1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                 

"Ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır" - deputat
Tarix: 20-12-2016, 08:33 | Çap et
"Ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır"
Azərbaycanda iqtisadi gərginliyi yaradan hansısa sirli və gizli əllərin fəaliyyətdə olduğu, ölkə başçısının apardığı islahatları sabotaj etmək istəyinə düşənlərin mövcudluğu barədə mediada müxtəlif xəbərlər, siyasilərin, iqtisadçıların dilindən açıqlamalar yayılmaqdadır. Qeyd edilir ki, prezidentin imzaladığı anti-böhran tədbirləri barədə tapşırıqları, yol xəritələri, struktur islahatları bir çox məmurları qorxuya.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir. Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.

Bildirilir ki, bir sıra məmurlar qəsdən sosial vəziyyəti ağırlaşdırır və xalqla prezidenti üz-üzə qoymağa cəhd edir. Bu şəbəkənin məqsədi prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır. Çünki düşünürlər ki, prezidentin başlatdığı islahatlar nəhayət onların vəzifələrini itirməsi, imkanlardan məhrum olmasını şərtləndirə bilər. Ona görə də bu aqibəti yaşamamaqları üçün əllərində olan müxtəlif rıçaqlarından islahatlara mane olmağa, çalışrılar, sabotaj yolunu tuturlar. Ölkə başçısının islahatlar planına əngəl ola biləcək, sabotaj yolu ilə islahatların qarşısında dayan biləcək qüvvənin olub-olmadığı barədə sualımıza cavabında deputat Zahid Oruc bildirdi ki, kimlərsə sabotaj fikrinə düşə bilərlər, islahatların qarşısını ala biləcək güc ölkədə yoxdur.

Zahid Oruc qeyd etdi ki, idarəetmənin xarakteri, hakimiyyətdə təmsil olunanların tələblərindən biri müxtəlif mənafeləri hər hansı siyasi kursu müdafiə eləyərkən həm də bunun özünün gələcəkdə proseslərdə nə yarada biləcəyini hesablamaqdır: “Məsələyə bu prizmadan baxanda hər kəs qeyd edilən mənafe uğrunda savaşların nə dərəcədə dərin getdiyini görməkdədir. Bu, bütün dünyada belədir və başadüşüləndir. Bu, artıq son yüz ildə Avropada tez-tez dəyişən hakimiyyətlər fonunda fərqli vəziyyət yarada bilər. Amma postsovet məkanında hələ ki, belə deyil. Faktiki olaraq yalnız Azərbaycana xas olan məsələ deyil ki, iqtisadi sferada islahatlar, məsələn, lisenziyaların verilməsindəki sadələşdirmələri zamanı avtomatik olaraq insan amili ortadan qalxan kimi o saat həmin sferada müəyyən qüvvələr öz nəsiblərini alacaqdılar və bu da onlarda müəyyən narazılıqlarını bildirmiş olacaqdılar. Yaxud da tutaq ki, nəqliyyat sferasında islahatlardan sonra bir çox prosedurlar ASAN Xidmət tərəfindən həyata keçirilir. İslahatların xalq naminə aparılmasından danışanda deyirəm ki, ASAN Xidmət çoxları üçün görkdür.

2016-cı ildə cənab prezident islahatları böyük miqyasda aparılacağını elan etdi. Bəlkə də iki nazirliyin birinin dağıdılıb tamamilə ayrı struktura çevrilməsi, digərinin isə səlahiyyətindəki bəlli qara mexanizmlərin sındırılması istiqamətində getdiyindən mümkündür ki, müəyyən qüvvələr növbənin onlara da çatacağını gözləyirlər və ya ehtimal edirlər. Ona görə də öz mənafelərini qorumaq yollarını düşünə bilərlər".

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, əgər nazirlikdə hər hansı konkret vəzifəli şəxslər eyni zamanda biznes fəaliyyəti aparacaqlarsa, burada maraq toqquşması avtomatikdir: “Bunu da biz kəşf eləməmişik, dünyada keçilmiş yoldur. Belə olan təqdirdə yaxşı olar ki, həmin şəxslər vəzifələrindən gedirlər və biznes fəaliyyətləri ilə məşğul olurlar. Ölkə başçısının iradəsinə gəldikdə, heç şübhəsiz ki, burada ən önəmli məsələ odur ki, prezidentin ən böyük komandası xalqdır. Prezident burjuaziyanın müəyyən qədər ölkə mənafeləri üçün çalışmalarını təmin edə bilir, eyni zamanda sadə xalqı da öz ətrafında cəmləşdirir. Nə hökumət strukturları, nə də parlament bu etimadı daşımır. Bunu hər kəs bilməlidir. Belə olan təqdirdə islahatların qarşısında dayana biləcək hər hansı bir qüvvə ya şəxs yoxdur. Müəyyən bir müqavimət, sabotaj elementləri müxtəlif qiymət siyasətində və nələrdəsə özünü göstərə bilər. Ancaq bu, islahatların qarşısını almaq gücündə ola bilməz. Dövlət başçısı addım-addım sadəcə cəzalandırma ilə, həbsə atmaqla deyil, bəzən islah etməklə, müsbət nümunələrlə və ya bir nazirliyin səlahiyyətlərini başqa bir quruma verməklə, yaxud da o səlahiyyətləri ümumiyyətlə ləğv eləməklə islahatları həyata keçirməkdə, bu proseslərə doğru getməkdədir.

Neftin qiymətinin aşağı düşməsi yaxşı siyasi komandaların da qiymətini müəyyən mənada realist olaraq ortalığa çıxarır və ölkə başçısı güclü komandaya dayanan siyasi xəttə ölkəni irəliyə aparmaq qərarındadır. 2016-cı islahatların böyük hissəsi gedib və 2017-ci ildə də gözləntilərimiz ondan ibarətdir ki, bu proses daha da uğurla davam edəcək. Bu proses kadr islahatlarını da, siyasi islahatları da, struktur islahatlarını da əhatə edəcək".
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru