Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                     Cəlilabadda iki məktəbin bir direktoru var?! .....                     Ermənilər YENİ SAVAŞ tədarükündə... .....                     Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı .....                     Azərbaycanda dörd universitetə akkreditasiya verilib .....                     Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi .....                     Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi .....                     Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... .....                     Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? .....                 

2016-cı il nə ilə yadda qaldı? - Rəylər
Tarix: 30-12-2016, 08:40 | Çap et
2016-cı il nə ilə yadda qaldı?
Artıq 2016-cı il bitmək üzrədir. Bu ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar.

Bu ilin yekunları haqqında Trend-ə açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, 2016-cı il ölkəmiz üçün çox uğurlu illərdən biri olub:

"2016-cı ildə baş verən hadisələrə nəzər salsaq görərik ki, bir sıra dövlətlərin tarixində 10 il ərzində görülən işlər Azərbaycanda bir ilin içərisində həyata keçirilib. Xüsusi olaraq ilk növbədə aprel döyüşlərini xatırlatmaq istəyirəm. Bu hadisələr bir daha Azərbaycan Prezidentinin, xalqının qətiyyətini, Milli Ordumuzun gücünü, xalqımızın birliyini, dövlət başçısının ətrafında birləşdiyini göstərdi. Ermənilər Dağlıq Qarabağ münaqişəsini uzatmaqla belə bir fikir ortaya atmışdılar ki, münaqişə uzandıqca, yeni nəsil yetişəcək və torpaqlar unudulacaq və beləliklə, ötən əsrin əvvəllərində olduğu kimi onlar növbəti dəfə də Azərbaycanın ərazisinin bir hissəsinə sahib çıxacaqlar. Ancaq aprel döyüşlərinin gedişi ermənilərin bu yalanını ifşa etdi və göstərdi ki, Azərbaycan xalqı ordusu ilə bir yerdədir. Bu hadisələr zamanı beynəlxalq təşkilatlar da ermənilərə dəstək vermədilər və bəyan etdilər ki, bu torpaqlar Azərbaycan ərazisidir və ölkəmiz öz ərazisində müharibə aparır. Bu da Azərbaycanın böyük bir uğuru idi".

S.Novruzov bildirib ki, Azərbaycanın ikinci böyük uğuru Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum, dövlət strukturunun təkmilləşdirilməsi oldu:

"Referendum çox uğurla həyata keçdi. Azərbaycan Prezidenti öz səlahiyyətlərindən istifadə edərək referendumla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi və xalq yekdilliklə dövlət başçısı tərəfindən irəli sürülən təkliflərə səs verdi. Çünki xalq öz Prezidentinə inanır və bilir ki, bu düzəlişlər Azərbaycanın inkişafına xidmət edəcək. Bundan əlavə, Azərbaycanda bir sıra mötəbər beynəlxalq tədbirlər, o cümlədən Formula 1 yarışı keçirilib ki, dünyada yarim milyarddan çox insan onu izləyib. Həmçinin, ölkəmizdə beynəlxalq forumlar keçirilib ki, dünyanın çoxsaylı tanınmış siyasətçiləri həmin tədbirlərdə iştirak ediblər. Bu il Azərbaycanda multikulturalizm ili olub və ölkəmiz dünyaya multikultural dəyərlərini nümayiş etdirdi. Azərbaycan bütün dünyaya göstərdi ki, bəşəriyyətin xilası multikultural dəyərlərdə, dinlərarası, mədəniyyətlərarası münasibətlərdədir".

Komitə sədri vurğulayıb ki, iqtisadi inkişaf, sahibkarlığa dəstək sahəsində də bu il mühüm addımlar atılıb:

"Milli Məclisdə iqtisadiyyatın inkişafı, həmçinin vergi sisteminin təkmilləşdirilməsi, sosial sahənin inkişafı ilə bağlı qanunlar qəbul olunub. Bütün bunlar sahibkarlığın inkişaf etməsinə şərait yaradacaq. Prezident tərəfindən vergi amnistiyası ilə bağlı Milli Məclisə müraciət edilməsi xüsusi qeyd edilməlidir. Özəl sektorun 600 milyon manatdan çox vergi borcları dövlət hesabına silinəcək ki, bu da dünyada heç bir dövlət tərəfindən atılmayan bir addımdır. Ümumi götürdükdə 2016-cı il Azərbaycan xalqı, dövləti üçün uğirlu illərdən biri olub".

S.Novruzov əlavə edib ki, 2016-cı il həmçinin xarici əlaqələrin inkişaf etdirilməsi baxımından da uğurlu olub:

"Hər ay ərzində bir neçə ölkənin prezidentləri, baş nazirləri, hökumət nümayəndələri Azərbaycana səfər ediblər, ölkəmizdə taleyüklü və dünya üçün vacib olan müxtəlif qərarlar qəbul olunub".

Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, 2016-cı il Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan uğurlu bir il olub:

"İlk növbədə, Azərbaycanın hərbi uğuru haqqında onu demək olar ki, aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş yarandı. Ermənilərin özləri haqqında yaratdığı mif sındı, orduları haqqında şişirdilmiş məlumatlar fiaskoya uğradı".

Ekspertin sözlərinə görə, təbii ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edən ən mühüm addımlardan biri oldu:

"Lakin ölkədə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə islahatlara və inkişafa təkan verildi".

A.Nağıyev bildirib ki, Azərbaycanın xarici siyasətindən danışarkən qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir sıra müsbət məqamlar oldu:

"Eyni zamanda, Azərbaycanda qlobal forumların və digər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənə şəklini aldı. Ölkəmiz mötəbər idman yarışlarına ev sahibliyi etdi. Formula 1 yarışmasının Bakıda keçirilməsi həm də ölkəmizin siyasi bir uğuru idi. Ümumilikdə, 2016-cı ildə Azərbaycanda baş verən proseslər, siyasi və iqtisadi islahatlar gələcəkdə daha böyük addımlar atmaq üçün bir təməl qoydu. Düşünürəm ki, dolların məzənnəsinin yüksəlməsi iqtisadi proseslərə müəyyən təsirlər göstərsə də, digər dövlətlərlə müqayisədə Azərbaycanda böyük bir təlatüm yaşanmadı. 2017-ci il isə ölkədə islahatların nəticə verəcəyi bir il kimi yadda qalacaq".

Milli Məclisin deputatı Bəxtiyar Əliyev də hesab edir ki, 2016-cı il Azərbaycan üçün uğurlu bir il olub. Millət vəkili Trend-ə bildirib ki, 2016-cı ildən danışarkən ilk növbədə aprel döyüşlərini xatırlatmaq yerinə düşərdi:

"Bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir".

B.Əliyev əlavə edib ki, baxmayaraq ki, bu il ərzində dünyada baş verən böhran ölkəmizə də müəyyən təsirini göstərdi, amma Azərbaycan bu proseslərdən çox az itkilərlə çıxdı:

"Bu böhranların Azərbaycana az təsir göstərməsi üçün cənab Prezident tərəfindən aparılan islahatlar, o cümlədən iqtisadiyyatın inkişafı ilə bağlı imzalanan strateji yol xəritəsi gələcəkdə də ölkəmizin güclü bir dövlət kimi inkişafının təminatı olacaq".

Deputat bildirib ki, 2016-cı il xarici əlaqələrin inkişafı baxımından da ölkəmiz üçün çox səmərəli bir il olub:

"Azərbaycan artıq çoxdan beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Çünki Azərbaycan özünü artıq dünyada bir güc mərkəzi kimi təsdiq edə bilib. Bu il ərzində cənab Prezident çoxlu sayda xarici səfərlər edib, mühüm beynəlxalq tədbirlərə qatılıb, vacib əhəmiyyət kəsb edən görüşlər keçirib. Eyni zamanda, müxtəlif böyük dövlətlərin başçılarının, baş nazirlərinin, hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların rəsmilərinin Azərbaycana çoxlu sayda səfərləri reallaşıb, ikitərəfli sazişlər, yeni layihələrlə bağlı müqavilələr imzalanıb, dünya üçün vacib qərarlar qəbul edilib. Bütün bunları nəzərə alaraq 2016-cı ili çox uğurlu bir il hesab etmək olar".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Trend-ə bildirib ki, 2016-cı il Azərbaycan üçün islahatlar ili kimi tarixdə qaldı:

"Hesab edirəm ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, ölkənin idarəetmə mexanizminin təkmilləşdirilməsi, əsas qanunda insan hüquq və azadlıqları ilə bağlı fikirlərin daha dəqiq yer alması 2016-cı ilin ən vacib hadisəsi hesab edilə bilər".

Deputatın sözlərinə görə, 2016-cı il eyni zamanda aprel hadisələri ilə yadda qaldı:

"Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində aprel ayının əvvəlində baş verən hərbi əməliyyatlarda Azərbaycan böyük uğurlar əldə etdi, strateji əhəmiyyətli yüksəklikləri azad etdi, Ermənistan silahlı qüvvələri üzərində həm hərbi, həm də mənəvi qələbə qazandı. Bunun özü Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın öz gücünə arxalandığını, bu istiqamətdə böyük işlər görmək əzmində olduğunu göstərdi".

A.Mirzəzadə hesab edir ki, həmçinin 2016-cı ildə iqtisadi sahədə də bir sıra islahatlar həyata keçirildi ki, bunun müsbət nəticələri artıq hiss edilməkdədir və növbəti illərdə də iqtisadi inkişafa dəstək olacaq:

"Bunlardan birincisi, maliyyə-bank sektorunda bir sıra ciddi dəyişikliklərin edilməsi, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasıdır. Bu islahatlar bank sektorunun günün tələblərinə cavab verən formada fəaliyyət göstərməsinə böyük zəmin yaratdı. Eyni zamanda, sahibkarlığın inkişafı üçün bir sıra ciddi addımların atılması, vergi borcu olan hüquqi və fiziki şəxslərin borclarının amnistiyası ilə bağlı Prezident tərəfindən Milli Məclisə müraciət edilməsi, pambıqçılığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən dəstək verilməsi, regionların inkişafına böyük sərmayələrin yatırılması vacib məsələlərdən hesab edilə bilər".

A.Mirzəzadənin fikrincə, ümumilikdə 2016-cı il Azərbaycan üçün bir mərhələdən digər mərhələyə uğurlu keçid kimi qiymətləndirilə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru