“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                 

“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır” - deputat
Tarix: 10-12-2020, 08:32 | Çap et
“Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır”
Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılmasının vacibliyi barədə son aylarda müzakirələr yenidən intensivləşib. 44 günlük müharibədə Türkiyə Azərbaycana tam dəstək verdi. Ekspertlər hesab edirlər ki, Azərbaycanın yanında birmənalı şəkildə daim yer alan bir qardaş dövlətin hərbi bazalarının ölkəmizdə olması tezliklə reallaşdırılmalıdır.

Gedən müzakirələrdə Turan ideyası da gündəmə gəlib. Bu ideyanın da gerçəkləşdirilməsi üçün tarixi şəraitin yetişdiyi vurğulanır.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev hesab edir ki, Türkiyənin Azərbaycanda hərbi bazası mövcuddur: “İlk növbədə, qeyd etmək istəyirəm ki, Türkiyənin Azərbaycanda geniş hərbi baza yaratması getdikcə reallaşa bilər. Faktiki olaraq yaydakı təlimlərdən sonra türk ordusu Azərbaycandadır. Onların getməsi müzakirə mövzusu deyil. Bu baxımdan praktiki olaraq, demək olar ki, artıq Türkiyənin Azərbaycanda hərbi bazası var. Türkiyə birtərəfli qaydada bunu təsdiq edə bilməz, Azərbaycan da o cümlədən. Amma bunun rəsmi tərəfi olmasa da, praktiki əməli tərəfi olduğu üçün biz özümüzü daha təhlükəsiz hiss edə bilərik. Əlavə olaraq, 10 dekabrda keçirilən hərbi paradda türk mehmetciklər də iştirak edəcək. Bu da çox sevindirici bir xəbərdir. Bütün bunlar ondan xəbər verir ki, Türkiyənin Azərbaycanda hərbi iştirakçılığı var. Məsələnin rəsmi tərəfi ondan ibarətdir ki, Qarabağda qurulan Birgə Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə bərabər türk hərbçilər də olacaq. Mənə elə gəlir ki, aşağı-yuxarı biz Türkiyənin Azərbaycanda hərbi bazasının olduğunu söyləyə bilərik. Xalqımız da buna sevinir”.

Deputat Turan ideyasına da toxundu: “Biz Turanın yaradılması məsələsini millətçiliyə çevirə bilmərik. Xarici ölkələr, dünya Turan ideyasına isti yanaşmır. Bizim bunu bu şəkildə qabartmağımız indiki halda Azərbaycanın apardığı siyasətə uyğun deyil. Turanın qurulması bir çox dünya dövlətlərinə ölkəmizi və Türkiyəni hədəfə almaq anlamına gələ bilər. Ən yaxşısı biz öz işimizi aparaq. Qoy, bu, öz təbii axarı ilə olsun. Mən azərbaycançılıq ideyasının gücləndirilməsindən, ölkəmizdə yaşayan bütün xalqların inteqrasiyasından yanayam. Düşünürəm ki, biz Azərbaycan coğrafiyasında yaşayan bütün xalqlar ölkəmizin, yaşadığımız bu coğrafiyanın rifahı üçün çalışmalıyıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a bunları dedi: “Turan haqqında nəsə demək mənim üçün çətindir. Çünki bu ideyanın reallaşması üçün gərək bütün dövlətlər burada maraqlı olsunlar. Amma hər zaman o fikirdə olmuşam ki, türk birliyi Azərbaycan-Türkiyə ittifaqından ibarətdir. Təəssüflər olsun ki, Mərkəzi Asiyanın türkdilli dövlətləri inteqrasiyada o qədər də maraqlı olmurlar. Düzdür, türkdilli dövlətlərin Əməkdaşlıq Şurası var. Amma biz bu qurumun fəaliyyətinin o qədər də güclü olduğunu müşahidə etmirik. Məsəl üçün, müharibə oldu, hansı türkdilli dövlət Türkiyə istisna olmaqla bizdə ciddi dəstək verdi? Müəyyən açıqlamalar oldu, amma biz eşidəndəki rus təyyarələri Qazaxıstan və Türkmənistan səmasından Ermənistana yüklər daşıyır, bu bizdə çox ciddi suallar yaratdı. Bəzi türkdilli dövlətlər Ermənistana yardımların daşınmasına yardımçı olduqları bir şəraitdə Turan ideyası necə gerçəkləşə bilər? Ona görə də biz daha çox Türkiyə-Azərbaycan Hərbi İttifaqından danışmalıyıq. Naxçıvanla Azərbaycanın materik hissəsi arasında kolidorun açılması Türkiyənin Mərkəzi Asiya ölkələrinə də yolunu açır. Ticarət əməkdaşlığı arta bilər. Burada biz də maraqlıyıq. Amma bu o demək deyil ki, siyasi mənada Turan yaradıla bilər.

Bizim əsas məqsədimiz Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir. Rəcəb Tayyib Ərdoğan artıq Bakıdadır. Hərbi paradda iştirak edəcək. Bunun özü ondan xəbər verir ki, Türkiyə Azərbaycanla siyasi və hərbi ittifaqı gücləndirir. İki il bundan qabaq da Ərdoğan Bakının azad olunmasının yüz illiyi ilə bağlı keçirilən hərbi paradda iştirak etmişdi. O zaman da hərbi paradda İlham Əliyevin yanında dayandı, indi də. Möhtəşəm qələbəmizin qeyd olunmasında bizimlə bərabərdir. Bunun özü çox ciddi mətləblərdən xəbər verir ki, Türkiyə Azərbaycanla hərbi ittifaqı gücləndirmək istəyir. İllərdir ki, bu fikri söyləyirəm, yenə də deyirəm ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması çox vacibdir. Çünki artıq Rusiya da ölkəmizdə hərbi varlığını təmin etdi. Bu bizim üçün müəyyən təhlükələr yarada bilər. Bundan özümüzü sığortalamaq üçün Türkiyə hərbiçiləri mütləq mənada Azərbaycanda olmalıdır. Tək Monitorinq Mərkəzində deyil, Şuşa, Kəlbəcər, Laçın, Bakı, Gəncə və digər yerlərimizdə hərbi hava qüvvələri olmalıdır. Bu Azərbaycanın təhlükəsizlik təminatının gücləndirilməsi deməkdir. Əlbəttə, biz Ermənistanla təkbaşına bacararıq. Bunu sübut da etdik. Amma Ermənistanın arxasında Rusiya dayanıb. Rusiya-Ermənistan hərbi ittifaqı ilə bacara bilmərik. Bunu etiraf etmək lazımdır. Belə təhlükələrdən sığortalanmaq üçün mütləq türk hərbi bazaları Azərbaycanda olmalıdır. Bu olarsa, heç kəs Azərbaycanla güc dilində danışmağa risk etməz”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru