"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                 

“Vətən müharibəsi cəmiyyəti kökündən dəyişəcək” - MÜSAHİBƏ
Tarix: 3-11-2020, 10:26 | Çap et
“Vətən müharibəsi cəmiyyəti kökündən dəyişəcək”
Azərbaycan bu gün uğurlu Vətən müharibəsi aparır. Bu müharibədə ordumuzun haqq savaşını dəstəkləyən daxili qüvvələr birlik nümayiş etdirir. İstər ictimai təşkilatlar, vətəndaşlar, istərsə də siyas partiyalar Qarabağ məsələsində vahid mövqedən çıxış etdi, hakimiyyətə birmənalı dəstəyini bildirdi. Bu proseslərin yaranmasına qədər isə təbii ki, bir çox işlər görülüb.

Cəmiyyətdə müşahidə olunan milli birliyi qənaətbəxş saymaq olarmı? Qarabağ müharibəsi hansı mərhələdədir? Hərbi arsenalın əhəmiyyətli hissəsi sıradan çıxmış düşmən nə zaman təslim aktına qol çəkəcək?

Cebhe.info-nun bu və digər suallarını Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin üzvü Fazil Mustafa cavablandırıb.

“Düşünürlər ki, yenə yalanlarını qəbul etdirəcəklər”

-Fazil bəy, bu gün Azərbaycan Ordusu ardıcıl uğurlu əməliyyatlar aparır. Ermənistan çox sayda canlı qüvvə, hərbi texnika itirib. Bununla yanaşı, artıq beynəlxalq dəstək də ala bilmir. Amma hələ də Azərbaycanın şərtlərini qəbul etdiklərini bəyan etməyiblər. Necə düşünürsüz, ermənilər indi kimə və nəyə güvənir?

-Onların ümidi xarici qüvvələrədir. Kiminsə onları himayəyə götürüb ermənilərin adı ilə bizə təzyiq edəcəkləri ümidləri hələ də qalıb. Bu xəstə millət hər zaman öz ölümündən də istifadə edib. İndiyə qədər Osmanlı dövründə baş vermiş hadisələri necə spekulyasiya edirlərsə, indi də düşünürlər ki, edə biləcək, yalanı qəbul etdirəcəklər. Amma bu dəfə əvvəlki dövrlərdən fərqli olaraq beynəlxalq hüququn prinsiplərini aşmaq mümkün olmur. Onlar da anlayırlar ki, beynəlxalq hüquq imkan vermir, başqa ölkəyə, Azərbaycana hər hansı bir şəkildə təzyiq göstərsin, müdaxilə etsin. Müdaxilə olsa belə, Türkiyə dövlətinin qətiyyətli mövqeyini bildiklərinə görə bu məsələdə açıq mövqe ortaya qoymaqda da çətinlik çəkirlər. Bu məsələnin kökü. Onlar son ümidə qədər bunu daşıyırlar. Yoxsa müqavimət göstərib, Azərbaycanı geriyə çəkilməyə vadar etmək kimi bir düşüncələri yoxdur. Ola da bilməz. Çünki Azərbaycan Ordusu hərtərəfli şəkildə problemi həll etmək üzrədir. Ona görə də bu kimi məsələlərdə ermənilər ancaq ümidlərini buna bağlayıblar. Bu da yetərli olmayacaq. Əksinə, ermənilər daha çox itki verərək, sıradan çıxaraq gələcəkdə artıq Dağlıq Qarabağ sözünü belə unudacaqlar. Azərbaycan da buna imkan verməyəcək ki, ermənilər bu dəfə tarix boyu etdikləri vəhşiliyin təkrarlasınlar. Tarix boyu inkişaf etdikləri yalana yeni bir yalan qoşub cəmiyyəti, dünyanı aldatsınlar. Ona görə də proses onların olan qalan azacıq ümidlərini puça çıxarmağa doğru gedir, biz də onu edəcəyik.

“Bu marginal qruplar da ictimai rəyə təsir göstərə bilmirlər”

-Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurları ilə yanaşı, həm də ölkədə bir vahid birlik müşahidə edirik. Siyasi partiyalar, hətta bəzən radikal mövqe nümayiş etdirənlər də bu prosesə dəstək verdi. Necə düşünürsünüz, Qarabağ müharibəsinin gətirdiyi birlik davamlı olacaqmı? Perspektivdə nələr gözləyirsiniz?

-Ölkədə 51 siyasi partiya bu prosesdə birmənalı siyasi mövqe bildirdi. Cəmi 1 partiya, o da ABŞ-dan, Avropadan, müəyyən qüvvələrdən asılı olan, onun iradəsi ilə siyasət həyata keçirən siyasi təşkilat olduğuna görə sadəcə fərdi qaydada prosesi dəstəklədiklərini bəyan etsələr də, ilk fürsətdə yenə də özlərinin pis niyyətlərini ortaya qoydular. Gördük ki, Moskvada sənəd imzalanan kimi həmin partiyanın üzvləri dərhal bir etiraz demarşı etdilər. Sonra məlum oldu ki, Moskvada sadəcə “humanitar atəşkəs” epizodik məsələ idi. Əsas məsələ isə Azərbaycan hökumətinin qətiyyən geri çəkilməməsidir. Amma ilk fürsətdə “Azərbaycan hakimiyyətini necə ifşa edək” yanaşmasına davam edirlər. Bu da onu göstərir ki, bu marginal qruplar da ictimai rəyə təsir göstərə bilmirlər. Hələ xaricdə olan bir sıra namussuzlar da var idi, “youtube”da Prezident, ayrı-ayrı siyasi xadimlər haqqında ağızlarına gələn tərbiyəsizliyi edirdilər, onlar da ermənilər qədər sındılar.

Çünki onlar indiyə qədər təbliğat aparırdılar ki, Azərbaycan hakimiyyəti Qarabağı ermənilərə satıb, almaq niyyətində deyil. İndi onların hamısının dedikləri suya düşdü. Bu isə o deməkdir ki, artıq ölkədə sağlam düşünən insanların hamısı birləşdi. Xəstə insanlar da erməniləri kimi öz mövqelərini də, tezislərini də sıradan çıxardılar. Ona görə də bu proses həm də Azərbaycanın birliyinə gətirdi. Bu prosesi davam etdirməliyik, düzdü itkilərimiz də olsa, amma bu Vətən savaşıdır və bu savaşı birlikdə aparmalıyıq.

“Onun səyi nəticəsində bütün siyasi qüvvələr bu mübarizəyə cəlb olundu”

-Hakimiyyətin təşəbbüsü ilə siyasi partiyalarla dialoq məsələsi var idi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya sədrləri ilə görüşlər keçirirdi. Hesab olunur ki, siyasi partiyaların bu gün vahid hədəfə vurmasında da bu görüşlər böyük əhəmiyyətə malikdir. Hakimiyyətin təşəbbüsü ilə keçirilən bu proses siyasi partiyalara nə verdi və gələcək prespektivdə nə vəd edir?

-Bu proseslər hakimiyyətin təşəbbüsü ilə əvvəllər də olub. Amma bu prosesi davamlı, inkişaf edən şəkildə aparmaq önəmlidir. Burada da konkret tapşırıq alan məmurların və ya dövlət adamlarının necə davranması vacibdir. Bu məsələdə şübhəsiz ki, Prezidentin iradəsi ilə baş tutan məsələ idi, amma həm də, bu prosesi davamlı edən, onun əziyyətinə qatlaşan Ədalət Vəliyevdir. Onun səyi nəticəsində demək olar ki, bütün siyasi qüvvələr bir yerdə bu mübarizəyə cəlb olundu. Hamısı ilə ayrı-ayrı görüş keçirmək, yeni münasibət sərgiləmək olduqca vacib idi. Bu da Azərbaycanda yeni konsensusun yaranmasına imkan verdi.

Ona görə də Ədalət Vəliyevin bu xidmətini xüsusi olaraq vurğulamalıyıq. Amma bütövlükdə Azərbaycan cəmiyyətində alt qatlarda da bu birlik olduğuna görə, siyasətçilərin isə cəmiyyətdən sifariş aldıqları üçün bu birliyə məhkum oldular. Hamı başa düşdü ki, burada başqa bir alternativ yol yoxdur. İndiyə qədər də mənasız çıxışlar edən, xalqı küçələrə səsləyən, hakimiyyətə etinadsızlıq göstərən bir neçə siyasi partiya rəhbərinin bu gün televiziyalarda "bülbül kimi ötməsinə" baxanda görürsən ki, siyasi uzaqgörənliyin olmaması nə qədər problemlər yaradır. Ümid edək ki, bundan sonra daha ağıllı siyasət yürütməyə çalışacaqlar.

“Ermənilər hakimiyyət zəif olduğu üçün məğlub olurlar”

-Vətən müharibəsi uğurla bitəndən sonra siyasi sferada nə dəyişəcək?

-Çox şey, ən azı anlayışlar dəyişəcək. Başa düşəcəklər ki, dövləti zəiflətmək olmaz. Hətta sənə əks olan hakimiyyətin belə, zəif olması bizim kimi müharibə aparan ölkələr üçün təhlükəlidir. Bu gün ermənilərin durumuna baxsaq, onlar həm də hakimiyyət zəif olduğu üçün məğlub olurlar. Bunu diqqətdən qaçırmaq olmaz. Düşünürəm ki, artıq bunu hamı anlayacaq. Anlamayanlar isə kənarda qalıb ancaq müşahidəçi rolunda çıxış edəcək.

“Təzyiq edənlər bizimlə hesablaşmağa məcbur olacaq”

-Bu gün Qarabağa görə bizə təzyiq etmək istəyən Fransa kimi dövlətlər bizimlə hesablaşmağa məcbur olacaqlar?

-Artıq məcbur olublar. Onlar nə deyə bilər ki? Fransa öz ərazisini işğaldan azad edəndə bizdən soruşur? Biz deyəndə ki, ərazilərimiz işğal olunub, Fransa reaksiya verirdi? Fransa özünə görə bir dövlətdir, biz də özümüzə görə bir dövlətik. Fransanın nə ixtiyarı var ki, Azərbaycanın daxili işlərinə qarışsın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru