin bir növ gündəmə gətirilməsidir. İndiki halda əsasən bir-birilə əlaqəsi olan şəxslərdən ibarət müəyyən bir məmur qrupunun adının çəkilməsi təsadüfi deyil. Məncə, bu şəxslərin Şuşada yerli strukturlarını yaratmaq təkliflərində qeyri-adi bir şey yoxdur. Onsuz da Prezidentin özü bir sıra qurumların Şuşada idarələrinin açılmasına dair göstəriş verib. Bu, onu göstərir ki, burada daha dərinə gedən problemlər var.

Prezident çıxışı zamanı üstüörtülü şəkildə bildirdi ki, hər şeyi açıb demir və hər şeyi açıqlasa, xalq iyrənər. Xalqı iyrəndirəcək hərəkət nə ola bilər? Məncə bu, onların ya dövlət çevrilişinə cəhd etməsi, ya da torpaqların yenidən işğal altına salınması üçün hansısa hərəkətləri bağlı ola bilər. Əks halda, xalq nəyə iyrənməlidir? Yəni bunların korrupsiya əməllərinə, özbaşınalığına xalq indiyə qədər iyrənməyibsə, daha hansı əməl ola bilər ki, bunlardan iyrənsin?...

Əlbəttə, Prezident fikirlərini açıq ifadə etmədi. Amma bu açıqlamadan qısa müddət sonra hakimiyyətdəki oliqarx nazirlərdən birinə yaxın olan sabiq nazirin həbsi göstərir ki, burada söhbət ciddi siyasi günahlardan gedir.

- Yəni məsələ siyasidir?

- Bəli, siyasidir. Zatən dövlət məmuru istər korrupsiya, istər rüşvət, istərsə də digər qanunsuz əməllə məşğul olsun, əgər tutduğu post siyasidirsə, deməli fəaliyyəti də siyasi hesab oluna bilər. Görünür, həm də siyasi qüsurları olub. Ya bağlı olduqları dövlətin tapşırıqlarını yerinə yetirmək, Azərbaycanda aranı qarışdırmaq istəyirlər, ya da başqa nəsə baş verir. Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki, bu məmurların daha ciddi günahlarını bilir, amma hələlik elan etmir.

- Milli Məclisin deputatı Vahid Əhmədov bəyan edib ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəlib, sanki onlara ikinci nəfəs verilib, öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başlayıblar. Deputat iddia edib ki, kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşüblər. Sizcə bu, nə dərəcədə inandırıcıdır?

- Əslində, Vahid müəllimin dediklərilə mənim fikirlərim üst-üstə düşür. Diqqət edirsinizsə, “5-ci kolonun” nümayəndələri sülhməramlılar bura gələndən sonra bir-birinin ardınca bəyanatlar verməyə başladılar. Biri dedi Azərbaycan elə Rusiyanın torpaqlarıdır, biri dedi nə yaxşı ki, rus sülhməramlıları gəldi, başqası bəyanat verdi ki, Türkiyənin Dağlıq Qarabağda nə işi var və sair.

Faktiki olaraq, rus sülhməramlıları gəldikdən sonra “5-ci kolon”un nümayəndələri fəallaşdılar və radikallaşdılar. Görünür bu, onların təkcə siyasi mövqeləri deyil və onlar, Vahid Əhmədovun dediyi kimi, başqa formada da aktivləşiblər.

Ola bilsin ki, Rusiyanın maraqlarına uyğun olaraq, hansısa addımlar atmaq fikrindədirlər. Və ya işğaldan azad olunan ərazilərlə bağlı hansısa təxribatlar törətmək istəyirlər və s. Hər şey ola bilər. Bunlar başqa dövlətlərə xidmət edən adamlardır. Nə qədər ki, onlar yüksək vəzifələrdədir Azərbaycanda dayanıqlı sabitlikdən, vətəndaş həmrəyliyindən, milli birlikdən söhbət gedə bilməz.

Bunların əlində təkcə maliyyə cəmləşməyib. Bunların hərbi gücü, maliyyə gücü, həm də dövlət idarəetməsində idarəçilik gücləri var.

