"Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                     Cəlilabadda iki məktəbin bir direktoru var?! .....                     Ermənilər YENİ SAVAŞ tədarükündə... .....                     Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı .....                     Azərbaycanda dörd universitetə akkreditasiya verilib .....                     Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi .....                     Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi .....                     Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... .....                     Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? .....                     AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                     Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? .....                 

“Dünyanın harasında nazirliklər belə inşaat yarışına çıxırlar?” - deputat
Tarix: 14-12-2016, 08:26 | Çap et
“Dünyanın harasında nazirliklər belə inşaat yarışına çıxırlar?”
Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri gözlənilmədən çox gərgin atmosferdə keçdi, sərt tənqidi çıxışlarla müşayiət olundu. Müzakirələrin yekununda parlament ənənəvi qaydada təkliflərə baxmaq üçün hökumətə bir həftə vaxt verdi. İndi çoxlarını düşündürən bir məsələ var: hökumət deputatların tənqidi çıxışlarını və çıxış yolları ilə bağlı təklifləri nəzərə alacaqmı? Deputat Zahid Orucla söhbətimizdə əvvəlcə bu barədə soruşduq:

- Zahid bəy, necə bilirsiniz, 2017-ci ilin büdcə zərfində ciddi dəyişikliklər ediləcəkmi?

- Hökumət 16 dekabradək büdcə zərfində maliyyə tutumu bir neçə on milyon manatlıq həcmdə dəyişikliklər edə bilər. Halbuki ötən illərdə cəmiyyətdən və aktiv millət vəkillərindən gələn çağırışları nəzərə alsaydılar, hazırda fərqli iqtisadi reallığın müzakirəsinə toplaşardıq. Ən əsası, bizimlə eyni resurslara malik olan ölkələrdəki təcrübəni nəzərə almaq olardı. Baxın, Rusiya və Qazaxıstanda neftdən asılılıq sovetlər dağılandan sonra artan xətt üzrə gedib və son illər də azalmayıb.

Lakin rublun və təngənin məzənnəsindəki eniş əhalinin kütləvi yoxsullaşmasına, valyutanın külli miqdarda ölkəni tərk etməsinə və cərimələr, yaxud tarif siyasətinə mühüm büdcə resursu kimi yanaşılmasına səbəb olmadı. Bilirsizmi niyə?

Çünki şimal qonşumuzda hökumət təmsilçiləri Valday konfransından Peterburq forumuna qədər geniş bir müstəvidə dünya dövlətləri, əsas iqtisadi partnyorlarla və ən əsası, əhali ilə fəal iş apardılar. İnformasiyasızlıq cəmiyyətdə tüğyan eləmədi, iş adamları daim məmurlardan gələcək haqqında mesajlar aldılar.

Təsəvvür edin, antidemokratiklikdə günahlandırılan və sanksiya rejimi altında Avropa iqtisadiyyatından böyük zərbələr alan bir ölkənin yüksək siyasi mənsubları açıq-aşkar mövqeləri ilə hakimiyyətə opponentlik edənləri belə geridə qoydular. Prezident köməkçisi Qlazyevin, yaxud Putinin strateji iqtisadi kursuna başçılıq edən və Medvedyevlə ixtilafa görə nazir vəzifəsindən gedən Kudrinin, “Əmanətbank”ın rəhbəri və liberal xəttin görkəmli nümayəndəsi German Qrefin, yaxud rublun qlobal valyuta müharibəsində salamatlığını qeyri-ordinar tədbirlərlə təmin edən Mərkəzi Bankın rəhbəri Nabiullinanın timsalında yüksək antiböhran komandasının şahidi oldunuz. Deməli, neft hökumətindən yeni eraya keçid həm də məmurların imtahanı idi və açıq desək, bizim bir çox strukturlar hələ də köhnə dövrün havasında qalıblar. Ona görə büdcənin maliyyə tutumu deyil, onun yaradacağı yeni siyasi reallıq və fərqli iş keyfiyyəti bizdən ötrü daha önəmli olmalıdır.

- Maraqlıdır, əgər kosmetik dəyişikliklər xaric, hansısa mühüm təklifləriniz nəzərə alınmasa, yenə də büdcə haqqında qanuna səs verəcəksinizmi?

- Parlamentin yekun səsi hakimiyyətdə vahid liderin roluna görədir. Yəni hazırkı siyasi landşaftda istənilən qərarın birinci şəxsin iradəsi altında verilməsi daha böyük əminlik yaradır ki, ölkə rəhbəri yeni reallığa keçid kursunu heç bir halda dayandırası deyil. Söhbət qənaət rejimi və ya büdcənin ayrı-ayrı xərclərində aparılan qayçılamalardan getmir. Əslində son bir ildə İlham Əliyevin fəaliyyətinin köklü hissəsi beynəlxalq siyasi gündəlikdən daha çox əvvəlki illərdə ölkədə mövcud olan iqtisadi münasibətlərə, biznes mühitinə dair inqilabi dəyişikliklərə yönəlib. Yəqin deyəcəksiniz ki, söhbət dağıdılıb yenidən qurulan nazirliklərdənmi gedir, yoxsa ixrac-idxal əməliyyatlarındakı ənənəvi inhisarçılığın aradan qaldırılmasındanmı? Xeyr, təkcə bunlardan danışmırıq. Prezident İlham Əliyev bütün komandasını yeni çağırışların kontekstində qiymətləndirməyə keçid edib. İndi asan pullara qərar verən, təşəbbüskarlıqdan kənar olan və menecmentdən uzaq şəxslər, yaxud strukturlar dövlətin boğazında yükə çevrildikcə, onlar cəza fərmanlarını özləri imzalamış olacaqlar. Təsəvvür edin ki, bir dövlət qurumu yüz milyonlarla manat həcmdə büdcəyə borclu olur və onu vəzifəsində saxlamaqda davam edirsən. İndi çoxu publik hüquqi şəxslərə çevrilən həmin qurumlar yüksək iqtisadi rəqabətdə maliyyə mənbələrini tapmaqda aciz qaldıqca, kim gedib onları dövlət başçısının qəzəbindən xilas edəcək?

- Kim?

- Heç kim. Amma indiyədək qarşılıqlı borclar şəraitində yüz milyonlarla manat vəsait həmin təşkilatların çevrəsində ödənilmədən növbəti illərə daşınırdı. Xatırlayırsızsa, 2009-cu ildə həmin məbləğ 7 milyard manatı keçmişdi və rəqəmlər mötəbər beynəlxalq “Fitch ratings” təşkilatının hesabatları ilə təsdiqlənirdi. “Azərenerji”nin 2 il qabağa qədər vergi borcu 700 milyon manata bərabər idi, “Azərsu”, AZAL və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, digər qurumlar da il-ildən ödəmələri azaltdıqca onlara yönələn subsidiyalar artırdı. Kim onları belə vəziyyətdə saxlayacaq?

- Maraqlı sualdır, amma təbii ki, cavabını səlahiyyət sahibləri verməlidir. Yeri gəlmişkən, həm komitə iclasında, həm də plenar iclasda bir sıra mühüm məsələlərdən bəhs etdiniz, tənqidi fikirlər səsləndirdiniz. İclaslardan sonra hansısa nazir, ya komitə sədri yaxınlaşıb irad bildirdimi?

- Qətiyyən! Əksinə, xeyli müsbət və dəyərverici yanaşmaların şahidi olduq. Artıq siyasi populizmlə kiminsə rəğbətini qazana bilməzsən. Romantizm və kazarma patriotizmi dövrü çoxdan keçib. Əgər tənqid edirsənsə, real yollar göstərməlisən ki, hökumət nəyi səhv edir. Axı bayaq vahid komanda olmaqdan bəhs etdik. Məgər bir artezian quyusunu 7 aya rəsmiləşdirmək elektron xidmətlər əsrinin tələblərinə uyğun gəlir?

Yoxsa bir bölgədə on milyon manat verib mədəniyyət sarayı tikməyi də gəlib kimsə optimal formaya salıb yenidən tikməlidir? Bəlkə iki fərqli bölgədə eyni sayda şagird yerinə malik məktəblərin smetasındakı kəskin uyğunsuzluğu öymək gərəkdir? Məgər mərmər materialını tikintiyə gətirməyi parlamentdə göylərə qaldırmaq lazımdır ki, “halal olsun onlara, belə tikinti standartı müəyyənləşdiriblər”. Ümumiyyətlə, dünyanın harasında nazirliklər belə inşaat yarışına çıxırlar? Onlar əsas dövlət siyasətini həyata keçirənlərdir, qalan infrastruktur quruculuğu kənar təşkilatların sərəncamında olmalıdır.

Bizdə isə əksinədir. Təsəvvür edirsiniz, Avropa Birliyinin əsas lokomotivi olan Almaniyada Bundestaqın binası 8 silindrli dinamik maşın-mexanizm arxitekturasında qurulub və heç bir dəbdəbəyə malik deyil. Əvəzində onun iri pəncərələrindən vətəndaş gəlib parlament üzvlərinin çıxışlarını həm vizual və həm də real izləyə bilir. Məgər almanlar bahalı və israfçı layihələr icra edə bilməzlər?

Prezident xalqın mənafeyinə dayanaraq hər bir təşəbbüsə müsbət yanaşır və yetərli maliyyə vəsaitləri ayıraraq mütərəqqi layihələrə dəstək verir, lakin hər bir məmurun əvəzindən kim işləməlidir? Bizim qaldırdığımız məsələlər dövlət başçımızın qüdrətli bir lider kimi təminatlı və sosial rifahlı vətəndaşa malik olmağa xidmət edən çağırışlardır və heç kəsin qərəzi, yaxud şəxsi hesab çəkmələri burada rol oynaya bilməz.

- Zahid bəy, Tarif Şurasının qərarına parlamentdə və cəmiyyətdə təpkilər olsa da, nazirlər bu qərarı əsaslandırmağa çalışdılar. Belə çıxmırmı ki, nə ictimai rəyin, nə də ali qanunverici orqanın rəyi hökumət nümayəndələri üçün əhəmiyyət kəsb etmir? Belə olan halda hökumətə etimadsızlıq üçün əsas yaranmırmı?

- Tarif Şurasının gələcəkdə səlahiyyəti o qədər azalacaq ki, siz onu belə ranqda və çəkidə təqdim etməyə ehtiyac görməyəcəksiz. “Strateji yol xəritəsi” adlı mühüm dövlət proqramı ilə tanışlıq bizim əminliyimizi möhkəmləndirir. Ona görə də söhbət hökumətin xalq rəyinə biganəliyindən getmir, ictimai təzyiqdən daha çox prezident komandasına yetərincə kəskin tapşırıq və göstərişlərini verir. Qarşıya qoyulan hədəf əslində böyükdür. Əgər 500 min iş yeri açmaq, dövlət kapitalizmindən total özəl mülkiyyətə keçmək və bütün sferalarda xalqa asan xidmət etmək kimi yüksək ideallardan danışırıqsa, onda tariflərin qaldırılması ilə həmin sahələrdə xidməti on illərlə subsidiyalardan asılı saxlamaq mümkün olmayacaq.

Tutaq ki, kimsə yüksək qiymətlərə getməyi əsaslandırıb, onda vətəndaş keyfiyyətli və öhdəlikli xidmətdə daha tələbkar olacaq. Nəticədə instusional və struktur dəyişikliyinə getməyin alternativi yoxdur. Qeyd etdiyimiz sənəddə enerji sektorunda aparılacaq islahatlar on illərlə dediyimiz çağırışlarla çox ahəngdar səsləşir. Hərdən adam düşünür ki, neft qiymətlərinin kəskin düşməsi şişmiş aparatlardan, əhalinin 100 min nəfərinə düşən məmur ordusundan və xammal iqtisadiyyatından qurtarmağa kömək etdiyinə görə hətta xeyrimizədir. Əks halda, nə qədər ki, iqtisadiyyatda ikili model hökm sürəcək, rəqabət olmayacaq, hər bir struktur yalnız büdcə ayırmaları uğrunda vuruşmağa üstünlük verəcəklər.

- Necə hesab edirsiniz, bu qədər büdcə vəsaitlərinin xərclənməsinə rəğmən ölkə yenə də neftin qiymətlərindən asılı vəziyyətə düşübsə, “biz belə olacağını gözləmirdik” deyən məmurların, cavabdeh şəxslərin öz postunda işlərinə davam etməsi məntiqlidirmi?

-Əslində neft amilini inkar etməyə lüzum yoxdur. İstənilən peşəkar komanda karbohidrogen resursundan hətta siyasi təhlükəsizlik aləti kimi heç vaxt imtina etməyəcək. İstəmirəm deyəm ki,100 illərə çatacaq yanacaq ehtiyatımız var. Hər halda, Bakı 160 ildir milyonlarla daxili və xarici iş adamını buraya yalnız bir sərvətə görə cəlb edib. Yaşadığımız əsrdə də belə olacaq. Söhbət neftin çəkisini büdcədə tamam yox etməkdən deyil, azaltmaqdan gedir. 4000 kvadrat kilometrlik ərazidə bütün infrastrukturu qurulmuş paytaxtı yeni innovativ proqramlara, texnologiyaya və peşəkar idarəetməyə sahib edə bilməzsən. Azərbaycan “Boing” təyyarələri, “Mercedes” maşınları, yaxud planşetlər istehsal edəsi deyil. Yeganə yol əhalinin proporsional inkişafı üçün gəlirlərin ədalətli bölgüsünü təmin etmək, əmək ehtiyatlarını ölkənin ərazisi üzrə mütənasib paylaşdırmağı bacarmaqdır.

Təsəvvür edin ki, neft sektorunda çalışan 1 faiz əmək qabiliyyətli insan ÜDM-in yarısını, büdcənin isə 90 faizini yaradır. Kənd təsərrüfatı büdcə gəlirlərində 2.3 faizlik çəkiyə malikdir. Amma xammal ixracından qurtulmağın yolu bir neçə sahədə sənaye infrastrukturu formalaşdırmaqdır. Sumqayıtda, Ələtdə və Mingəçevirdə yaradılan böyük klasterlər, texnoparklar əslində Çinin dünyaya yayılan modelini sanki ələ keçirməkdir. Prezident bütün dövlət qurumlarına xaricdən mal və məhsul almağı qadağan edib. İndi milyardlarla dolları idxala yönəltməyə çalışanların üzünü daxilə çevirməsi qaçılmazdır.

- Doğrusu, hətta müxalifətin susub kənardan prosesləri müşahidə etdiyi bir situasiyada parlamentin bir çox deputatlarının sərt şəkildə cavabdeh şəxsləri tənqid etməsi gözlənilməz oldu. Bununla bağlı bir sıra ehtimallar və iddialar var. Əslində səbəb nədir? Deputatları mövcud duruma açıq, həm də sərt etiraz bildirməyə vadar edən amillər hansılardır?

- Elşad bəy, siz Milli Məclisdə mühiti və aparıcı siyasi tezisləri cəmiyyətə daşıyan şəxs kimi bilirsiniz ki, tənqidi deyil, daha çox obyektivliyi ilə millətə və dövlətə xidmət etməyə çalışan bir nüvə, bir mərkəz parlamentdə həmişə olub. Sadəcə, qanunverici orqanın cəmiyyətlə kommunikasiyası xeyli pis vəziyyətdədir və adi dəniz dalğası fırtına kimi qəbul olunur. Əgər müzakirələr bir həftə sonra xronikaya çevrilib efirə gedirsə, onda nədən danışırıq? Zamanla bunlar dəyişəcək, amma çox mütərəqqi hadisədir ki, cəmiyyətdən gələn siqnallar məclisə daşınmaqla hakimiyyətə imkan verir ki, bütün axınları və cərəyanları nəzarətdə saxlasın və sosial toqquşmalara yönələn kritik kütlə olmasın. İctimai proseslərin məntiqi elə qurulub ki, hər zaman böyük tərəfdarlarınla bərabər, əleyhdarlarını da rəsmi ssenari üzrə idarə etmək üçün protest ruhunu əldə saxlamalısan. Qədim Romada da belə olub, müasir Amerikada da belədir, İranda da..

- Bir çox müşahidəçilərin qənaətinə görə, hökumətin sürəti prezident sərəncamlarını icra etməyə yetərli deyil, məmurlar sanki yorulub, usanıb. Necə bilirsiniz, bəlkə yeni, dinamik hökumət formalaşdırılması mövcud situasiyada ən doğru yol olardı. Kadr bankı doğrudanmı belə kasaddır?

(davamı növbəti sayımızda)
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru