Siyasətçilər xəbərləri hansı telekanallardan alır? - Yerli kanallara baxan yoxmuş...
Tarix: 27-09-2017, 08:15 | Çap et
Son aylar dünyada yenidən gərginlik artıb. Azərbaycan teleməkanında xəbər proqramlarının zəif olması insanları digər ölkələrin xəbər məkanından informasiya almağa məcbur edir. Araşdıran zaman məlum olur ki, artıq tamaşaçılar xarici telekanallara yerli kanallara nisbətən daha çox baxır, informasiyanı həmin kanallarıda axtarırlar. Maraqlıdır, bəs siyasətçilərimiz dəqiq informasiya və xəbər əldə etmək üçün hansı kanalları izləyir?
Milli Məclisin deputatı Fazil Mustafa dəqiq informasiya əldə etmək üçün heç bir yerli telekanalı izləmədiyini bildirdi: “Daha çox internet mediasından istifadə edirəm, işimə yarayır. Kanal olaraq isə daha çox Rusiya TV-lərini izləyir, orada debatlara maraq göstərirəm. Amma bütövlükdə televiziyaya baxmağa marağım yoxdur. Çünki informasiyanın obyektivliyi mənə bir qədər inandırıcı gəlmir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də yerli televiziya kanallarını izləmədiyini dedi:
“Heç bir yerli TV-ni izləmirəm. Xarici telekanallardan isə ”Euronews"u izləyirəm".
Politoloq Şahin Cəfərli isə televiziya kanallarını izləməyə vaxtı olmadığını dedi:
“Vaxt tapanda əsasən 3 kanaldan informasiya almağa üstünlük verirəm: ABŞ-ın CNN, Rusiyanın RBK, Türkiyənin NTV kanalı. Əslində hazırkı texnoloji inkişaf dövründə TV-lərin informasiya mənbəyi kimi önəmi azalıb. İnsanlar öz smartfonları ilə istənilən yerdə, istənilən saatda asanlıqla internetə daxil olub, məlumat əldə edə bilirlər. Hətta televiziya kanallarını izləmək üçün mütləq televizoru açmağa da ehtiyac qalmayıb, smartfon, iPad vasitəsilə TV kanallarını rahatlıqla izləmək mümkündür. Ona görə də mən informasiya ehtiyacımı daha çox internet vasitəsilə ödəyirəm”.
AĞ Partiyanın sədri Tural Abbaslı xəbərləri adətən müxtəlif televiziya kanallarından aldığını vurğuladı: “Çünki adətən TV kanal hansı dövlətindirsə, xəbərlər də o dövlətin siyasi baxış və maraqlarına uyğun təqdim olunur. Odur ki, mən eyni informasiyanı müxtəlif TV kanallarının müxtəlif növ təqdimatında izləyirəm. Bu zaman məlumat barədə özüm üçün obyektiv təsəvvür yaratmaq şansım olur. Regionumuzu və Azərbaycana təsir imkanlarını nəzərə alaraq əsasən məlumatları 3 kanaldan alıram. Bunlardan birincisi Türkiyənin NTV xəbər kanalı, digəri Avropanın mövqeyini sərgiləyən “Euronews”, sonuncusu isə Rusiyanın mövqeyini ortaya qoyan ORT və RTR kanallarıdır. Hələlik xəbərləri bu kanallardan alıram və məni qane edir".
Politoloq Elçin Mirzəbəyli isə qeyd etdi ki, mümkün qədər bütün yerli kanalları izləməyə çalışır: “”Xalq Cəbhəsi" qəzetinin və bir neçə xəbər saytının baş redaktoru kimi gündəlik işim informasiya ilə işləməkdi. Bu baxımdan, istədiyim informasiyanı ən müxtəlif leqal vasitələrlə əldə etmək imkanım var. Ölkədə yayımlanan bütün telekanalları mümkün qədər izləməyə çalışıram. AzTV, İctimai TV, ATV, CBS, Lider, ARB, Xəzər televiziyalarında yayımlanan siyasi proqramlara imkan düşdükcə baxıram. Xarici telekanallardan CNN, NTV (Türkiyə və Rusiya), TRT, ATV (Türkiyə), Rossiya 24, Russia Today və digərlərini izləyirəm. Rusiya telekanallarında yayımlanan xəbərləri və siyasi tok-şoularda səslənən fikirləri Kremlin ovqatını müəyyənləşdirmək üçün izləyirəm. Adətən çox yorulanda Rusiya telekanallarına yayımlanan siyasi tok-şouları və “analitik proqramları” izləyirəm. Çünki heç bir komediya kanalında bundan yaxşı məzhəkə tapmaq mümkün deyil". \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|