Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                 

ReAl Partiyası ilə AXCP arasındakı qovğa... - ritorika o qədər tanış gəlir ki...
Tarix: 8-04-2019, 08:55 | Çap et
ReAl Partiyası ilə AXCP arasındakı qovğa...
Son 25 ildə bu kimi ixtilafları, nifaqları çox görmüşük, ondandır.

Tərəflərin hansının haqlı olduğunu birmənalı şəkildə demək mümkün deyil. İki tərəf də, el dilində desək, öz sözünün göyçəyini deyir.

Amma ötən günlərə yüngülvari ekskurs edəndə göz önündə bənzər mənzərələr canlanır.

Təxminən 20 il öncələr idi. Müsavat partiyasının sürətlə güclənən, təşkilatlanan vaxtlarıydı. Təbii ki, iqtidar düşərgəsi artıq bu partiyanın əsas rəqib olacağını düzgün proqnozlaşdırmışdı və əlindəki resurslarla ona qarşı mübarizə aparırdı. Eyni zamanda, Müsavata qarşı daha bir güc fəaliyyət göstərirdi. Bu, Müsavatla eyni blokda (Demokratik Konqresdə) təmsil olunan AXCP-nin daxilindəki “Yurd” qruplaşmasıydı.

AXCP-nin sədri, milli azadlıq hərəkatının lideri, eks-prezident, əksər müsavatçıların sevimlisi, Müsavat başqanı İsa Qəmbərin şəxsi dostu Əbülfəz Elçibəy belə həmin qrupun öhdəsindən gələ, onlara “mənim müttəfiqimlə, dostumla işiniz olmasın” deyə bilmirdi. “Yurd” liderləri isə müxalifət düşərgəsinin “oliqarx”larıydı. Onlar parlamentdə təmsil olunur, hökumət adamları ilə birgə səfərlərə gedir, Strasburqdan vurub Brüsseldən çıxırdılar. Qürbət ellərdə birgə şənliklər təşkil edirdilər. Əllərində 10-a qədər qəzet vardı, telekanalların studiyalarında tez-tez qonaq olurdular. Hətta bir dəfə AzTV Əli Kərimlinin Süleyman Dəmirəllə görüşündən süjet vermiş, onun parlamentin plenar iclasında etdiyi uzun bir çıxışı yaymışdı.

Bu qrup sərəncamında olan qəzetlərdə özünü “islahatçı” və “konstruktiv müxalifət qüvvəsi” adlandırır, iqtidarın əsas rəqibi Müsavatı destruktivlikdə ittiham edirdilər. Hərdən ortaya daha ağır iddialar atırdılar. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi məsələsi ictimai müzakirə predmeti olan zaman hansısa jurnalistin sualına cavab olaraq Müsavat başqanı İsa Qəmbər demişdi ki, əslində bu neft kəməri İran üzərindən, azərbaycanlıların yaşadığı ərazilərdən keçsəydi, iqtisadi baxımdan daha sərfəli olardı.

Ortada bir neçə milyardlıq qənaətin və neft kəmərindən gələcək tranzit haqqının Cənubi Azərbaycan ostanlarına qalmasının söhbəti vardı.

Ancaq görün “Yurd” nə etdi? Qrup funksionerləri öz qəzetlərində tozanaq qopardılar (şükür ki, arxivlər, qəzetlərin cildlənmiş nüsxələri qalır, maraqlananlar qaldırıb baxa bilər), Müsavatı İrana işləməkdə, İsa Qəmbəri İranın adamı olmaqda suçladılar. Məqsəd güclənməkdə olan bu partiyanı İranmeyilli qüvvə" kimi tanıdaraq, Azərbaycanda marağı olan qüdrətli güclərin, xüsusilə də ABŞ-ın gözündən salmaq idi.

Ən ümdəsi, iddiaların heç bir əsası yox idi, ortada ciddi bir şərləmə kampaniyası vardı.

Fəqət, bir-iki ildən sonra kartlar açıldı, maskalar düşdü. AXCP-nin daxilində yuva salmış “Yurd”un bir çox rəhbərləri gizli-gizli əməkdaşlıq etdikləri hakimiyyət qüvvələri ilə açıq, leqal əməkdaşlığa keçdilər. Açıq və barışmaz müxalif mövqeyə keçən AXCP isə Əli Kərimliyə qaldı.

Partiyanın yeni rəhbərliyi də “şərləmə kampaniyası”ndan əl çəkmədi. Bu xüsusda çox hekayətlər var, ancaq ən sonuncusu axırıncı parlament seçkilərində oldu. Müsavat Partiyası Milli Şuranı tərk etmişdi. AXCP rəhbərliyi iddia edirdi ki, Müsavat hakimiyyətlə anlaşıb. Hətta ayrı-ayrı funksionerlər konkret “bağ”lardan danışırdılar, deyirdilər, İsa Qəmbər parlamentin vitse-spikeri Bahar Muradova ilə gizli danışıqlar aparıb, özünə və bir neçə partiyadaşına mandat verilməsinə dair təminat alıb.

O iddiaların, ittihamların sonu necə oldu, bilirsiniz.

İndi eyni partiya ReAl Partiyasının rəhbərliyini eyni cür ittihamlara məruz qoyub. Adam köhnə şərləmələri yadına salanda inanmaq istəmir.

Demək, siyasətlə məşğul olanlar gərək etibarlarını itirməsinlər, yalançı çobana dönməsinlər ki, sözlərinin də çəkisi, mötəbərliliyi qalsın.

ReAl rəhbərlərindən olan Natiq Cəfərlinin dilə gətirdiyi “bütün bunlar qısqanclıqdan doğur” ifadəsi isə daha tutarlı çıxır. Görünür, AXCP son illərdə ABŞ və Avropada “qələminin qırıldığı”nın və stavkanın ReAl-a edildiyinin fərqindədir.

Bir vaxtlar AXCP özü Avropanın sevimlisi idi, qrantlar sel kimi gəlirdi. İndi vəziyyət dəyişib. İndi İrana meyilli qüvvələr AXCP-nin aksiyalarında həvəslə iştirak edirlər, ayrı-ayrı mömin liderlər bu partiyadan yararlandıqlarına dair bəyanatlar səsləndirirlər.

Dünya, dövran, mövqelər dəyişib, amma mübarizə üsulları dəyişməyib - şərləmə yenə effektiv yol sayılır.
Xalid KAZIMLI
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru