“Bölgənin problemlərini yaxşı bilirəm” - Razi Nurullayev seçkiyə belə gedir...
Tarix: 6-01-2020, 10:05 | Çap et
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev seçki platforması açıqlayıb.
Razi Nurullayev hesab edir ki, Azərbaycan xalqının, deputatı olmaq istədiyi bölgənin problemlərini dəqiqliklə bilir:
“İstər dövlət vəzifəlisi, istər məmur, istər də deputat olsun, heç olmasa ildə bir dəfə xalqın yaşadığı kimi yaşamırsa o xalqı necə başa düşə, hiss edə bilər? İmişlidə yaşayışım gözüm önündən bir gün də çəkilmir, hər kəsə də həvəslə danışıram. İmişlidə doğulub böyümüşəm. İmişlidə yaşamışam, yayda çöl-bayırda ayaqyalın gəzmişik, qışda isə donmamaq üçün bir otağa sığınmışıq. Çünki, soba ancaq bir otaqda yanıb. Qalan otaqlar isə Sibir kimi soyuq olub. Evin başqa otaqlarından, zallarından istifadə edə bilməmişik.
Elə bu cür yaşadığıma görə sadə xalqın problemlərini yorulmadan həm televiziya ekranlarında, qəzet səhifələrində, internet televiziyalarda və sosial şəbəkələrdə danışmışam. Biz siyasətçiyik, danışmağı yaxşı bacarırıq. Xalqın da vəkili danışmalıdır, xalqın problemlərini deməlidir, usanmadan onun problemlərini gündəmə gətirib həllinə nail olmalıdır”.
“Kredit borcları və qaz limiti xalqın xeyrinə həll edildi”
Razi Nurullayev bildirib ki, əhalinin banklara olan kredit borclarının bağlanması, problemli kreditlərin həlli ilə bağlı məsələsni qaldırıb və bu məsələ həllini tapıb: “Mən yorulmadan kredit borclarının bağışlanması və ya həlli üçün gecə-gündüz danışdım, mübarizə apardım və bu məsələni gündəmdən düşməyə qoymadıq. 2018-ci ilin Prezident seçkilərində Prezidentliyə namizəd kimi ən böyük vurğunu xalqın sosial problemlərinə yönəltdim. Cənab Prezident xalqın səsini eşitdi və kredit borclarını həll etdi. Biz gecə-gündüz təbii yanar qazın limitinin götürülməsi üçün mübarizə apardıq, həftədə 3-4 dəfə bu məsələ ilə bağlı yazdıq, dedik, danışdıq və məsələni kampaniyaya çevirdik. Xalq da dəstək verdi. Limitin xalqa bəs etməsi ilə bağlı mif, yalan üzə çıxdı və Prezident qaz limitini xalqın xeyrinə həll etdi. Amma, yenə də bu məsələnin tam olaraq xalqın xeyrinə həll olunmasına ehtiyac var”.
“İnsanlara sosial biznes krediti verilməlidir”
AXCP sədri deyib ki, insanları yardıma alışdırmaqdansa, iş qurmağı, pul qazanmağı öyrətmək, bu işi stimullaşdırmaq lazımdır:
“Yorulmadan deyirdim ki, kasıb əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onlara sosial biznes krediti verilməlidir və həm də onlara verilən kreditdən sərfəli istifadə edərək pul qazanmağı öyrətmək lazımdır. İndi bu məsələ hökumət tərəfindən yerinə yetirilməkdədir, amma bu məsələnin əsaslı şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Çünki, heç də verilən yardımlar insanların ehtiyaclarını həll edə bilmir”.
Sosial mənzillər məsələsi
AXCP sədri bu məsələdə Avropa nümunəsinin tətbiqini məqbul hesab edir: “Mən sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqini təklif etmişdim. Prezidentin bu məsələ ilə bağlı iradəsi var. Sosial evlər tikilir, amma insanların ehtiyacını ödəmək üçün bu məsələyə kökündən yanaşmaq və yaxın 10 il ərzində hər bir vətəndaşın evlə təmin olunmasına nail olmaq zərurətdir və bunu deməliyik, danışmalıyıq”.
“Uşaq pulu bərpa olunmalıdır”
R.Nurullayev ailələrə uşaq pulunun, hər doğulan uşağa birdəfəlik yardımın verilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu, bununla bağlı tələblərində israrlı olacağını deyib: “Bununla bağlı dayanmadan danışmışıq, mübarizə aparmışıq və aparacağıq. Bu məsələ bu və ya digər şəkildə xalqın xeyrinə həll olunmalıdır. Yeni doğulan uşaq sağlam böyümürsə, onun valideynləri övladını zülm içində böyüdürsə vətəni kim qoruyacaq, bu ölkənin gələcəyini kim təmin edəcək?”
“Sadə xalqı anlamaq üçün...”
AXCP sədri hesab edir ki, xalqın problemlərini dəqiq bilmək üçün sadə yaşam tərzi keçirmək lazımdır:
“Biz necə olmalıyıq! Problemləri necə həll etməliyik? Ən azı ildə bir neçə dəfə xalqın yaşadığı kimi yaşayıb, onun kimi hisslər keçirmək. Bu birmənalıdır. Vəzifəli şəxs, məmur, deputat ayağına rezin çəkmə geyinib, ya bir “potu” geyinib su sulamırsa xalqı başa düşə bilərmi? O, şor yemirsə xalqı başa düşə bilərmi? O çöldə ocaq qalayıb yemək bişirmirsə, o ocağın tüstüsü ona hopmursa xalqı başa düşə bilərmi? O, kanallardan, arxlardan gələn bulanıq suyu duruldub ondan çay dəmləyib içmirsə xalqı başa düşə bilərmi? O, təzək yandırıb onun istisinə qızınmırsa xalqı başa düşə bilərmi? Palçıqlı və ya tozlu yolda gedərək ayaqqabısını batırmırsa xalqı başa düşə bilərmi?”
“Məmurlar xalqın içinə getməlidir”
AXCP sədri hesab edir ki, məmurlar xalqın dərdini anlamaq üçün vaxtaşırı onların arasında yaşamalıdır: “Bu yaxında Çin dövlətini araşdırdım və gördüm ki, Çində məmurları, vəzifəli şəxsləri xalqın içinə göndərirlər və o xalqla bir yerdə yaşayır, xalqın yediyindən yeyir, geydiyindən geyir, xalqın getdiyi yolla gedir, onun içdiyindən içir və o xalqı başa düşməyə başlayır. Bu eksperimentdən sonra bir neçə il ərzində Çində pis yol qalmayıb. Kəndlər çox effektiv şəkildə surətlə inkişaf etməyə başlayıb və Azərbaycanda da bunu tətbiq etmək lazımdır.
Deputatı da, vəzifəli şəxsi də, naziri də, komitə sədri də gedib heç olmasa bir həftə, on gün, ildə bir neçə dəfə xalqla yaşamalı, xalqın çətinliyini görməlidir. Bundan sonra, o xalqı başa düşə bilər. İsti yerdə oturan, isti maşında gəzən, gözəl yeyib, gözəl içən, gözəl geyinən təbii ki, xalqı başa düşə bilməz.
Mən xalqın yanında olmanın tərəfdarıyam! Vətəndaşların sözünü demək, sadə insanların dilində danışmaq, fəhlə-kəndli sinfini müdafiə etmək bizim işimizdir!” Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
|