“Yaxın günlərdə Şuşada və Xankəndində də Azərbaycan bayrağını asacağıq” - deputat
Tarix: 31-10-2020, 09:13 | Çap et
Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü davam edir. Düşmən Azərbaycan ərazilərindən qovulur və məğlubiyyətinin əvəzini şəhərlərimizi, mülki vətəndaşlarımızı raket atəşinə tutmaqla çıxmağa çalışır. Eyni zamanda, Azərbaycanı dayandırmaq üçün sülh çağırışları eşidilir. Ancaq ermənilər də, nəhayət, başa düşüblər ki, Azərbaycan dayanmayacaq və beynəlxalq hüququn tələblərinə uyğun olaraq, öz ərazi bütövlüyünü tam bərpa edəcək.
“AzPolitika.info” Qarabağ cəbhəsindəki durum və münaqişə ətrafındakı siyasi proseslərlə bağlı millət vəkili Vahid Əhmədovla söhbətləşib.
- Vahid müəllim, Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün apardığı anti-terror əməliyyatları davam edir. Hazırda cəbhədə müşahidə olunan vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəlcə xatırladım ki, biz oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünü qeyd etdik. Mən bu münasibətlə Türk millətini təbrik edirəm.
Artıq ikinci aya keçir ki, Azərbaycan Ordusu 30 ildir işğal altında olan ərazilərimizi azad edir, ölüm-dirim savaşı aparır. Həm Azərbaycan Ordusu, həm də Ali Baş Komandan çox böyük qətiyyət nümayiş etdirir. Faktiki olaraq, ərazilərimizin bir hissəsini işğaldan azad etmişik. Qələbə gününə çox qalmayıb. Yaxın günlərdə Şuşa və Xankəndində də Azərbaycan bayrağını asacağıq! Həm hərbi, həm də siyasi arenada Azərbaycan böyük uğurlar əldə edib.
Azərbaycan dövlət başçısı xarici mediaya verdiyi müsahibələrdə çox ciddi məqamlara toxundu, xalqımızın ürəyindən keçənləri dilə gətirdi, əhalimizlə sıx təmasda oldu, lazım olan informasiyaları həm xalqımıza, həm də xarici auditoriyaya çatdırdı. Dünya da anladı ki, Azərbaycan sülhsevər dövlətdir. Cəbhədə 3 dəfə humanitar atəşkəs elan olundu, amma hər üçündə də düşmən bunu pozdu. Gəncədə və Bərdədə mülki əhalimizə qarşı məlum hücumlar oldu, çoxlu sayda dinc vətəndaşımız öldü və yaralandı. Dövlət başçısı dünyaya sübut etdi ki, Azərbaycan sivil, sülhpərvər dövlətdir, müharibə etmək istəmir, amma ermənilərin hərəkətləri bizi hərbi addımlar atmağa məcbur edib. Onlar vaxtında torpaqları boşaltsaydılar, ərazi bütövlüyümüz təmin edilsəydi, bu gün müşahidə edilən vəziyyət ortaya çıxmazdı.
Azərbaycan əsgəri, xalqımız, hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları bəyanat verərək Ali Baş Komandanı dəstəklədiklərini elan ediblər. Azərbaycan indi vahid orqanizmdir, yekdil qüvvə kimi fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan müharbəni faktiki olaraq udub.
Bu münaqişənin həllinə görə öz üzərinə məsuliyyət götürən dövlətlərə gəlincə, cənab Prezidentin çıxışında dediyi kimi, Minsk Qrupunun həmsədrləri həmişə Ermənistana kömək edib, onun mənafelərinə xidmət ediblər. Bir tərəfdən “atəşkəs” deyirlər, bir tərəfdən də erməniyə silah verirlər. Bu halda hansı vasitəçilikdən, ədalətdən söhbət gedə bilər?
- Daha konkret danışsaq, Ermənistana silah-sursat ötürülməsi kimlərin marağındadır və nəyə xidmət edir?
- Mən Rusiyadan Ermənistana silah-sursat ötürülməsini çox pis qiymətləndirirəm. İş o yerə çatdı ki, hər zaman çox təmkinli davranan və diplomatik normalara riayət edən Azərbaycanın dövlət başçısı bu məsələləri açıb ortaya qoydu. Hər kəsə məlumdur ki, Rusiyanın Ermənistanda - Gümrüdə hərbi bazası, 5 minə yaxın hərbi qulluqçusu var. Oradan Ermənistana, Ermənistandan isə Dağlıq Qarabağdakı separatçılara silah-sursat ötürülür. Bu, qəbuledilməzdir və vasitəçilik funksiyası yerinə yetirən ölkənin missiyasına uyğun olmayan bir addımdır. Əslində, biz öncədən də bilirdik ki, Fransa və digər ölkələr Ermənistana yardım edir, dəstək göstərir.
Mən bu məsələdə həmsədr ölkələrdən Amerikanın mövqeyini daha ədalətli sayıram. ABŞ bu məsələyə o qədər də qarışmadı, hətta prezident Tramp bir dəfə qeyd etdi ki, üçüncü dövlətlərin bu prosesə qarışması arzuedilən deyil.
- Siz indiki mərhələdə danışıqlar prosesinin bərpasına, hansısa razılıq əldə edilməsi məsələsinə necə yanaşırsınız?
- Mən anlayıram ki, müharibənin sonunda sülh danışıqları olacaq. Amma bu, o zaman olacaq ki, biz ərazi bütövlüyümüzü tam təmin edəcəyik. Bundan sonra danışıqlar ola bilər. Ərazimiz son metrə qədər nankorlardan azad edildikdən sonra bu məsələ gündəmə gələ bilər.
Amma cənab Prezidentin dediyi kimi, artıq status-kvo mövcud deyil. Bunu Azərbaycan pozub, düz də edib. 30 il danışıqlar aparan Minsk Qrupu hər hansı bir nəticəyə gələ bilməyib. Azərbaycan Ordusu isə 32-33 günə bəlli nəticələr əldə edə bilib.
- Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində də döyüşlər gedir. Sizcə, muxtariyyət məsələsi gündəmdə qala bilərmi?
- Mən Qarabağda erməni toplumuna hər hansı bir muxtariyyət verilməsinin tərəfdarı deyiləm. Onlara ümumiyyətlə muxtariyyət düşmür. Əgər, uzun illər Azərbaycan xalqının, əsgərinin qanına susayırlarsa, əgər cəbhə xəttindən uzaqda yerləşən Gəncədə, Tərtərdə, Bərdədə günahsız mülki insanlar bombalanırsa, körpə uşaqlar qətlə yetirilirsə, hansı muxtariyyətdən söhbət gedə bilər? Onlara heç bir muxtariyyət verilə bilməz. Azərbaycanda onlarla etnik qruplar yaşayır. Onlar bizim vətəndaşlarımızdır və normal da yaşayırlar. Kim bizim ölkədə yaşamaq istəyirsə, bizim qanunlara uyğun yaşasın, bunu arzu etməyənlər Azərbaycana lazım olmayanlardır. Bir sözlə, mən qəti olaraq muxtariyyətin əleyhinəyəm.
- Bəzən iddia edilir ki, Azərbaycan Ordusunun Xankəndinə daxil olması “beynəlxalq rezonans”a səbəb ola bilər. Bunu nə dərəcədə ciddiyyə almaq olar?
- Nə beynəlxalq rezonans? Bunların hamısı bizim qanuni ərazilərimizdir. Biz öz ərazimizdə anti-terror əməliyyatı keçiririk. Hazırda Dağlıq Qarabağda olanların 90 faizi terrorçular, narkomanlar, cinayətkarlardır. Onların bir çoxu Suriya, Livan və digər ölkələrdən gətiriliblər. Orada hansı mülki əhalidən söhbət gedə bilər, mən belə iddiaları anlamır və qəbul etmirəm. Xankəndi, Kəlbəcər, Şuşa, Laçın bizim əsas məsələlərimizdir. Cənab Prezident də açıq elan etdi ki, Şuşasız bu işlər yarımçıq olar. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, tarixi mərkəzlərindən biridir. Azərbaycanın orada qədim və əhəmiyyətli tarixi abidələri var. Bunların hamısı Azərbaycan torpağıdır və sabah da bizim torpaqlarımız olacaq. Bu, birmənalıdır.
- Vahid müəllim, necə düşünürsünüz, müharibə uzun müddət davam edəcək, yoxsa ordumuz yaxın vaxtda öz şərəfli missiyasını başa çatdıracaq?
- Mən inanmıram ki, müharibə uzun müddət davam etsin. Təəssüflər olsun ki, hər gün bizi sülhə dəvət edən ATƏT-in Minsk Qrupu Ermənistana qarşı təzyiq rıçaqlarını işə salmır. Bu, qəbuledilməzdir. Azərbaycana mənəvi dəstək verən, siyasi dəstəyini hər gün təkrarlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə açıq dedi ki, Azərbaycana qarşı hədələr olarsa, bizi qarşılarında görəcəklər. Artıq dünya düzəni dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir və bunu hərb meydanında nümayiş etdirir. Xalqımız israrlıdır və birmənalı olaraq Ali Baş Komandanı dəstəkləyir. Biz sona qədər gedəcəyik və torpaqlarımızı azad edəcəyik.
- Sizcə, Rusiya hansısa mərhələdə prosesə müdaxilə edə bilərmi?
- Rusiyanın müdaxiləsi necə, nəyin əsasında ola bilər? Açığını deyim ki, rus eksperlər də bəzən belə mövzulara toxunur. İki gün əvvəl Jirinovski də sərsəmlədi. Ancaq Rusiya müdaxilə edə bilməz, çünki biz Ermənistan ərazisində müharibə aparmırıq. Azərbaycan öz ərazisində Vətən Müharibəsi aparır, torpaqlarını işğalçılardan azad edir. Biz hələ Ermənistan ərazisinə raket atmamışıq, amma atmaq hüququmuz var. Çünki Gəncə, Mingəçevir, Bərdə raket atəşinə məruz qalıb, dinc insanlar həlak olub. Özü də Gəncə və Mingəçevir məhz Ermənistan ərazisindən atəşə tutulub. Lakin cənab Prezident humanistlik nümayiş etdirərək belə addımlara getmir. Biz yalnız öz torpaqlarımızda olan hərbi hədəflərə zərbələr endiririk. Odur ki, Rusiyanın prosesə müdaxiləsi qeyri-mümkündür. Amma belə bir ssenari baş verərsə, bu, çox ciddi problem yarada bilər. Bu zaman bizə yaxın olan dövlətlər də prosesə müdaxilə edə bilər.
- Sizcə, resurs və imkanları bəlli olan Ermənistan Ordumuz qarşısında nə qədər tab gətirə bilər?
- Bu gün döyüş meydanında Ermənistan təxminən 2,5 milyard dollar dəyərində texnika itirib. Hansı kənd, qəsəbə, şəhər alınıbsa, orada texnikanı qoyub qaçıblar. Yüzlərlə tank məhv edilib, 60-dan çoxunu qənimət kimi əldə etmişik. Digər silah-sursat, texnika, SU-25 qırıcıları məhv edilib. Bunlar Su-25-i haradan alırlar, bəyəm onların pulu var? Hamısını onlara müftə veriblər. Bunu hər kəs bilir. Onların bu saat 8 milyard dollar xarici borcu var, istehsalat sıfır səviyyəsindədir, əhalisi acdır. Bəli, oliqarxları, diasporası var, yardım edirlər. Lakin müharibə aparmaq yardımla başa gələcək kampaniya deyil. Onlar artıq tükəniblər. Həm silah, həm ərzaq, həm də canlı qüvvə baxımından. Onların ən yaxşı variantı təslim olmaq, ağ bayraq qaldırmaq və geri çəkilməkdir. Əks təqdirdə cənab Prezidentin dediyi kimi, orada son əsgər qalana kimi hamısını məhv edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
|