“Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır” - İqbal Ağazadə
Tarix: 18-04-2019, 08:57 | Çap et
Azərbaycanla Avropa Birliyi (AB) arasında bağlanacaq saziş ətrafında gedən müzakirələr böyüyür. Xüsusilə sənədin detallarının açıqlanmaması müəmmalı bir vəziyyət yaradıb. Ərazi bütövlüyümüz məsələsinin bir bənd kimi müqaviləyə salınıb-salınmayacağı yönündə səslənən fikirlər müzakirələrin əsasını təşkil edir.
Detalları məlum olmasa da, saziş cəmiyyətin əksər təbəqələri tərəfindən dəstəklənir. Avropaya sürətli inteqrasiyanın viza və digər məsələlərin həllində mühüm rol oynayacağı vurğulanır.
AĞ Partiya başqanı Tural Abbaslı sazişin Azərbaycanın maraqlarına uyğun olduğunu söylədi: “Əslində bu saziş ətrafında konkret nəsə demək çox çətindir. Çünki hələ də onun mətni ictimailəşdirilməyib. Demək olar ki, sazişin nədən ibarət olduğunu bilən kimsə yoxdur. Bu da öz növbəsində narahatlıq yaradan səbəblərdəndir. Əgər bu müqavilə AB ilə Azərbaycan arasında imzalanırsa və bu razılaşma bu və ya digər formada Azərbaycan xalqının taleyinə, yaşamına təsir edəcəksə, bu barədə ictimaiyyət tam məlumatlı olmalıdır. Biz siyasilər və siyasi partiyalar bu haqda danışanda ancaq indiyə qədərki digər dövlətlərlə olan sazişlərə istinad edirik. Sonra da məlum olur ki, sən demə, Azərbaycanla imzalanacaq müqavilə digər dövlətlər Ukrayna, Gürcüstan, Moldova və sairləri ilə bağlanılan müqavilələrdən fərqlidir. Fərqin nədən ibarət olması ilə bağlı da əsas səslənən nüanslar Azərbaycanın ərazi bütövlüyü və insan haqları sahəsində olduğu deyilir. Təbii ki, bu məlumatlar qeyri-rəsmi xarakterlidir.
Durumun bu vəziyyətdə olmasının səbəbi də hakimiyyətin müqavilə mətnini xalqdan gizlətməsidir. Təbii ki, mən də düşünürəm ki, bu sazişin imzalanması Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın da inkişaf etmiş ölkələrin yolu ilə gedərək, öz qanunlarını, iqtisadi yanaşmalarını, təhsilimizi, səhiyyəmizi, insan haqları sahəsindəki sənədlərini bu ölkələrinkinə uyğunlaşdırması bizim də inkişafımıza və güclənməmizə səbəb ola bilər. Odur ki, mən də bu sazişin imzalanmasının tərəfdarıyam. Ancaq biz AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun, bu sazişin imzalanmasının tərəfdarı da deyilik. Bu məsələdə bizim üçün, yəni AĞ Partiya üçün ”qırmızı xətt"lər mövcuddur. Bu “qırmızı xətt”lərin başında Qarabağ məsələsi və milli-mənəvi dəyərlərimizə təhdidlər gəlir. Bu məsələdə biz heç bir halda, heç bir şərtlə, heç kimin qarşısında güzəştə gedilməsinin tərəfdarı deyilik. Azərbaycanın imzalayacağı bütün saziş və razılaşmaların bir xətti olmalıdır, o xətt də Azərbaycanın dövlət maraqlarıdır".
Ümid Partiyasının sədri İqbal Ağazadə: “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, münasibətləri isti getsə, ölkə cəmiyyətinin inkişafının perspektivləri o qədər çoxdur. Çünki dünyanın normal idarəetmə, seçki, insan haqlarına hörmət, iqtisadi və siyasi azadlıqlar məsələsində örnək ola biləcək dövlətləri Avropa Birliyi ölkələri, Amerika və Kanada kimi ölkələrdir. Azərbaycanın bunların yanında olması, bu ölkələrlə ittifaqa, sazişə girməsi bizim üçün önəmlidir. İkinci bir tərəfdən, Azərbaycan elə ölkələrlə əhatə olunub ki, bu dövlətlər qonşularına obyektiv münasibətləri ilə seçilməklə yanaşı, həm də demokratikləşməni əngəlləyən ölkələr kateqoriyalarına aiddir. Buraya Rusiya və İran kimi ölkələr daxildir. Azərbaycan bu ölkələrin yanında dursa, demokratik dəyərləri hakim dəyərlər kimi qəbul edən dövlətlərdən uzaqlaşsa, bu ölkələrin idarəetmə, yaşam və düşüncə tərzindən, hüquq sistemindən ayrıla bilməyəcək. Ona görə də Avropaya inteqrasiya vacibdir. Prioritetlər nə olacaq və yaxud nə olmalıdır? Azərbaycanın BMT-nin tanıdığı sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınmalıdır. Qeyd edim ki, Avropa Şurası da, Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu fakt kimi təsdiqləyib. Müqavilədə insan haqları, o cümlədən iqtisadi və siyasi azadlıqlar məsələsi ön plana çəkiləcək. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gedən danışıqlardır. Bu danışıqlar açıq olmadığı üçün cəmiyyət məlumatsızdır. Əgər mətbuata məlumat verilsə, bizlər də danışıqların uzadılmasının səbəbini bilərik”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Cəmiyyət daxilindən sazişə yönəlik bəzi etirazlar başa düşülməyəndir. Çünki Avropa yüksək həyat standartlarıdır. Türkiyə nümunəsinə baxmaq lazımdır. 60 ildən artıqdır qardaş dövlət Avropa Birliyinə üzv olmağa can atır. Bu məsələnin üzərində geniş dayanmaq istəmirəm. Hesab edirəm ki, Avropa İttifaqı ilə yaxınlaşma Azərbaycanın mədəni dünya ilə yaxınlaşması, yeni texnologiya, yüksək təhsil və səhiyyə standartları, ədalətli məhkəmə sistemi, demokratiya və insan haqları sahəsində irəliləyiş və yüzlərlə həyat seqmentlərində müsbət dəyişikliklər deməkdir. Təəssüf ki, hələlik aparılan danışıqların detallarını gizli saxlayırlar. Müşahidələrimə görə, demokratiya və insan hüquqlarını ehtiva edən blokla bağlı danışıqlar ağır irəliləyir. İqtidar fərqindədir ki, bu sahədə yumşalma hakimiyyətin yaxın gələcəkdə itirilməsi deməkdir. Hakimiyyət siyasi rəqabətə hazır olmadığının fərqindədir. Amma bu sazişin imzalanmasının da alternativini görmürəm. Alternativ Rusiyaya sığınmaqdır ki, bu da yenidən rəsmən müstəmləkəyə çevrilməkdir. Müstəmləkə vassalına çevrilmək də real və mütləq hakimiyyətin itirilməsidir. Bunu hakimiyyət hesablamalıdır. Həm də köhnə metropoliyaya sığınmaq Qərbin təzyiqlərinin başlanması və bu təhdidlərə tab gətirməni nəzərdə tutur. Azərbaycan AB ilə sazişi imzalamalıdır. Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Azərbaycanın maraqları ilə hakim komandanın maraqlarını da ayırmağı bacarmaq lazımdır. Azərbaycanın maraqları insan qrupunun istəklərinə qurban verilə bilməz. Saziş maraqlarımız nəzərə alınmaqla mütləq imzalanmalıdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
|