“Düşünmürəm ki, kiminsə bəyanatına görə biz öz kursumuzdan dönək” - deputat
Tarix: 9-12-2020, 08:25 | Çap et
44 günlük Vətən savaşından sonra Azərbaycanın xarici siyasətində bir sıra dəngələrin dəyişəcəyi istisna edilmir. Sentyabrın 27-dən noyabrın 10-a qədər baş verən və ondan sonra bu günə qədər keçən müddət ərzində Avropa Birliyinə (AB) daxil olan qurumların, eləcə də bəzi Avropa ölkələrinin (Fransa, Niderland) sərgilədikləri mövqelər bunu deməyə əsas verir. Onlar bir sözlə özlərini yaxşı aparmadılar, hətta Azərbaycan əleyhinə mövqe tutduqlarının da şahidi olduq. Demokratiya, insan haqlarından dəm vura-vura Gəncə, Bərdə və bir sıra ərazilərimizdə aşkar erməni terrorunu görməzdən gəldilər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev istər müharibə günlərində, istərsə də noyabrın 10-da üçtərəfli anlaşmadan sonra etdiyi çıxışlarda, açıqlamalarda bu məsələyə tez-tez münasibətini sərgiləyir, narazılığını gizlətmir. Bütün bunlar da haqlı olaraq bir sıra suallar yaratmaqla yanaşı, imzalanması illərdir yubanan Azərbaycan-Avropa İttifaqı arasındakı ikitərəfli əməkdaşlıq sazişini də gündəmə gətirib.
Azərbaycan Prezidentinin haqlı narazılığı, Avropaya verdiyi mesajlar yeni siyasi kurs deməkdir, yoxsa Azərbaycan AB ilə əməkdaşlığı dərinləşdirmək kursunu davam etdirəcək?
Deputat, politoloq Arzu Nağıyev münasibətlərdə dəyişikliklər olacağını düşünmür: “Avropaya inteqrasiya məsələsi hələ də gündəmdədir. Bu o demək deyil ki, ayrı-ayrı dövlətlər bizə münasibətlərində müxtəlif mövqe ilə yanaşırlarsa, biz Avropa Birliyindən imtina etməliyik. Məlum məsələdir ki, 44 günlük müharibədə bir sıra dövlətlər Azərbaycana qarşı öz fikirlərini Ermənistanın, qondarma rejimin xeyrinə bildirməyə çalışdılar. Amma ümumi götürdükdə, Avropa dövlətlərinin tam əksəriyyəti ərazi bütövlüyümüzü dəstəkləmələri ilə bağlı mövqe bildiriblər. Misal olaraq, İtaliya parlamentarilərini göstərə bilərik. Onlar cənab prezidentlə görüşlərində bir daha Azərbaycanı dəstəklədiklərini, siyasi və iqtisadi cəhətdən həmfikir olduqlarını bəyan etdilər. Bərdə, Gəncə və Ağdam şəhərlərini gördükdən sonra öz gözləri ilə gördüklərini birmənalı şəkildə bəyan edəcəklərini düşünürəm. Bundan başqa, prezidentin köməkçisinin iştirakı ilə xarici diplomatik korpusların nümayəndələrinin ərazimizdə olması, erməni vəhşiliyini görməsi də çox mühüm məsələdir. İndi iş qalır vicdan məsələsinə. Təbii ki, bunlar gördüklərini hər hansı bir şəkildə öz rəhbərliyinə, qurumlarına məruzə edəcəklər. Bundan artıq müvafiq nəticələr çıxarılmalıdır”.
Deputat təəssüfləndiyini də gizlətmədi: “Təbii ki, ATƏT-in Minsk Qrupunun bəzi həmsədr ölkələrinin mövqesiz qalmaları təəssüf doğuran məsələ oldu. Lakin onu unutmayaq ki, müxtəlif istiqamətlərdə bizim fikir ayrılıqlarımız olsa da, Azərbaycan BMT tərəfindən ərazi bütövlüyü tanınan ölkədir. Dövlətimizin də öz daxili və xarici siyasəti var. Bunu Azərbaycan prezidenti 44 günlük müharibədə KİV-lərə verdiyi açıqlamalarda dəfələrlə qeyd etdi. Biz regional dövlətlərlə münasibətlərimizi öz siyasətimizə uyğun şəkildə qururuq. İkili standartlar daim olub və olacaq da. Bəzi dövlətlərin işğal altında olan ərazilərimizlə bağlı iqtisadi maraqları da var idi. Onlar sərmayə qoymuşdular və o sərmayələr, demək olar ki, batdı. Bəllidir ki, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu olmur. Hər bir məsələ maraqdan doğur. Bizim də ümumi maraqlarımız üst-üstə düşən həm Avropa, həm regional, həm də dost dövlətlər var. Ona görə də düşünmürəm ki, kiminsə bəyanatına görə biz öz kursumuzdan dönək”.
Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva: “Azərbaycanın Avropa Birliyi ilə münasibətləri ATƏT-in Minsk Qrupu həmsədri Fransanın Ermənistanın təəssübkeşi çıxması üzərindən zədələnib. Çünki Minsk Qrupuna və həmsədrliyə Rusiya və ABŞ-dan sonra qoşulan Fransa təkcə öz ölkəsini deyil, həm də Avropa Birliyini təmsil edirdi. Həmsədrlik ABŞ, Rusiya və Avropa Birliyi kimi bölünüb. Ötən ilin sonunda hər nə qədər də danışıqların sürəti azalsa da, 2019-cu il ümumilikdə Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən strateji sazişlə bağlı prosesdə dinamik il kimi yadda qaldı. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulan yeni sazişin imzalanması üçün aparılan danışıqlar prosesi haqqında arayış versək, son iki ildə Azərbaycan Prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər və imzalanan ikitərəfli yeni sənədlər Azərbaycanın ittifaqla münasibətlərini daha da möhkəmləndirdi. 2019-cu ildə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, baza sənədi paraflandı. Son iki il isə, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzərində intensiv iş getdi və strateji tərəfdaşlıq üzrə sazişin bəndlərinin əksəriyyəti razılaşdırıldı. Bakıda Azərbaycan-Avropa İttifaqı arasında tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi gedən, enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat - lojistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik dialoqu baş tutdu.
Təhlükəsizlik dialoqunda bir neçə istiqamət-Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini və Avropa İttifaqı-Azərbaycan-Cənubi Qafqaz kontekstindən müzakirələr və bütün risklərin nəzərə alınması ilə ilkin razılaşmalar əldə olundu. Bu proses 2020-ci ilin may ayına kimi qismən davam etdi. Avropa Birliyi ilə gözlənilən saziş-müharibədən sonra dəyişən dəngələr haqqında cavab verməzdən öncə Avropa Birliyi üçün Qara dəniz və Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın rolu ”Cənub-Şimal" və Qərb-Şərq enerji və nəqliyyat xətlərinin kəsişdiyi region olması, Azərbaycan isə bu regionda keçən nəqliyyat- kommunikasiya və Xəzərin enerji mənbələrinin diversifikasiyası imkanlarına görə böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Paralel olaraq qeyd edim ki, strateji Cənubi Qafqaz regionunun Avropa Birliyinin təhlükəsizliyindəki rolu və regionun açar ölkəsi kimi Azərbaycanın Avropa Birliyinin enerji və digər bir çox spektr üzrə təhlükəsizlik sahəsindəki rolu və strateji mövqedə birlik üçün həyati əhəmiyyətlidir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktı ilə Azərbaycanın və regionun konfliktə cəlb olunması təkcə Avropa Birliyinin deyil, qlobal təhlükəsizlik üçün qısamüddətli və uzunmüddətli hesabda böyük təhdidlər yaradıb. Vətən müharibəsi davam edən 44 gün ərzində Avropa Birliyi Azərbaycanın mövqeyini dəstəklədi, amma Fransanın səs-küylü açıqlamalarında bu səslər çox da eşidilmədi.
Fransanın iştirakı ilə Ermənistanın atdığı addımlar regionun təhlükəsizliyini təhdid etdi. Baxmayaraq ki, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində iştirakçı və təşəbbüskar ölkədir, Avropa Birliyi Fransanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ziddinə gedən bu fəaliyyətini qəti tənqid etmədi. 44 gün ərzində Ermənistanın Avropa Birliyinin qaz xətləri keçən Gəncə və Tovuz bölgəsini raket atəşinə tutması, mülki əhalinin yaşadığı ərazilərə raket atması, onları öldürməsi mövzusunda Avropa Birliyi dişsiz çıxışlarla yadda qaldı. Münasibətlərin bundan sonrakı inkişafı bu mövzuları da əhatə edəcək. Avropa Birliyi siyasi və hüquqi institutlarının bu mövzuların necə ədalətli yanaşılacağından çox şey asılı olacaq. Avropa İttifaqı Azərbaycanla sazişin imzalanmasında maraqlıdırsa, işğalçı kimi tanıdığı Ermənistanın təmsil olunduğu bütün beynəlxalq platformalarda cəzalandırılmasında iştirak etməlidir. Birliyin Ermənistanın işğalçı siyasətinin fəsadlarını aradan qaldırılmasında maliyyə iştirakı vacibdir və burda diqqətə almalı olduğu məqamlar bunlardır: Vətən müharibəsi davam edən 44 gün ərzində Avropa Birliyi Azərbaycanın mövqeyini dəstəklədi, amma Fransanın səs-küylü açıqlamalarında bu səslər çox da eşidilmədi. Fransanın iştirakı ilə Ermənistanın atdığı addımlar regionun təhlükəsizliyini təhdid etdi. Amma Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində iştirakçı və təşəbbüskar ölkədir. İran və Rusiyadan yan keçən qaz xətlərinin hər üçü Azərbaycan ərazisindən keçir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
|