“Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər” - Partiya sədri
Tarix: 17-10-2020, 09:35 | Çap et
Rəşadətli ordumuzun apardığı vətən müharibəsi, şəhidlərimizin qanı bahasına qazanılan zəfərlər qələbə gününün çox da uzaqda olmadığından xəbər verir. Hazırda Azərbaycan cəmiyyətində hər kəs vətən savaşına və qələbəyə köklənib.
Dağlıq Qarabağın və işğalda olan digər rayonların azad olunmasından sonra dövlətin orada görəcəyi böyük işlər, inkişaf proqramları, qaçqın və məcburi köçkünlərin məskunlaşması gözləniləndir. Lakin qarşıda duran əsas məsələlərdən biri də Dağlıq Qarabağın erməni əsilli əhalisi ilə azərbaycanlıların birgəyaşayışıdır.
“Yeni Müsavat”a açıqlamasında sabiq deputat Fərəc Quliyev vurğuladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara münasibətimiz bərabərdir: “Bizi bütün dünyada nümunə göstərirlər. Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərməyiblər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar (bu faktor da araşdırılmalıdır), döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük”.
Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağda erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər: “Azərbaycan hazırda apardığı hərbi əməliyyatlarla onları da girov vəziyyətindən çıxarır. Bütün dünya bilməlidir ki, bizim savaşımız dinc əhali ilə yox, Ermənistanın işğalçı ordusu ilədir. Dəfələrlə də bildirmişik ki, dinc yolla bu ordu buradan çıxıb gedərsə, bizim heç bir ölkə ilə problemimiz yoxdur. Aparılan əməliyyatlar da sülhə məcburetmə əməliyyatlarıdır. Ermənistanın burada törətdiyi hadisələrə baxmayaraq Azərbaycanda yaşamış, doğulmuş erməni əsilli azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqla yaşaya bilərlər. Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır. Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək. Azərbaycan Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsilik Xidməti və başqa orqanlar hər kəs üzərində olduğu kimi, erməni əsilli azərbaycanlılar üzərində də nəzarəti aparacaqlar. Gələcəkdə kimsə qanuna əməl etməzsə, buna cavab verəcək. Ancaq bizim indi bu məsələni başqa şəkildə qoymağımız doğru olmazdı”.
Deputat Fazil Mustafa da hesab edir ki, qələbədən sonra ermənilərin əvvəllər də sıx yaşadığı yaşayış məntəqələrində nümunəvi erməni məhəllələlərinin salınmasına şərait yaradılacaq: “Mənim fikrimcə, burada Azərbaycan qanunlarını tanıyan ermənilər azərbaycanlılarla bir şəhərdə yaşayacaqlar. Özlərinin kompakt yaşamlarını qorumaq istəsələr müəyyən məhəllələrdə məskunlaşa bilərlər. Hər hansı formada, dinc şəkildə bütün cəmiyyətlərdə necə əhali yaşayırsa, qaynayıb-qarışırlarsa, onlar da əvvəl-axır qaynayıb-qarışacaqlar. Vətəndaşa milliyyətinə, etnik xüsusiyyətinə görə, ayrıca qanun tətbiq olunmayacaq. Öz dillərində onlara təhsil imkanları da yaradıla bilər, məktəblərin erməni bölməsi də ola bilər, orada öz dillərində təhsil də ala bilərlər. Ancaq mütləq Azərbaycan dilini də öyrənmələri məcburi xarakter daşıyacaq. Çünki dövlət dili olacaq, bütün yazışmalar bu dildədir. Necə ki, Gürcüstanda yaşayan azərbaycanlılara bu qaydalar tətbiq olunur. Gürcü bilməyənlər orada hansısa vəzifədə təmsil olunmur. Onlara qarşı məsələni çətinləşdirən yox, daha çox asanlaşdıran şərtlər tətbiq edilə bilər. Bütün hallarda ermənilər Azərbaycan Konstitusiyasını tanıyırsa, terrora bulaşmayıbsa, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərirsə, həmin ermənilər 50-60 il öncə necə yaşayıblarsa, indi də Azərbaycanın tərkibində elə yaşayacaqlar. Hər şey qanunla tənzimlənəcək, qanun hansısa xalqa görə dəyişmir. Dilimizi bilənlər dövlət orqanlarında da təmsilçilik əldə edə biləcəklər. Əsas şərt odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
|