Tutaq ki, biri əyləşib hansısa nazirlikdə. Amma eyni zamanda, Daxili İşlər Nazirliyində, prokurorluqda və digər nazirliklərdə əlinin altında olan kadrlar var. Niyə uzun müddət deyirik ki, dövlət idarəçiliyində qohumluq-klan idarəçiliyi ləğv edilməlidir? Biri oturub bu nazirlikdə, qardaşı digər nazirlikdə müavindir, o birisinin də qardaşı idarə müdiridir və s. Deməli, birinin maraqlarına bir balaca toxunsanız, hətta bütün dövlət aparatını belə hərəkətə gətirmək imkanlarına malik olurlar. Bu da çox təhlükədir. Vaxtı ilə Beynəlxalq Böhran Qrupu qeyd edirdi ki, Azərbaycanda ayrı-ayrı nazirliklərin əlində silahlı qüvvələrin olması Azərbaycanda çox təhlükəli proseslərə təkan verə bilər.

Ona yaxın nazirlik və qurumun silahlı dəstələri var. Dövlət Neft Şirkətinin özünün böyük mühafizə xidməti var, Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bir vaxtlar Nəqliyyat Nazirliyinin nəhəng mühafizə idarəsi var idi. Bu onu göstərir ki, onlar yalnız maliyyə və iqtisadiyyat üzərində nəzarət həyata keçirmir, həm də dövlət üzərində basqı yaradaraq öz məqsədlərinə çatırlar. Odur ki, onların əlindəki hərbi gücü, dövlət aparatına yerləşdirdikləri kadrları və idarəetmədəki təsir imkanlarını unutmaq olmaz.

- Bəs, çıxış yolu nədir və dövlət üçün üçün real təhlükə ola biləcək qüvvələri hansı formada zərərləşdirmək daha ağrısız olar?
- Burada ilk növbədə Prezidentin xalqa arxayın olması lazımdır. Bəli, ilk dəfə idi ki, Prezident xalqa bu fikirlərini deyirdi. Heydər Əliyev bir zamanlar Rövşən Cavadovu və Surət Hüseynovu zərərsizləşdirmək üçün milyonlarla vətəndaşı küçələrə çağırdı, dövləti gözləyən təhlükələrlə bağlı müraciət etdi və dəstək aldı.

İlham Əliyev də “5-ci kolon”u neytrallaşdırmaqla bağlı istənilən an xalqa müraciət etməlidir. Biz müxalifət olaraq, Azərbaycan dövlətini qorumaq, yadellilərin təsirindən çıxarmaq üçün Prezidentin atacağı istənilən addımı dəstəkləməyə hazırıq. Necə ki, Dağlıq Qarabağın azad edilməsində milli birlik nümayiş etdirdik, müharibənin ideoloji-siyasi əsaslarını hazırladıq, müharibə ilə bağlı beynəlxalq ictimaiyyətin fikirlərini formalaşdırmaq üçün addımlar atdıq, “5-ci kolon”la mübarizədə də eyni həmrəyliyi göstərməyə hazırıq.

- Müşahidələr göstərir ki, iri məmur-oliqarxların hakimiyyətdən uzaqlaşdırılması prosesi hələ 2013-cü ildən başlayıb. İndi artıq hakimiyyətdə olmayan, amma böyük pullara malik olan qruplar da var. Sizcə, belə şəxslərin öz pullarını Azərbaycan iqtisadiyyatına yatırması üçün hansı yol seçilməlidir?

- Əslində, dediyiniz adamlar hakimiyyətdən getsələr də, övladları, nəvələri, qohum-qardaşları, qudaları hakimiyyətdə qalmaqdadır. İkincisi, dövlətə vurulan ziyan qanunlarımıza uyğun şəkildə ödənilməlidir. Onlar bu maliyyəni halal yollarla qazanmayıblar, dövlət büdcəsindən oğurlamaqla əldə ediblər. Deməli, bu pulların hamısı dövlətə qaytarılmalıdır. Bu da şəffaf proses kimi getməlidir. Dövlət büdcəsində xüsusi bir maddə olmalı və korrupsiya ilə mübarizədən büdcəyə daxil olan maliyyə bilinməlidir. Dövlətdən külli miqdarda pul oğurlayanlar həbs olunur, amma biz dövlət büdcəsinə dəyən ziyanın ödənilməsinə dair məlumata rast gəlmirik. Bu halda sual yaranır: bu adamların oğurladıqları pullar hara gedib? Bu baxımdan hökumətin məqsədi təkcə cinayətkarları həbs etmək olmamalıdır, hər şeydən əvvəl dövlətə dəyən ziyanın geri qaytarılmasını təmin etmək lazımdır. Bunun nəticəsində büdcəmiz iki dəfə arta bilər. Həm də ölkədə sosial problemlər həll edilər.

Məsələn, benzinin qiymətinin qalxması dövlətə 450-500 milyon manat xeyir verir. Həımçinin, suyun qiymətinin bahalaşması milyonlarla xeyir gətirir. Amma elə korrupsioner var ki, ondan 2-3 milyard alıb, büdcəyə qoymaq olar. Bu da Azərbaycanda qiymətlərin sabit saxlanılmasına, yeni iş yerlərinin açılmasına, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına sərf edilə bilər. Bu mənada Azərbaycanda korrupsiya ilə bağlı cinayət təqibi kökündən dəyişdirilməlidir. Dövlətə dəyən ziyan ödənilməyənə qədər biz bunu korrupsiyaya qarşı mübarizə kimi dəyərləndirə bilmərik.

Üstəlik, məlumdur ki, hakimiyyətlə əlaqəsi olmayan adam böyük məbləğdə pul qazana bilməz. Hakimiyyətdə olmayanların böyük pullar qazanması hakimiyyətdə olanların vasitəsilə həyata keçirilir. Belə adamlar bir çox hallarda nazirlərin, komitə sədrlərinin, icra başçılarının maliyyəsini “fırladır”, pullarını “yuyur”, qeyri-qanuni gəlirlərinin əldə olunmasında, korrupsiyada iştirak edir və buna görə pay alırlar. Vacib deyil ki, belə şəxslər bilavasitə siyasi hakimiyyətdə təmsil olunsunlar. Siyasi hakimiyyətdəkilərlə yaxınlıq edib pul qazananların da hamısı korrupsionerdir və korrupsiyada ittiham olunmalıdırlar.

Bu dəqiqə adı çəkilən şəxslərin arasında eləsi var ki, bütün Qarabağın bərpasına tələb edilən vəsaitdən bir neçə dəfə çox pulu var. Adamın 400-500 müəssisəsi varsa, bu nə deməkdir? Hələ ofşor şirkətlərdə milyardları, Azərbaycanda yüzlərlə villaları, sarayları olmalarını demirəm. Bunlar ciddi məsələlərdir. Bu şəxslərin bir çoxu xarici dövlətlər tərəfindən müdafiə olunur. Bir qədər də buna arxayın olaraq, xalqa, konstitusiyaya, dövlət başçısına etinasız yanaşırlar.

- Etinasız deyərkən nəyi nəzərdə tutursunuz?

- Məsələn, Prezidentin məlum çıxışından sonra siyasi etika tələb edirdi ki, orada adı çəkilən şəxslər istefa versinlər. Yəni siyasi mədəniyyət bunu vacib sayır. Amma onlar bunu heç ağıllarına da gətirmirlər və heç nə olmamış kimi öz işlərini görürlər.

- Böyük pullara sahiblənən həmin şəxslərin öz kapitallarını ölkəmizə maliyyə amnistiyası vasitəsilə yatırmaları mümkündürmü?

- Bu pulların hamısı dövlət büdcəsinə qayıtmalı, dövlət özü həmin pulları investisiya kimi ehtiyac hesab olunan sahələrə qoymalıdır. Maliyyə amnistiyası verərək, onların oğurladıqları nəhəng pulların leqallaşdırılması Azərbaycanda sərvətlərin ədalətsiz şəkildə paylandığını təsdiqləyəcək və bundan doğan ağır ictimai-siyasi nəticələr yaradacaq. Başqa sözlə, bir nəfər cinayətlə, oğurluqla, adam öldürməklə milyardlarla pul qazanır və biz onu əfv edirik. O da gəlib ölkəmizdə qanuni milyarder kimi fəaliyyətə başlayır. Bu, nə dərəcədə ədalətli və əxlaqlı olardı?

Məncə, maliyyə amnistiyası “kiçik dozada” ola bilər. Məsələn, bir milyon manata qədər. Amma milyardlarla pul dövlətin əleyhinə yönələn fəaliyyətlə əldə edilibsə, bunu necə qanuniləşdirmək olar? Dünyanın heç bir ölkəsində dövlətə bu qədər ağır zərər vuran şəxslər barəsində yüngül tədbirlər görülmür. Məsələn, Çində dərhal güllələyirlər. Koreyada topa qoyub atırlar. İranda devalvasiya olanda iki qızıl mağazasının sahibi qızılın satışını dayandırmışdı. Məntiqləri belə olub ki, onsuz da pul dəyərdən düşür, devalvasiya gedir, qızıl bahalaşacaq. Onların hər ikisi edam olundu. Söhbət həm də İranın çox varlı insanlarından gedir. Dövlətin münasibəti belə olmalıdır.

Təsəvvür edin ki, bizdə zəlzələ olur, bunlar varlanır, müharibə olur, varlanır, koronavirus başlayır, yenə bunlar milyardlar qazanırlar. Dövlət yoxsul kateqoriyanın müdafiəsi üçün tədbirlər həyata keçirir, regionlarda işsizliyin qarşısını almaq üçün vəsait ayırır, amma nəticədə bunlar varlanırlar. Xalq da buna görə, haqlı olaraq dövlət və hakimiyyətdən narazı qalır. Bu narazılığın aradan qaldırılması üçün birinci növbədə xalqı dövlətdən narazı salan hərəkətlərin qarşısı alınmalıdır. Bu adamların məsuliyyət daşıması ayrı məsələdir, amma biz bu gün “nə üçün Azərbaycanda bütün məmurlar istisnasız olaraq korrupsiya ilə məşğuldur” sualını verməliyik. Eləcə də “bunlara qarşı nə üçün vaxtında cəza tədbiri görülməyib?” sualı olmalıdır. Niyə biz gözləməliyik ki, bunlar 100 milyonlar oğurlasınlar? Elə birinci manatı qanunsuz olaraq qazanan zamanı onu neytrallaşdırmaq olardı. Axı mətbuatda uzun illər belə korrupsiya əməllərinə dair məlumatlar dərc edilir. Görün indiyə kimi nə qədər jurnalist korrupsionerləri ifşa etdikləri üçün həbs edilib. Bu işlərdə müvafiq dövlət qurumları da iştirak ediblər. Ona görə, Səlim Müslümovu biz doğrudan da ədalət mühakiməsinə çxarırıqsa, mütləq keçmiş dövrün prokuroru da istintaqa dəvət edilməlidir. Baxaq görək niyə həmin dövrdə prokuror nəzaritini həyata keçirməyib.

- Uzun illər nəqliyyat naziri işləmiş Ziya Məmmədovun kənddə torpaq əkdiyini, mal-qara saxladığını və dolanmağın çətin olduğunu deməsini necə qiymətləndirirsiniz?

- Bu adam Azərbaycan dövlətinə bir neçə milyard ziyan vurub, eləcə də onun sifarişi ilə qətlə yetirilənlər olub. Yəni o həm fərdlərə qarşı, həm də dövlətə qarşı cinayət törədib.

- Ziya Məmmədov?

- Bəli, Ziya Məmmədov. Onun Bakı-Quba yolunun tikintisi zamanı nə qədər pul oğurladığını ortaya çıxarmaq lazımdır. Saldığı beton yol qısa müddətdən sonra dağıldı. İndi 100 milyonlar lazımdır ki, həmin yarıtmaz fəaliyyətin nəticələri aradan qaldırılsın.

Əgər dolanması çətindirsə, o zaman oğlu milyonları haradan tapıb Donald Trampın seçkilərinə qoymuşdu? Və ya oğlu Heydər Əliyev Mərkəzinin qarşısındakı nəhəng oteli hansı maliyyə hesabına tikib? Bunlar milyardlarla vəsaitə malikdirlər. Ağlamaqla heç kimi inandıra bilməz ki, kasıb həyat tərzi keçirir.

Milli Bankın rəhbərini götürək. Gələcəkdə bu şəxsin Azərbaycan dövlətinə külli miqdarda ziyan vurduğunu deyəcək və onu istintaqa dəvət edəcəklər. Amma bu gün heç kəs onu yoxlamır, araşdırmır.
“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Dünən, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Dünən, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru