Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                 

Əli Kərimli Azərbaycanı necə xilas edir... - "Vay bəə... adamın hər şeyi virtualdı zatən..."
Tarix: 9-12-2016, 11:26 | Çap et
Əli Kərimli Azərbaycanı necə xilas edir...
2005-ci ildən sonra hakimiyyət xeyli arxayınlaşmışdı. 11 il öncə bu günlər iqtidar parlament seçkilərini səs-küylə, qalmaqalla da olsa birtəhər yola verə bildi. Onu yıxmaq üçün siyasi müxalifətlə və Vaşinqtondan gələn “demokratiya desantları” ilə gizli ittifaq quran nazirləri türməyə doldurub hər kəsin gözünün odunu almağı bacarmışdı.


Müxalifətin ayağını meydanlardan kəsib, xeyli zəiflətsə də, narahatlığı qalırdı. Amma hökumət ümidliydi: 2006-cı ilin yayından BTC neft boru xətti istismara veriləcəkdi və ölkəyə neft pulları - milyardlar axacaqdı. Müasir dövrdə siyasətin pulla yönləndirilməsi, iqtidarların təkcə polis və orduyla yox, həm də pulla qorunduğu bir reallıqdı.

2008-ci ildə dünyanı silkələyən iqtisadi böhrandan Azərbaycan demək olar ziyansız ötüşdü. Böhran ölkəni, onun iqtisadiyyatını vurmadı. Əksinə, rəsmi təbliğat “dünya iqtisadi böhranı Azərbaycana heç bir təsir etmədi” tezisi üzərində qurulmuşdu həmin vaxt.

2007-ci ilin yanvar bahalaşmasını da hakimiyyət rahat və tez adlatdı. Çünki o dövrlər Azərbaycan büdcəsinə neft satışından hər gün yüz milyonlar daxil olurdu. Ölkə və onun iqtidarı sürətlə varlanırdı. Neft bumu başqa sahələri də canlandırmışdı - tikinti sektoru həmin dövrlər özünün pik nöqtəsinə çatırdı. Bakı yenidən tikilməyə başlayırdı. Azərbaycan neft milyardlarını qəbul etdikcə, onun vətəndaşları da varlanırdı. Ölkə böyük tikinti meydançasına bənzəyirdi. Yüz minlərlə insan təkcə tikinti sektorundan para qazanırdı. Hələ başqa sahələr də vardı ki, xeyli vətəndaş ordan qidalanırdı.

2015-ci ildən başlayaraq böhran açıq hiss edilməyə başladı. Dalbadal baş verən devalvasiyalar, bahalaşan qiymətlər, hər gün artan xərclər, milli valyutanın dəyərsizləşməsi fonunda qazın, elektrikin qiymətinin bahalaşması da bir yandan cəmiyyəti şok etdi.

Noyabrın 28-dən etibarən ölkədə hər kəs növbəti çaşqınlıq yaşayır. İş o yerə çatıb ki, hətta iqtidar deputatları, ştatlı diferambçılar da duruma açıq etiraz bildirirlər. Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra parlament üzvlərinin müxalif tonda çıxışları yerli medianın manşetlərini bəzəyir. Hakimiyyətin xeyir-duasıyla mandat alan, əksərinin böyük biznesdə payı olan MM üzvləri indi siyasi müxalifətin boşluğunu müəyyən qədər doldurur.
Müxalifət isə hakimiyyətin indiki vəziyyətindən sanki yararlanmaq istəmir. Deyilə bilər ki, yararlanıb nə edəsidi?! Haqlı arqumentdi. Lakin bizim də həmişə təkrarladığımız arqument var: müxalifətin işi, missiyası hakimiyyətə qarşı olmaqdı, iqtidarı xalqa qarşı daha böyük yanlışlardan çəkindirməkdi, hökuməti müəyyən qədər öz iradəsinə tabe etdirməkdi. Fəqət bu bir gerçək ki, bizim ölkənin müxalifəti hakimiyyət üçün heç bir təhlükə törətmir, problem yaratmır. İllərlə aparılan yanlış siyasət, yanlış taktikalar öz nəticəsini verib. Azərbaycan müxalifəti hazırda iqtidarın düşdüyü iqtisadi böhrandan daha dərin olan siyasi böhran yaşayır.

Əslində bizim müxalifət uzun illər öncədən parçalanmağa, bölünməyə, bir-biriylə didişməyə meyllidi. Fundamenti necə qoyulubsa, o cür də gedir, heç dəyişməyib. Ona görə də bu siyasi qüvvə 23 ildən çoxdur, mövcud iqtidarı bələdiyyə seçkilərində belə uda, məğlub edə bilmir. Mənəm-mənəmlik, liderlik xəstəliyi, özünü təcrid düşərgənin sonunu gətirib. Müxalifətə liderlik edən şəxslərin gərəksiz iddiaları, bir-birinə düşmən münasibəti düşərgənin hakimiyyətə qarşı təşkilatlanmasına imkan vermir.

Hökumətin son 10 ildə bu günkü qədər zəif olduğu dövrü kim xatırlayır? Devalvasiyalar və bahalaşma onun ictimai rəydəki mövqelərini zəiflədib. Hətta hakim partiyanın deputatları, jurnalistləri belə son qiymət artımından açıq şəkildə narazılıq edirlər. Hələ danışmayan, fəqət durumdan, proseslərin gedişatından narazı olan xeyli yüksək rütbəli məmur var. Onların bizneslərinə çox ciddi zərbə dəyib son bahalaşmadan. Başqa səbəblər də var...

Normalda belə bir vaxtda siyasi müxalifət fəallaşmalı, etiraz aksiyaları keçirməli, tərəfdarlarının sayını çoxaltmalıdır. Ən azı, buna cəhdlər etməlidir.

“Rejimlə mübarizə aparırıq” deyib, zəhlə tökənlərin hətta facebookda narazı status yazdığını belə görmürük. 23 ildir ana müxalifət olmaq üstündə bir-birini qıran Müsavat və AXCP rəhbərliyini ətalət elə basıb ki, hətta qapalı məkanlarda belə tədbir keçirmirlər.

Bu, iflasın bir rəsmidir. Azərbaycan müxalifəti siyasi cəhətdən tam bankrot olub. Hakimiyyət dünyadakı qlobal böhrana ağ bayraq qaldırıb, onu Azərbaycana buraxmağa məcbur qaldığı, iqtisadiyyat tənəzzülə getdiyi bir zamanda, onun siyasi opponentləri də “oppalara” gediblər. Bu biabırçılığı hətta AXCP sədri Əli Kərimlinin, Milli Şura sədri Cəmil Həsənlinin sosial şəbəkədəki “fəallığı” da pərdələmək gücündə deyil.

Əli Kərimlidən söz düşmüşkən... İki-üç gün öncə onun facebookda bir statusunu oxudum. Azərbaycanın xilas düsturunu tapıb öz aləmində. Bir cocuq qarşokundan muncuq tapıbmış kimi sevincək olub müəllim... Xalqa müraciət edib. Deyib ki, hakimiyyətin yaratdığı böhranlı vəziyyətdən çıxmaq, ölkəni fəlakətdən qurtarmaq üçün siyasi fəallığı artırmaq və... AXCP-yə elliklə üzv olmaq lazımdı...

Gülüncdü. Hətta öz üzvlərini belə inventarlaşdırıb, ortaya siyasi fəaliyyət qoya bilməyən, ətrafındakı ən yaxın adamları da dağılan partiya sədri görün nəyə ümid bəsləyir..." Mən oturum evdə, xalq gəlsin mənə qoşulsun, təşkilatıma yazılsın..."

Sən özün, mənsub olduğun düşərgə aktiv deyilsə, passivlik yaşayırsa, fəlakətin rəsmən özüdürsə, xalq necə siyasi baxımdan fəallaşsın?! Kimə, hansı gücə arxayın olub, güvənib meydana çıxsın?!

AXCP-yə üzv olmaq istəyən vətəndaş hara getsin, Kərimlinin facebookda paylaşdığı elektron blankı doldurub hansı ünvana təqdim etsin? Virtual üzvlükmü? Vay bəə. Adamın hər şeyi virtualdı zatən.

Fikrimcə, bu müraciətdə məqsəd tamam başqadı əslində. İndiki böhranlı vəziyyətdə mühacirətə getmək istəyənlərin sayında artımın olması təbiidir. Azərbaycanlılar, xüsusilə də qeyri-siyasi təbəqənin xeyli nümayəndəsi xoşbəxtliyi, rahat həyatı Avropaya, qismən də ABŞ-a mühacirətə getməkdə görür. Belə bir şəraitdə qərargahı olmayan bir partiyadan bilet almaq xeyli çətindi təbii ki. Canlı, birbaşa əlaqə qurmaq xeyli zaman və enerji alır. Üstəlik, qərargahı olan Müsavat Partiyası bu məsələdə Əli Kərimliyə ciddi rəqibdi. Ona görə də Kərimli “dühası” buna da çarə tapıb. Elektron fəaliyyətə keçib, bazarda ciddi paya sahib olmaq istəyir.
Beləliklə, AXCP sədri Əli Kərimli rəhbəri olduğu partiyanın üzvlük biletini mühacirət etmək istəyən vətəndaşımıza satıb, Azərbaycan xilas edəcək.

Bu qədər yəni...

Azər AYXAN \\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru