"Əgər azərbaycanlılar qaytarılmasa, bəyanatın maddələri pozulmuş olacaq" - deputat
Tarix: 28-12-2020, 09:15 | Çap et
Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Xüsusulə yola saldığımız həftədə Xankəndində məktəblilərə mina əleyhinə təlimlər keçirilməsi zamanı Rusiya bayrağı ilə yanaşı tanınmayan və Azərbaycanın qanunsuz, separatçı saydığı qurumun bayrağının asılması etirazla qarşılandı.
Xüsusilə bir məsələyə diqqət çəkildi ki, Azərbaycan tanınmayan qurumun rəhbərliyi haqqında cinayət işi açıb və onların beynəlxalq axtarışa veriləcəyini açıqlayıb. Bundan əlavə cəmiyyətdə belə sual da səslənir ki, “Xankəndinə erməni icması qayıtdığı halda orada vaxtılə yaşamış azərbaycanlıların hələ də qaytarılmamasına səbəb nədir?”
Məsələyə, hələlik,Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Amma deputat Fazil Mustafa da hesab edir ki, Azərbaycan bu məsələni tədricən həll etməlidir:
“...Əsas iş bunlardır”
“Açığı Azərbaycanın indiki mərhələdə bu məsələyə çox da müdaxilə etməsinin tərəfdarı deyiləm. Türkiyə sülhməramlıları bölgəyə gələndən sonra onlar Rusiya sülhməramlılarına bu missiyanı hansı formada yerinə yetirmək haqda tövsiyyələrini verəcəklər. Bununla həll etmək daha məqsədəuyğundur. Çünki indiki vəziyyətdə biz hələ Şuşaya yol çəkirik, işıqlandırma, infrastruktur işləri görməliyik, əsas iş bunlardır. Düzdür, bir sıra məsələlərə etirazımızı bildirməliyik. Amma daha çox Türkiyə sülhməramlılarının gəlməsindən sonra etiraz etməyimiz daha yaxşıdır”.
“Ancaq rəsmi məlumatlara görə, Türkiyə hərbçiləri müşahidəçi kimi gəlir, sülhməramlılar kimi yox. Açıqlamalara görə, onlar Ağdamda yerləşəcək Mərkəzdə olmalıdırlar” qeydinə Fazil Mustafa belə reaksiya verib:
“Türkiyə hərbçiləri də sülhməramlı kimi gəlir və Rusiya ilə birgə bərabər statusa malikdirlər. Sadəcə, görüntü olaraq Rusiya daha çox üstün görünür, amma türklərin rolu böyükdür”.
Fazil Mustafa bildirir ki, Xankəndinə erməni icması qaytarıldığı kimi azərbaycanlılar da qaytarılacaq: “Əgər azərbaycanlılar qaytarılmasa, bəyanatın maddələri pozulmuş olacaq. Bəyanatda ümumi şəkildə məcburi köçkünlərdən danışılır, erməni və azərbaycanlılardan yox”.
“Ajiotaj yaratmaq olmaz”
Deputat sülhməramlıların fəaliyyəti haqda suala “təbii ki, onların fəaliyyəti mənim arzularıma uyğun deyil” deyə reaksiya verib:
“Ancaq indiki reallıqda proseslər Azərbaycan hökumətinin nəzarəti altındadır. Hazırda bununla bağlı ajiotaj yaratmaq olmaz, çünki biz bölgəni tədricən məskunlaşdırmalıyıq. Nəzərə alın ki, sülhməramlılar Ermənistanla sərhədlərimizin müəyyənləşməsində rol oynayırlar, bir sıra yerlərin boşaldılması, xəritəyə uyğun qurulmasını da ortaya qoyurlar. Daha sonra Laçın yoluyla silahlı dəstələrin Azərbaycana keçməsini Azərbaycan ordusu dayandırıb, Rusiya sülhməramlıları da buna normal yanaşıblar.” Deputat hesab edir ki, məsələni konfliktə çevrilən istiqamətə yönəltməməli və lazım olan əsas hədəflərdən yayınılmamlıdır:
“ O baxımdan görüntü olaraq bir-iki neqativ hallar olacaq. Amma bunları konflikt formasında yox, türk sülhməramlıları gələndən sonra tədricən həll etməyə çalışmalıyıq”
“Separatçılığı aradan qaldıracağıq”
Bayraq məsələsinə gəlincə, deputat vurğulayıb ki, separatçıların bayrağının arxasında nə dövlət var, nə tanınma var:
“Azərbaycan idarəçiliyi Xankəndində oturanda, başqa yollarla separatçılığı aradan qaldıracağıq. O zaman da rus sülhməramlıları da mane olmayacaq, çünki Qarabağın statusu ilə bağlı tanınma yoxdur ki, bayraq filan yerdə olmalıdır. Biz bayrağın adı nədir deyə soruşacağıq, ona da cavab yoxdur. Çünki bayraq nə dövlətdir, nə ictimai təşkilatdır, silahlı birləşmədirsə, üçtərəfli bəyanatda göstərilib ki, bütün silahlı birləşmələr bölgədən çıxarılmalıdır. Yalnız mülki əhalinin qayıdışı mümkündür”.
Siyasi təhlilçi Nəsimi Məmmədli isə Azadlıq Radiosuna bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti erməni əhalinin Qarabağa qaytarılması və təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Onun fikrincə, eyni zamanda məqsəd Kremlin Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda strateji maraqlarının təmin edilməsinə istiqamətlənib:
“Rusiya faktiki olaraq problemin həllində yox,...”
“Ona görə də bu fəaliyyəti sülhməramlı kimi dəyərləndirmək doğru olmaz. Rusiya sülhməramlılarının Qarabağa daxil olması Azərbaycanın tam və haqlı qələbəsini, təcavüzkar Ermənistanın isə tam məğlub olmasını əngəllədi. Hazırda “sülhməramlılar” yalnız erməni əhalinin maraqlarının təminatçısı rolunda çıxış edir. Nədənsə bu ərazilərə azərbaycanlıların da köçürülməsi istiqamətində təşəbbüsləri müşahidə olunmur. Birmənalı şəkildə görünür ki, Rusiya faktiki olaraq problemin həllində yox, onun öz nəzarəti altında “dondurulmasında” maraqlıdır. ”.
Nəsimi Məmmədli bayraqla bağlı məsələni də yolverilməz adlandırıb.
“Üçtərəfli bəyanatın dördüncü tərəfi yoxdur”
“Çünki Azərbaycan Dağlıq Qarabağda hansısa rejimin mövcudluğunu qəbul etmir. Azərbaycan, Ermənistan, Rusiya üçtərəfli bəyanatının dördüncü tərəfi yoxdur. Amma qondarma rejimin atributlarının ətrafında Rusiyanın rəsmi şəxslərinin oturması, onlarla müzakirə aparması və şəkillər paylaşması heç bir halda 10 noyabr atəşkəs bəyanatının prinsiplərinə uyğun deyil, sülhməramlı çərçivəyə sığmır. Əksinə, şimal qonşumuzun Azərbaycan ərazisində separatçı fəaliyyətin və təcavüzkarın açıq dəstəklənməsi kimi görünür”.
Nəsimi Məmmədli Azərbaycan rəsmilərinin baş verənlərə reaksiya verməməsinin təəssüf doğurduğunu deyib:
“Rəsmi şəkildə Rusiyaya ciddi etiraz bildirilməlidir. Azərbaycan cəmiyyətinin müxtəlif etiraz səsləri Kremlin Qarabağdakı siyasətini dayandırmağa yetərli deyil. Bunun üçün dövlətin özünün də fəal diplomatiyası, konkret və kəskin mövqeyi olmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
|