FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                 

"Əslində bütün bunlar Qərbin uydurduğu illüziyalardır" - deputat
Tarix: 30-11-2020, 09:51 | Çap et
"Əslində bütün bunlar Qərbin uydurduğu illüziyalardır"
Qəhrəman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad etmədi, eyni zamnda region və dünyanı beynəlxalq terror və faşizm təhlükəsindən xilas etdi. Nəticədə 30 ildən sonra bölgəmizdə sülh və əminamanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait formalaşdı. Bu reallıq isə öz növbəsində regionda demokratik dəyərlərə əsalanan plüralist cəmiyyətlərin bərqərar olması üçün yaşıl işıq yandırmışdır.

Deməli, demokratik inkişaf yolunu seçmiş Azərbaycan Respublikasının Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində qazandığı tarixi qələbələr öz əhəmiyəti baxımından region səviyyəsini aşıraq qlobal məzmun kəsb etməkdədir. Bu gerçəklik nə qədər qəribə səslənsə də, paradoksal vəziyyət yaradır. Başqa sözlə, Azərbaycanın terror və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində müəmmalı narahatlıq doğurmuş və onların bir sıra nüfuzlu kütləvi informasiya vasitələri təmsilçilərinin Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallarda öz ifadəsini tapmışdır. Bu baxımdan Pezident İlham Əliyevin oktyabrın 25-də ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibə istisna təşkil etmir.

Qərb jurnalistinin bir çox hallarda təxribatçı və qərəzli suallarına dövlətimizin rəhbərinin verdiyi sərrast cavablar dərin zəka, intellekt, analitik düşüncə qabiliyyəti və zəngin təcrübədən qaynaqlandığından qarşı tərəfi çıxılmaz vəziyyətə salır, “tərksilah” edir, “ünvanı səhv saldığ”ı qənaətini ortaya qoyurdu. Fikrimizin təsdiqi kimi, həmin müsahibədən kiçik bir hissəni olduğu kimi təqdim edirik:

“Cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?

- Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

- Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

- Bilirəm. Mən hazırlıqlı adamam.”

Müsahibədən göründüyü kimi, Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurları və adekvat olaraq həyata keçirdiyi uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəszilik mühiti gətirdiyini təqdir etmək əvəzinə, geosiyasi təzyiq alətinə çevirdikləri “demokratiya” nı maddiləşdirir, ona elastiklik verir, ondan “qamçı” və “qoğal” kimi yararlanırlar. Deməli, Qərb üçün geosiyasi manipulyasiya və ambisiya vasitəsi olan qılaflanmış “demokratiya” anlayışı aysberq kimidir, onun görünməyən hissəsi daha böyükdür. Bu məqalədə də əsas məqsədimiz məhz Qərbin “demokratiya” adlı aysberqinin görünməyən hissəsinə nüfuz etməkdən ibarətdir.

Niyə məhz demokratiya normalarına riayət edilməsi Qərb üçün bu və ya digər dövlətlə əməkdaşlığın qurulması üçün ilkin şərt olaraq irəli sürülür? Bu, Qərb üçün nədən bu qədər aktualdır? Əlbəttə, kimlərsə etiraz edib deyə bilərlər ki, Qərb bir çox hallarda ayrı-ayrı dövlətlərin demokratiya prinsiplərinə riayət etməməsinə göz yuma bilir. Hətta demokartiyanın parodiya şəklinə salındığı bir sıra monarxiya rejimləri ilə mənafeyi və maraqları nəzərə alındığı təqdirdə sıx tərəfdaşlıq münasibətləri də qurur. Lakin bu sferada proseslərin dalana dirəndiyi halda Qərbin demokratiyanın ixracı və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hərbi güc tətbiqi praktikası da geniş yayılmışdır. Məntiqləri də ilk baxışdan kifayət qədər cəbedici təsir bağışlayır: “demokratik ölkələr bir-birləri ilə müharibə etmirlər”. Nəticədə biznes qazanır. Təhlükələr minimuma enir. Sabitlik hökm sürür. Əslində isə bütün bunlar Qərbin uydurduğu illüziyalardır. “Demokratiya oyunu”nun üst qatıdır. Alt qatda qılaflanmış mətləblər gizlənməkdədir. Bu yazında həmin alt qatlara nüfuz edib, bəzi həqiqətlərə ayna tutmaq niyyətindəyik. Əvvəlcə, gəlin araşdıraq görək Qərb üçün demokratiya nə deməkdir? Cavab sadədir. Bu, ilk növbədə:

-Müstəqil KİV-dir.

