“Gözləmədiyim zərbə aldım, bizi arxadan vurdular” - İsgəndər Həmidov
Tarix: 8-05-2019, 08:45 | Çap et
Uzun müddət davam edən gərginliklərdən sonra nəhayət, Azərbaycan Xalq Hərəkatının Məclisi mayın 5-də keçirildi. Təşkilatın rəhbər strukturları seçildi və yeni dönəmin başlandığı elan olundu. AXH-nin qurucularından olan İdarə Heyətinin üzvü İsgəndər Həmidov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- İsgəndər bəy, AXH-nin ilk Məclisinin keçirilməsi və orada qəbul edilən qərarlar AXH ilə bağlı son zamanlarda baş verən proseslərə, gərginliklərə nöqtə qoymuş sayıla bilər?
- AXH Məclisinin sessiyasını biz əslində aprelin 27-də keçirməli idik. Arada danışıqlar aparan insanlar dedilər ki, bir həftə ləngidin, bəlkə məlum adamlar da qatıldılar. Ona görə də biz Məclisi mayın 5-nə keçirdik. Məclisin canlı yayını gedirdi və yəqin ki, sizlər də izlədiniz. Respublikamızın 3 rayonundan başqa bütün rayonlardan Məclisə nümayəndələr qatılmışdı. Üç rayonda isə KXCP-nin üzvləri nümayəndə idilər, son anda onlar Məclisə qatılmadılar. Konfrans keçirdiyimiz digər bütün rayonlardan Məclisə nümayəndələr qatıldı. Məclisə sədr, müavinləri seçildi. Həmçinin AXH-nin İdarə Heyəti də seçildi. İdarə Heyətinin iclaslarını dönəm sədri aparacaq. Əvvəlki söz-söhbətlər var idi ki, İsgəndər Həmidov özünü lider elan edəcək, sədr seçdirəcək və sair. Bütün bunların söz-söhbət olduğu təsdiqini tapdı. Mən hətta İdarə Heyətinin üzvü olmaq istəmədiyimi bəyan etdim. Namizədliyim irəli sürüləndə etiraz da elədim, amma təkidlə namizədliyimi verdilər. Mən bir müddət öncə sizin qəzetə müsahibəmdə demişdim ki, biz barəmizdə kimin nə danışmasına fikir verməyəcəyik, biz əməlimizlə, əxlaqımızla cavab verəcəyik. Belə də etdik. AXH-nin Məclisi oldu, seçkilərlə rəhbərliyi, İdarə Heyəti formalaşdı və məsələ bununla bitdi. Bundan sonra hakimiyyətin istəyi ilə AXH adında başqa bir qurumun olduğunu kimlərsə elan edəcəklərsə, Allah işlərini avand eləsin. Biz AXH-nin növbəti həftənin birinci gününə İdarə Heyətinin toplantısını keçirəcəyik. Fəaliyyətimizi təkcə İdarə Heyətinin toplantısını keçirməklə də bitmiş saymırıq. Rayonlara gedəcəyik, qəsəbələrdə, kəndlərdə AXH-nin dayaq dəstələrini yaratmağı planlaşdırmışıq. AXH demokratik mübarizəni qarşısına məqsəd qoymuş hamı ilə əməkdaşlıq eləməyə hazırdır. Seçkilərdə iştirak etmək məsələsindən başqa istənilən mövzuda müzakirələr aparmağa hazırıq. Seçkiyə qatılmayacağımız birmənalıdır.
- Məclisdə neçə nəfər nümayəndə iştirak edirdi? İdarə Heyətinin üzvü olmaq istəmədiyinizin səbəbi nə idi?
- Məclisdə mandatla səs verənlər 189 nəfər idi. Bundan başqa da 8 partiyanın hərəsindən 3 nəfər nümayəndə idi. Beləliklə, ümumilikdə 213 nümayəndə iştirak edirdi. İdarə Heyətinə üzv olmaq istəməməyimin səbəbini isə yuxarıda açıqladım. Yuxarıda dediyim söz-söhbətə nöqtə qoymaqdan ötrü mən sıravi üzv kimi qalmaq istədiyimi bəyan etdim. Mən sıravi üzv kimi də AXH-nin güclənməsi üçün zəhmət çəkməyə hazır idim. Amma yoldaşlar əl çəkmədi və zaldan hər kəs təkid etdi.
- İdarə Heyətinin üzvlərinin sayı nə qədərdir və hazırda dönəm sədri kimdir?
- Dönəm sədri hazırda ALDP-nin sədri Fuad Əliyevdir. Dönəm sədrliyini bir ay o həyata keçirəcək. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda 26 nəfərin iştirakı ilə keçirilən iclasda Cümhuriyyət elan edilib. AXH-nin İdarə Heyəti də 26 nəfərdən ibarətdir. İdarə Heyətinə rayonlardan və Bakı şəhəri üzrə nümayəndələr seçildi. İdarə Heyətində işin səmərəli təşkil edilməsi üçün regionlar üzrə iş bölgüsü aparacağıq. Bu gün üçün nəticələr qane edici sayıla bilər. Çünki 3 ay yarım ərzində bundan artıq işləmək mümkün deyildi. Bütün AXH üzvləri, İdarə Heyəti və Məclis üzvlərinə gərgin əməklərinə görə təşəkkür edirəm.
- KXCP üzvlərinin qatılmamasının səbəbi nə idi?
- Səbəb o idi ki, KXCP sədri Mirmahmud Mirəlioğlu qəfildən çıxdı efirə və bəyan etdi ki, biz Məclisin işində iştirak etməyəcəyik, KXCP-dən kim Məclisin işində iştirak eləsə, barəsində ölçü götürüləcək. Onun bu çıxışından sonra Goranboy, Lənkəran və Masallı rayonlarından iştirak etmədilər. Masallı və Lənkərandakı nümayəndələr də bizim dostlarımızdır, 30 ildir mübarizə aparan adamlardır, yaranmış vəziyyətə görə onlar da çətin durumla üzləşdilər. Goranboyda yeni dayaq dəstəsi yaradılacaq. Orada milli qəhrəmanlarımız var. Onların da iştirakı ilə dayaq dəstəsi yaradılacaq. Lənkəran və Masallıdakı dostlarla isə danışıqlar aparacağıq. Onlar qəti olaraq Məclisin işinə qatılmamaq mövqeyində qalacaqlarsa, yəqin ki, o rayonlarda da yeni dayaq dəstələri yaradacağıq.
- Mirmahmud Mirəlioğlu ilə aranızda nə problem yarandı ki, qəfildən o cür mövqe nümayiş etdirdi?
- Aramızda heç bir problem yoxdur. Nə mənimlə, nə başaqları ilə heç bir danışıq olmadan Mirmahmud Mirəlioğlu qəfildən o cür çıxış etdi. Ona görə də hələ nə görüşmüşük, nə də telefon danışığımız olub. Bizi sağdan-soldan vururdular, mən gözləmədiyim ünvandan da bir zərbə aldım. Bizi arxadan vurdular. Hər bir halda mənim Mirmahmud bəyə hörmətim var. Biz kolanı tayfasıyıq və kolanılar seyidlərə xüsusi hörmətlə yanaşırlar. Mirmahmud bəyin də cəddinə qurban olum, seçim özününküdür. Məncə, bu, bizə qarşı axırıncı ağır artilleriyadan açılan atəş idi.
- Mirmahmud Mirəlioğlu o biri tərəfdə təmsil olunur?
- Vahid AXH var, ikinci tərəf yoxdur. AXH başını o tərəf, bu tərəf söhbətləri ilə qatmaq istəmir. Biz mayın 25-nə saat 3-ə Məhsul stadionuna mitinq təyin etmişik. Mitinqə hazırlaşırıq. Bakı Şəhər İcra Hakimiyyətinə məktub da göndərilib.
- Mitinqi təkbaşına keçirmək istəyirsiniz, yoxsa digər müxalif təşkilatlara müraciət ediləcək?
- Qarşıda hələ vaxt var. Yəqin ki, Müsavat Partiyası, Milli Şura, Milli Strateji Düşüncə Mərkəzi ilə danışıqlar aparacağıq. Bir yerdə mitinq keçirsək daha yaxşı olar. Seçim qardaşlarımızındır.
- AXH-nin seçkidə iştirak etməkdən imtinasının səbəbi nədir?
- Səbəb odur ki, ölkədə normal, düzgün seçki keçirilmir. Demokratik seçki keçirmək üçün demokratik qaydada formalaşmış seçki komissiyaları olmadan seçkidə iştirak etməyin mənasız olduğunu düşünürük. Ölkədə köklü demokratik islahatlar, demokratik seçki mühiti formalaşmayınca Azərbaycan Xalq Hərəkatı seçkilərdə iştirak etməyəcək. Bu bizim məramnamədə ayrıca bənd olaraq qeyd edilib.
- Belə fikirlər irəli sürülür ki, İsgəndər Həmidov AXH-yə siyasətçilərdən daha çox Qarabağ qazilərini, vaxtilə onunla polis orqanlarında işləmiş insanları toplayıb.
- Fuad Əliyev siyasətçi deyil? Valeh Mirzəyev siyasətçi deyil? Həsən Həsənov siyasətçi deyil? Ramiz Tağıyev siyasətçi deyil? Mən daha çox adlar çəkə bilərəm. İkincisi, Qarabağ döyüşçülərinin AXH-də olması qüsurdur? Əksinə, bu, AXH-nin üstünlüyüdür. AXH, adından da göründüyü kimi, xalq hərəkatıdır. Burada siyasətçilər də, döyüşçülər də, alimlər də, keçmiş polis işçiləri də var. Biz bütün təbəqələri əhatə edən hərəkat yaratmışıq. Burada sabiq nazir də, fəhlə də təmsil oluna bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
|