“İran torpaqlarına qarşı iddiamız yoxdur, sadəcə, şairlər daima bunu dilə gətirəcəklər” - deputat
Tarix: 15-12-2020, 08:41 | Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir:
Arazı ayırdılar
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
İran xarici işlər naziri Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: “Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?”
Bu açıqlamadan sonra İranın bir çox şəhərlərində insanlar pəncərələrdən “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirərək Azərbaycana həmrəyliklərini bildiriblər.
Soydaşlarımız həm də “Arazı ayırdılar” trendi başladıblar. Onlar müxtəlif şəhərlərdən “Arazı ayırdılar” misralarını səsləndirərək trendə qoşulublar. Düzdür, məsələ yoluna qoyuldu, tərəflər bir-birini dinlədilər.
Yəni Ərdoğanın məlum şeiri söyləməsində Ankaranın heç də Tehrana qarşı hər hansı siyasi mesajı olmadığı qənaətinə gəlindi, lakin bir həqiqətdir ki, bizi bir millət olaraq bu çay ayırıb, o tay - bu tay edib.
Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.
Amma yer üzündə çayların, hətta dənizlərin ortadan ikiyə, üçə böldüyü ölkələr, şəhərlər var. Onları bir-birindən ayıran olmadı.
Məsələn, Dunay çayını qeyd etmək olar. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla, 10 ölkənin torpaqlarından keçir.
Bu cür nümunələr çox göstərmək olar. Di gəl bizim bir Araz çayımız var, o da başımıza elə oyun açıb ki, necə deyərlər, indiyə qədər cəfasını çəkirik. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Araz çayı təkcə Güneylə Quzeyi ayırmır, həm də Naxçıvandan Türkiyə ərazisinə keçir.
S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan bu şeiri deyəndə ürəyində nə fikirləşibsə, İran məsələyə tamamilə gülməli yanaşma sərgilədi. Xalq şairi qeyd etdi ki, həmin bayatı çox qədimdir: “Folklorumuzda Araz haqda buna bənzər və ayrılığı ondan daha sərt ittiham edən bayatılar var. Bu bayatılara görə İran hay-küy salmalı deyil. Onda gedib 40 milyon azərbaycanlıdan soruşsunlar ki, bu şeirləri niyə yazmısınız? Ümumiyyətlə, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”.
S.Rüstəmxanlının fikrincə, Araz olmasaydı Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı: “Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-muğanlı...”
Deputat əlavə etdi ki, Azərbaycan İranla dostdur, onun bölünməsi haqda danışmırıq: “Bu gün İranla yollar açıqdır, insanlar gedir-gəlir, əlaqələr genişlənir, bu münasibətləri qorumaq lazımdır. Amma İran bir şeirə görə səsini qaldırdı, əvəzində məmurun sözünə Təbrizdə minlərlə insan cavab verdi, şeirlər qoşdu, yüzlərlə dildə Araz bayatısı səsləndi. Buna görə İran məmurlarına təşəkkür edirəm ki, bu ayrılığın olduğunu millətin yadına saldılar”.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ikiyə bölünməsi tarixi faktdır: “Bu faktdır ki, birimiz İran ərazisindədir, biri müstəqil Azərbaycandır. Lakin Azərbaycanın İran torpaqlarına qarşı heç bir iddiası yoxdur, qonşuluq siyasətini davam etdirir. Sadəcə, tarixi gerçəklikdir və bunu dilə gətirmək İranın torpaqlarını şübhə altına almaq, qonşu ölkəni narahat edəcək anlama gəlməməlidir. O demək deyil ki, Azərbaycan və başqaları Arazın o tayında soydaşlarımızın qaldığını söyləməsin. Bu, həqiqətlərin deyilməsinə maneə törətməməlidir. Şadam ki, Türkiyə ilə İran arasında yaranmış problem müsbət həllini tapıb”, - deyə R.Nurullayev qeyd etdi.
Deputat hesab edir ki, istənilən halda tarixi həqiqət dəyişmir və zaman-zaman dilə gətiriləcək: “Onlarla şeir var, şairlər həmişə yazıb ki, Araz çayı bizi ayırıb, ikiyə parçalanmışıq. Faktiki 30 milyon soydaşımız İranda yaşayır. Bunu deməkdə problem görmürəm, şairlər, yazıçılar daima bunu dilə gətirəcəklər. Ancaq bu tarixin deyilməsinin İranın ərazi bütövlüyünə bir qorxusu yoxdursa, gərək Tehran da sözləri xoş qarşılasın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
|