“Köklü islahatlarla dəyişikliklərə doğru” adlı sənəddə nələr var?
Tarix: 22-06-2019, 09:24 | Çap et
İyunun 21-də Beynəlxalq Mətbuat Mərkəzində siyasi partiyaların ümumi toplantısı keçirilib. “Köklü islahatlarla dəyişikliklərə doğru” adlı layihənin təşkilatçılarından olan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi ki, hazırda iqtidar və müxalifət dairələrində bir konsensus var.
Dəyişikliklərin labüd olduğunu deyən çıxışçıya görə, fikir ayrılıqları dəyişikliklərin harada, necə aparılması ilə bağlıdır: “Fikir ayrılıqları ondan ibarətdir ki, bir qrup hesab edir ki, bu dəyişiklikləri yuxarıdan aparmaq lazımdır. Bu mənada iqtidara dəstək vermək və onları müdafiə etmək nəzərdə tutulur. Digər fikir ondan ibarətdir ki, sosial inqilablar labüddür. Bu məsələlər ətrafında aşırı mövqelər də vardır. Bu dəyişiklikləri istəyən qüvvələrə repressiv metodların tətbiq olunacağı ilə bağlı fikirlər də mövcuddur. Müxalifət daxilində də ifrat aşırı yanaşma odur ki, ”hakimiyyətdə indiki liderlər qaldıqca pozitiv dəyşikliklər mümkün deyil". Biz hesab edirik ki, müxalifətin əsas vəzifəsi alternativ təkliflər, proqramlar təklif etməkdən, ictimai rəyin gücündən istifadə, islahatlar proqramı ilə çıxış etməkdən ibarətdir".
P.Hüseyn bildirdi ki, siyasi proseslərə cəlb olunma dərəcəsindən asılı olmayaraq, xalqın maraqlarına cavab verən hədəflər uğrunda bütün milli, mütərəqqi qüvvələrin birləşməsinə nail olmaq mümkündür. Çıxışçının sözlərinə görə, əməkdaşlıq da, bunun təşkilatı fəaliyyət formalarını tapmaq da mümkündür.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bu layihəni həyata keçirəndə bütün siyasi partiyalar ilə görüşdüklərini bildirdi. Çıxışçı bu tədbirə qatılmadıqları halda öz layihəsini təqdim edən siyasi qüvvələrin də olduğunu dedi.
BAXCP sədri Qüdrət Həsənquliyev çıxışında bəzi partiya nümayəndələrinin inqilab istədiyini bildirdi. O, rəhbərlik etdiyi partiyanın yanaşmasını açıqladı: “Bizim partiyanın yanaşmasına görə ölkədə inqilab üçün şərait yoxdur. Artımlar, sosial-iqtisadi islahatlar bu gərginliyi azaldacaq. Bəzi insanlar bizim milli mənəviyyatımıza yaraşmayan şəkildə iqtidar nümayəndələrini söyürlər. Amma başa düşmürlər ki, söyməklə hakimiyyətə gəlmək mümkün olsaydı, o zaman bütün tərbiyəsizlər, şizofrenlər hakimiyyətə gələrdi. Dünyada ermənipərəst və islamafob qüvvələr Azərbaycanda islahatların olmasını istəmirlər. İslahatların aparılması müəyyən risklər yaradır. Amma cəmiyyətdəki sağlam qüvvələr bir araya gəlməli, biz iqtidara, prezidentə islahatların dərinləşməsi ilə bağlı müraciət etməliyik”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxışında son vaxtlar müxtəlif formatlarda siyasi partiyalarda belə toplantıların keçirildiyini və müxtəlif adlarda yaradılan qurumların sonradan sıradan çıxdığını bildirdi: “Bu, bizi ağrıdır. Biz qeyri-ciddi imic yaradan görüşlərdən imtina edirik. Kimsə dəvət edəndə belə rəy yaranır ki, yəqin özünü müxalifətin lideri kimi təqdim etmək istəyir. Hazırda iqtidar mediasını oxuyuram. Qarabağ məğlubiyyətini müxalifətin, bizim üzərimizə atırlar. Bunu qarşılıqlı ittihama çevirmək olmaz. Təbii ki, bu toplantı ilə bağlı mətbuatda yazılacaq ki, bu, iqtidarın sifarişidir. Kim sifariş verib deyə suallar çıxacaq. Bizim o yaşımız deyil ki, kiminsə sifarişi ilə bir araya gələk. Bir yol cızmışıq. Biz bu dövlətin qurulmasında taleyimizi ortaya qoymuşuq, ilk addımlarında adımız var. Bu dövlətin gələcəyi ilə bağlı məsuliyyətimiz var. Bu yollar axtarışında heç kim bizi ittiham edə bilməz. Gəlməyənləri də ittiham etmək olmaz ki, niyə gəlmədilər. Sayğı və hörmətlə, birlik yolu axtarılmalıdır. Bir araya gəlinməli, ziddiyyətlər kənara buraxılmalıdır”.
S.Rüstəmxanlı dedi ki, iqtidarla münasibətdə Üzeyir Hacıbəyovun yazdığı kimi, “Aç qapını, gəlim səni öldürüm” ritorikasından əl çəkmək lazımdır: “Biz dövlətdən nə istəyirik, bunu müəyyənləşdirmək lazımdır".
Deputat Fazil Mustafa bildirdi ki, iqtidar öz mülahizələri ilə sosial-siyasi, hüquqi islahat aparır və bunun dərinləşəcəyini bəyan edir: “İqtidarı qəbul etməyən aşırı müxalifət qüvvələri bunun imitasiya olduğunu bildirirlər. Bura yığışan qüvvələr gələcək üçün məsuliyyət daşıyan olduqlarına görə bu islahatların faydalı olduğunu deyərək, bu məqsədi güdərək bir araya gəliblər. Burada söhbət ondan gedir ki, bura yığışan insanların məsuliyyəti bu situasiyanı dəyişməkdir”.
Deputat sənəddə “filan məsələlərlə bağlı iqtidarı ciddi səylər göstərməyə çağırırıq” fikrinə etiraz etdi. Çıxışçının sözlərinə görə, onsuz da partiyaların nizamnaməsində onların bu funksiyanı, öhdəliyi daşıdığı öz əksini tapıb: “Bu tədbir və burdakı çağırışlarla siyasi müxalifət ilkin mərhələdə iqtidara müraciət edir ki, iqtidar ölkənin taleyində təkcə məsuliyyət daşımır. Bu prosesə bütün siyasi qüvvələr cəlb olunmalıdır”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli sənədi faydalı adlandırdı və orada məhkəmə islahatları ilə bağlı bəndin əhəmiyyətinə toxundu. O, vəkilliklə bağlı problemlərin də gündəmə gətirilməsinin vacibliyini bildirdi: “Deyilən təklifləri nəzərə almaqla bir işçi qrupu yaratmaq lazımdır. Cəmiyyətin bir hissəsi olaraq öz mövqeyimizi cəmiyyətə və hakimiyyətə çatdırmaq lazımdır”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu günə qədərki siyasi proseslərin məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir. Onun dediyinə görə, ölkə müxalifətini görməzdən gəlmənin nəticəsi budur. O, keçirilən bu tədbiri hakimiyyətə çıxış yolu göstərmək hesab edir: “Hamımız bilirik ki, belə gəlib, amma belə getməyə bilər. Bugünkü stabilliyi köklü stabillik hesab etmək olmaz. Nə qədər ki, Azərbaycandakı müxalifətin, QHT-nin mövqeyi nəzərə alınmır, ölkədəki durum stabil deyil. İqtidar cəmiyyətlə, müxalifətlə, xalqla hesablaşmalıdır. İslahatların təklifləri var. Sonradan da müzakirə olunacaq bu layihə. Biz də bu layihələrdəki fikirlərlə razıyıq. Siyasi məhbuslar azad olunmalı, QHT-lərin qeydiyyat və donorlara çıxışı rahatlaşdırılmalı, azad media üçün şərait yaradılmalıdır. Təhsil sahəsində islahatlar olmalıdır. Biz hakimiyyətlə təhdid ritorikası ilə danışmayaq. Amma onlar da bizi görməzdən gəlməməlidir”.
Tədbirin sonunda qərara alındı ki, bu sənədlə bağlı İşçi Qrupu yaradılsın.
Böyük Azərbaycan Partiyasının rəhbəri Elşad Musayev bildirdi ki, sərt mövqedə olan müxalifət nümayəndələri ilə danışıq zamanı pozitiv tonların olduğu görünür: “Qarşılıqlı ittihamlarla bir-birimizi görməzdən gələ bilmərik. Bizim tədbirlə bağlı müxtəlif fikirlər səsləndirildi. Bu tədbiri buradakı siyası partiyalar təşkil edib. Mesajımızı verdik, nə istədiyimizi dedik. Ölkəmizin inkişaf etmiş dövlət sırasında olmasını istəyirik. Biz də islahatlar yolunu təklif edirik. Amma siyasi partiyaların vəzifəsi budur. Hakimiyyətə də, cəmiyyətə də mesajlar verməyə hazırıq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
|