-QHT-lər üçün fəaliyyət azadlığıdır.

-Vətəndaş cəmiyyətinin inkişafıdır.

-Hakimiyyətin bölgüsüdür.

-Real hakimiyyət dəyişkənliyidir.

Bəs bütün bunlar Qərbin nəyinə lazımdır?

Ardıcıllığa əməl etməklə analiz edək. Bunun üçün ilkin olaraq “müstəqil KİV” nədir sualınaa cavab tapmağa çalışaq. Bu, dövlətə məxsus olmayan və onun tərəfindən nəzarət edilməyən KİV deməkdir. Məsələ ondadır ki, əgər KİV dövlətin nəzarətindən çıxıbsa, deməli, o kiməsə məxsusdur və onun nəzarətindədir. Bəs dövlətə deyilsə, o kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən və böyük biznes imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri ölkələri belə KİV-lər vasitəsilə ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri kimi manipilyasiya edə bilirlər. Müstəqil adlandırdıaqları KİV-lərin olmadığı təqdirdə isə həmin qüvvələr olkədaxili ictimai fikri nəzarətdə saxlaya bilmirlər. Deməli, bu qüvvələrin niyə demokratiyanın mühüm elementi kimi ilk növbədə müstəqil KİV-lərin mövcudluğunda maraqlı olamsının motivlərini başa düşmək elə çətin deyildir.

Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşrı? Əvvəla, onu qeyd edək ki, QHT-lər ilk növbədə öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı məsələ həlledici rola malikdir. QHT-lər isə adətən, fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər. (Azərbaycan mövcud təhlükələrdən vaxtında sığortalanmağı bacardı) Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canyanalığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur.

Qərb demokratiyanın vacib elementi olaraq vətəndaş cəmiyyətinın inkişafında maraqlı olduğunda israrlıdır. Bəs onun bu davranışının motivlərini necə izah etmək olar? Məlum olduğu kimi, bəhs edilən cəmiyyətdə rəsmi hakimiyyət ilə bağlılığı olmayan, lakin motivasiyalı vətəndaşlar qrupu iqtidarın mövqeyini bu və digər məsələlərlə bağlı dəyişmək üçün hüquqi təsir etmək mexanizmlərinə malik olurlar. Onların fəaliyyətləri “müstəqil KİV”-lər tərəfindən informativ olaraq dəstəklənir, QHT-lər tərəfindən isə istiqamətlənir. Nəticədə xaricdən əldə edilən qrantlar hesabına fəaliyyət göstərən və maliyyələşdirildiyi mənbələrdən asılı vəziyyətə salınan vətəndaş cəmiyyəti institutları dövlətin işinə birbaşa müdaxilə etmək mexanizmlərinə malik olurlar. Bu reallıq Qərbin təzyiq rıçaqları sırasında xüsusi mövqeyə malik “beşinci kalonna” yaratmaq niyyətini həyata keçirmək üçün unikal şəraiti təmin etmiş olur.

Bəs Qərb niyə inkişaf etməkdə olan ölkələrdə hakimiyyətin bölğüsü prinsipinə bu qədər həssaslıqla yanaşır? Məlum olduğu kimi, hakimiyətin bölgüsü onun müstəqil qolları arasında tarazlığın saxlanması anlamını özündə ehtiva edir. Elə bu səbəbdən də Qərb demokratiyanın ixracı hesabına həmin vəziyyətin laxlamasında maraqlıdır. Bu məqsədi həyata keçirmək üçün isə “müstəqil” KİV, QHT və vətəndaş cəmiyyətinin imkanlarından istifadə olunur. Nəticədə tarazlıq hakimiyyətin bu və ya digər qanadının xeyrinə pozulmuş olur. Başqa sözlə, “parçala, hökm sür” prinsipi tam işlək vəziyyətə gətirilir. Bax elə buna görə də o Qərbə lazımdır.

Nəhayət, Qərbin hakimiyyət dəyişikliyi prinsipinə xüsusi prioritet verməsinı nə ilə izah etmək olar? Cavab sadədir. Əslində Qərb üçün yuxarıda sadalanan mexanizmlər köməkçi funksiyanı yerinə yetirir. Əsas vəzifə məhz hakimiyyətin dəyişkən olması ilə bağlıdır. Yararsız hakimiyyəti yararlı, yararlını loyal, loyalı isə marionetka hakimiyyət ilə əvəz etmək. Bu halda sonuncunu əlcək kimi istifadə etmək və yenisi ilə əvəz etmək prosesi adi məişət hadisəsi səviyyəsinə qədər ucuzlaşmalıdır.

Deməli, yuxarıda apardığıməz təhlillərdən belə bir nəticə hasil olur: Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun üçün total nəzarət mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin-Qərbin bu reallıq fonunda neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı vardır. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.

Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, Qərbdə geniş yayılmış və ilk baxışdan kifayət qədər cəlbedici görünən “Demokratik ölkələr bir-biri ilə müharibə aparmırlar” ifadəsinin alt qatında gizlənən mənanı diqqətdən qaçırmaq olmaz. Məna belədir: Qərb ölkələri demokratik ölkələrlə müharibə aparmırlar, çünki həmin ölkələri güc tətbiq etmədən nəzarətdə saxlamaq imkanına malikdirlər.

Kimsə belə bir nümunə gətirə bilərmi ki, Qərb dairələri hansısa ölkənin rəhbərliyini əhalisini ac-yalavac saxladağına görə qeyri-legitim hesab edib? NATO-nun eyni səbəbdən hansısa ölkəni bombaladığının şahidi olmusunuzmu? Qərb dövlətlərinin korrupsiyanın tüğyan etdiyi dövlətlərə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı hər hansı bir informasiyaya rast gəlmisinizmi? Hansısa ölkədə işsizliyin dözülməz həddə çatmasına görə beynəlxalq birliyin ona qarşı müvafiq cəza mexanizmlərini işə salmasına dair fakt diqqətinizi cəlb edibmi? Yəqin ki, cavab birdir:yox. Bu qənaət həqiqəti ifadə edir. Digər həqiqət isə ondan ibarətdir ki, çağdaş dövrümüzdə dünya hökmranlığına nail olmağın Qərb modeli könüllü-məcburi demokratikləşmədən və son variant olaraq hərbi güc tətbiqindən keçir. Müharibələr indiki reallıqlarda Qərb üçün olduqca bahalı “məşğuliyyətə” çevrildiyindən, daha ucuz məsrəfli demokratiya ixracı siyasəti optimal yol kimi qəbul olunur. Etiraz edərsənsə, “qoğalı” “qamçı” əvəzləyə bilər. Bu da Qərbin “demokratik” xəbərdarlığıdır.

Bu yerdə ABŞ-ın "qurucu ataları"ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır... Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabiyyəsindən keçəcəkdir.” Tomas Ceffersonun qənaətinə görə isə “ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir".

Bu məqamda klassik Azərbaycan şairi Qasım bəy Zakirin hələ XIX əsrdə qələmə aldığ “Özü lüm-lüm atır batində əmma, Zahirdə dediyi mənaya bir bax” kimi böyük siyasi mənası olan sətirlərini də xatırlamaq yerinə düşər. Sanki böyük şairin “qəhrəmanları” təkcə bəzi zatından uzaq düşmüş “bəy”lərimiz deyil, həm də bugünki Qərb demokratlarıdır. İnsan hüquqları və demokratiyadan dəm vuran, əslində isə korrupsiya girdabına yuvarlanmış Qərb demokratları.

Elman Nəsirov
Milli Məclisin deputatı,
Siyasi Elmlər Doktoru, Professor









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru