Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                 

Əli Kərimli, Əli İnsanov və ya İsa Qəmbər necə birləşəcək? - GƏLİŞMƏ
Tarix: 11-11-2019, 09:16 | Çap et
Əli Kərimli, Əli İnsanov və ya İsa Qəmbər necə birləşəcək?
Müxalifətin birliyi hər zaman aktual mövzu olub.

Amma zaman-zaman məhz müxalifətdə bir sıra qüvvələrin birləşmək istəməməsi, hətta bu birliyə mane olması mümkün birliyin qarşısını alıb.

Birlik niyə alınmır?

Müxalifətin birləşə bilməməsinin əsas səbəbi onları uzlaşdıran mövqenin, vahid ideologiyanın olmamasıdır. Bu da hamının bir siyasi çətir altına toplanmasına imkan vermir. Birləşmənin yaranmamasının digər mühüm səbəbləri də var. Müxalifət liderlərinin bir çoxunun siyasi çəkisinə adekvat olmayan eqosu, müxtəlif xarici və daxili qüvvələr qarşısındakı öhdəlikləri də bu faktorlardandır. Bu günə qədər müxalif partiyaların yaratdığı bir sıra birliklərin, qurumların uğursuz sonluğu bunun əyani sübutudur. Korporativ maraqlar, adekvat olmayan siyasi eqo, öhdəliklər bütün bu birliklərin dağılmasına səbəb olub. Nəticədə müxalifətin son 26 ildə qurduğu bütün birliklər darmadağın olub. Müxalifətin ilk və ən güclü siyasi təşkilatı olan Demokratik Konqres, 1998-ci ilin prezident seçkiləri ərəfəsində yaradılan SİDSUH, 2003-cü ilin prezident seçkiləri zamanı yaradılan və ən güclü siyasi birlik olan Bizim Azərbaycan Bloku, daha sonra “Azadlıq” bloku, İctimai Palata və ən nəhayət Milli Şuranın necə süquta uğraması hamının xatirindədir. Qurulan ittifaqlar dağıldıqca, siyasi təşkilatlar kiçildikcə, müxalifətin sosial bazası da sıradan çıxıb və təəssüf ki, indi müxalifət deyiləndə hər kəsin tanıdığı bəlli sifətlər, eyni adamlar yada düşür. Müxalifətin sosial bazası indi ancaq o adamlardan ibarətdir və bu da ölkədə siyasi balansın pozulmasına səbəb olub. 2000-ci ilə kimi siyasi mənzərə tam fərqli idi. O zaman müxalifət real güc mərkəzi və siyasi balansın digər bir tərəfi sayılırdı. İndi isə həmin müxalifətdən əsər-əlamət qalmayıb. Bu günün müxalifəti strateji hədəfləri olmayan, günəmuzd siyasətlə məşğuldur. Ona görə də ideologiyasız, ideya birliyi olmadan şəxsi maraqlar naminə tez-tez müxtəlif birlik adı altında toplaşır və az keçməmiş də qarşılıqlı ittiham dolu ayrılıqlar başlayır. Nəticədə illərlə itirilən sosial baza daha da yıpradılır və cəmiyyətin siyasi kəsimi olmaqdan uzaqlaşırlar.

Müxalifətdaxili avtoritarizm

Maraqlıdır ki, “müxalifət yenilənməlidir” tezisi də zaman-zaman elə düşərgə liderlərinin özləri tərəfindən səsləndirilir. Amma bu fikri səsləndirənlərin özləri yenilənmək istəmir, yaxud buna qarşı dirəniş göstərirlər. Yenilənmə o zaman olur ki, müxalif kəsim ideal olaraq səsləndirdikləri fikirləri əməldə tətbiq etsin. Yəni demokratiya, söz və fikir azadlığı kimi şüarlara gündəlik fəaliyyətlərində əməl edib, ətraflarında düşüncə tərzinin dəyişməsinə nail olsunlar.

Bu belədirmi? AXCP adına iddia edən tərəflərdən biri – Əli Kərimli özünün ətrafında olan siyasi qrupda diktatura formalaşdırıbsa, təşkilat daxilində bunun əleyhinə çıxanları şantaj etdirirsə, hansı yeniləşmədən danışmaq olar? 2000-ci ildən üzübəri AXCP ətrafında baş verən bütün olaylarda, parçalanmalarda Əli Kərimlinin avtoritarizmi əsas rol oynayıb. Nəticədə AXCP 3 dəfə bölünüb. Bu təfəkkürlə müxalifətin yenilənməsi mümkün deyil. Yaxud İlqar Məmmədovla bağlı ReAL-ın qurucularından biri olan Azər Qasımlının ittihamlarının necə deyərlər, “mürəkkəbi hələ qurumayıb”. Azər Qasımlı ReAl-dan ayrılmasına əsas səbəb kimi İlqar Məmmədovun təşkilatda diktarura yaratmaq cəhdini göstərdi. Bu kimi hallar digər siyasi qurumarda da adi normalardır və bütövlükdə müxalifəti bürüyüb. Vəziyyət o qədər acınacaqlıdır ki, avtoritarizm artıq partiya və ya təşkilat sərhədlərini aşıb. Hər hansı müxalifət liderinin əleyhinə sosial şəbəkədə bir kəlmə yazan kimi hər bir təşkilatın və ya liderin şəxsi trolları həmin fikri yazan adamı linç etməyə qalxır. Fikir müəllifi təhqir edilir, söyülür, şantaj edilir, satqın adlandırılır, hədə-qorxu gəlinir.

Bu düşüncə ilə yenilənmə və ya müxalifətin güclənməsi mümkündürmü?

Birləşməmiş ayrılanlar və ya Əli Kərimli, Əli İnsanov, Hikmət Hacızadə necə birləşə bilər?

Müsavat Partiyasının qərargahında bugünlərdə keçirilən dəyirmi masa birlik mövzusunu yenidən gündəmə gətirib.

Bur görüş haqqında fikir birmənalı deyil. Daha doğrusu, cəmiyyətin münasibəti mənfidir. Xatırladaq ki, Müsavatın təşəbbüsü ilə keçirilən və partiyanın başqanı Arif Hacılı, “Yurd” sədri Əli Kərimli, keçmiş səhiyyə naziri Əli İnsanov, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə və “Turan” İnformasiya Agentliynin direktoru Mehman Əliyevin iştirak etdiyi dəyirmi masada birgə funksional əməkdaşlıq barədə razılıq əldə olunub. Tədbirə Milli Şuranın sədri Cəmil Həsənli və ReAl Partiyasının sədri İlqar Məmmədov da dəvət alıb. Lakin onlar ölkə xaricində olduqları üçün masaya qatılmayıblar.

Əksəriyyət hesab edir ki, bu, formal birlikdir və müxalifətin bu tərkibdə birləşməsi mümkün görünmür. Səbəblərin başında dəyirmi masada iştirak edənlərin biri-birinə tamamilə zidd maraqlara sahib olmaları gəlir.

Hər hansı bir birliyin uğurlu olması üçün ilk növbədə vahid ideologiya və milli maraqlar öndə olmalıdır. Bütün fəaliyyətləri boyu yalnız şəxsi maraqlarını ön plana çıxaran şəxslərin iştirakı ilə yaradılan birliklər heç bir halda uğur qazana bilməz. Həm iqtisadi, həm də siyasi korrupsiyaya bulaşmış, xarici asılılığı olan, siyasi xətti və ideologiyaları fərqli şəxslərin yaratdığı birlikdən uğur gözləmək yumşaq desək, sadəlövhlükdür. Məsələn, dəyirmi masada iştirak edən Əli İnsanov, Əli Kərimli, Hikmət Hacızadə, Pənah Hüseyn və digərlərini hansı mənəvi-siyasi dəyərlər birləşdirə bilər?

Sabiq nazir uzun illər hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub. Korrupsioner fəaliyyətinə görə komandadan qovulub və həbsə atılıb. Bugünlərdə Əli İnsanovla bağlı danışan YAP-ın icra katibinin müavini, depatat Siyavuş Novruzov sabiq nazirin hüquqi nihilist olduğuna işarə edib. “Əli İnsanov məhkəmə qərarını cırıb atır, “qanun məndən yuxarı ola bilməz” deyirdi”- bunu YAP-çı deputat deyir. Belə bir adamın birdən-birə dönüb demokrat, hüquqi dövlət tərəfdarı olması mümkündürmü? Sözügedən dəyirmi masadan sonra tanınmış jurnalistlərdən biri “Facebook” sosial şəbəkəsində elə beləcə də yazmışdı: “İnsanov hakimiyyətə gəlsə, birinci elə orda oturanları həbs etdirəcək”.

Ona görə də dəyirmi masanın təşəbbüskarları, yeni birliyin alovlu təbliğatçıları bu suallara cavab versinlər: Əli İnsanov korrupsiyaya bulaşmış kimliyi ilə bundan sonra bu xalqa, dövlətə nə fayda verəcək? Əli Kərimlinin hansı maraqları digərlərinin maraqları ilə üst-üstə düşür? Hikmət Hacızadə nüfuzlu və hörmət olunan siyasi xadim, Mehman Əliyev müstəqil mediada söz sahibi olan şəxsdir. Bu şəxslərin ideoloji baxışları Əli İnsanovla, lap elə Əli Kərimli və ya Arif Hacılı ilə necə uzlaşa bilər ki, yaranacaq birlik uğur qazansın? Məsələn, Hikmət Hacızadə Arif Hacılı ilə bir yerdə ola bilsəydi, Hacılı başqan seçilən kimi Müsavatı niyə tərk edirdi ki?!

Cavabı çətin tapılmayacaq suallardır. Yəni bu adamları şəxsi maraqları birləşdirir. Onların dövlət və ya cəmiyyət maraqları, danışdıqları demokratiyaya sədaqətləri ancaq korporativ maraqlarını həyata keçirmək üçün vasitədir. Cəmiyyət isə bunu anlayır. Müxalif kəsim belə birliklərə dəstək vermir.

Xarici maraqlar və təsirlər

Bir sıra müxalifət liderlərinin xarici dairələrdən müəyyən asılılığı ilə bağlı illərdir mediada və cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Düzdür, bununla bağlı müxtəlif informasiyalar yayılsa da, konkret sübutlar yoxdur. Amma şübhələr və informasiyalar cəmiyyəti narahat edən əsas məsələdir. Konkret olaraq, Əli Kərimlinin adı müxtəlif şübhəli maliyyə məsələlərində hallanır. Məlumatlara görə, Demokratiyaya Dəstək Milli Fondu (NED) 2018-ci ildə 1 059 053 dollar qrant ayırıb və 3-cü ölkələr vasitəsi ilə Azərbaycana ötürülüb. Təbii ki, söhbət qrantlardan getmir, prosesin şəffaf olmamasından, pulun necə, nəyə xərclənməsindən, həm də hansı öhdəliklər yaratmasından gedir. Bu da əsaslı şübhələrə yol açır ki, bu vəsaitlər müxalifətin bir qanadına ötürülür və həmin müxalif kəsim xarici güclər qarşısında sorunludur. Bu vəsaiti alan şəxslər xarici öhdəliklərini icra edirlər. Bu öhdəliklərin olması faktı da birliyi əngəlləyən əsas amildir. Çünki ölkəni sevənlər, Azərbaycanın gələcəkdə hansısa xarici qüvvənin plastdarmına çevrilməsini istəməyənlər müxalifətin dayaqlarına çevrilmək istəmir və onun çağırışlarına səs vermir.

Müxalifətin uğurlu birliyi yalnız eyni düşüncəli, korrupsiyaya bulaşmamış, xarici asılılığı olmayan, siyasi xətti və siyasi ideoloji baxışları eyni olan qüvvələrin birliyindən keçir. Əks halda, heç bir uğurlu nəticədən danışmaq olmaz. Ortada Milli Şura təcrübəsi də var.

Məlumdur ki, Milli Şura yarananda özündə bir çox siyasi partiyaları və təşkilatları biləşdirirdi. Amma sonradan əksər partiya və təşkilatlar Milli Şuranı məhz Rusiya proyekti hesab etdiklərindən kənara çəkildilər.

Budəfəki birlik cəhdinin də fərqli taleni yaşayacağı inandırıcı deyil və indidən sonu məlumdur.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Dünən, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Dünən, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Dünən, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Dünən, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Dünən, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Dünən, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Dünən, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Dünən, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Dünən, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Dünən, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Dünən, 13:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru