Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                 

YAP-çılar referendumdan sonra inqilabi dəyişikliklər vəd edir
Tarix: 30-08-2016, 09:12 | Çap et
YAP-çılar referendumdan sonra inqilabi dəyişikliklər vəd edir
Azərbaycanda keçiriləcək referenduma bir aydan az vaxt qalır. Sentyabrın 26-sı yaxınlaşdıqca referendum ətrafında müzakirələr qızışır. Müxalifət düşərgəsi gedən prosesləri ölkənin gələcəyi üçün təhlükə hesab etsələr də, iqtidar təmsilçiləri bunun əksini düşünür və gələn ayın 26-dan sonra Azərbaycanda bütün sahələrdə inqilabi dəyişikliklərin olacağının anonsunu verirlər.

Aznews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, sentyabrın 26-da konstitusiyada edilən dəyişikliklər Azərbaycan tarixində yeni bir səhifə açacaq: “İqtisadi sahədə inqilabi dəyişikliklər ediləcək. İndiki konstitusiya ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Ancaq təəssüflər olsun ki, bu toxunulmazlıq bəzən sui-istifadəyə gətirib çıxarır. Məsələn, özəlləşmə dövründə bir sıra şəxslər qanun əsasında böyük torpaq sahələrinə malik oldular. Hazırda isə həmin torpaq sahələrindən istifadə olunmur. Azərbaycanın əkinə yararlı torpaq sahəsi azdır, bir hissəsi isə sadəcə olaraq, şəxsi mülkiyyətdə olduğuna görə istifadə edilmir, onları yenidən dövriyyəyə çıxarmaqsa qeyri-mümkündür. Konstitusiyaya edilən dəyişikliklər isə bu problemin həllinə kömək edəcək. Belə ki, torpaq istifadə edilmədikdə məhkəmə yolu ilə hüquqi şəxsdən bazar qiymətinə ödəniş edilməklə alınıb və yenidən təsərrüfat dövriyyəsinə buraxılması mümkün olacaq. Dəyişikliklər problemlərin çevik həll olunmasına, yeniliklərin cəsarətlə həyatımıza daxil olmasına, iqtisadiyyatın güclənməsinə, ən əsası isə vətəndaşın hüquqlarının möhkəmlənməsinə, digər tərəfdən sosial vəziyyətin yaxşılaşmasına kömək edəcək”.

Parlament üzvü Zahid Oruc isə “Yeni Müsavat”a verdiyi son müsahibəsində referendumdan sonra hökumətin fəaliyyətində "ASAN xidmət" modelinin tətbiqinin mümkünlüyündən söz açıb: “Referendumdan sonra hökumətin fəaliyyətində ”ASAN xidmət" modelinin sürətlənməsi daha çox qabardıla bilər ki, bu, hamının xeyrinədir. Dövlət başçısına komandasını yeniləşdirməyə heç kəs mane ola bilmir. Çünki cənab prezidentin iradəsi qarşısında özünü vaxtilə toxunulmaz kastanın üzvü sayanlar da duruş gətirə bilməyiblər. Referendum idarəçilikdəki təkmilləşməni həyata keçirmək, prezidentin xalqa uzanan əllərinə olan maneçilikləri ortadan qaldırmaq və insanların dövlətdən, hökumətdən gözləntilərini tam reallaşdırmaq üçündür".

Göründüyü kimi, iqtidar təmsilçiləri referendumdan danışarkən birmənalı şəkildə inqilabi dəyişikliklərin olacağını deyirlər.

Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn deyilənlərin əksini düşünür. O hesab edir ki, azad siyasi rəqabət mühiti referendumdan sonra ciddi şəkildə geriləyəcək: “Azərbaycan, hər halda, çağdaş dövrdə tutduğu yoldan əksinə doğru hərəkət etməyə başlayacaq. Konkret bu istiqamətdə indidən danışmaq tez olsa da, amma əlamətləri görünür. İnqilabi müsbət dəyişiklikləri kənara qoyuram, hər hansı bir cüzi müsbət dəyişikliyi belə görmürəm”.

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov inqilabi dəyişiklər barədə fikir səsləndirməyin əleyhinədir: “Prezident Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi barədə Referendum Aktı imzalayıb. Yəni islahatlar aparmaq üçün bunun qanuni bazası yaradılır. Əsas qanunumuzda müəyyən dəyişiklər aparılır. Söhbət islahatlardan gedir, burada inqilabi dəyişikliklər sözlərini işlətməyi yerinə düşmüş hesab etmirəm. İndiyə qədər cənab prezident müxtəlif islahatlar keçirib. Bu islahatların hamısı da zərurətdən doğub. Prezidentimizin bir fikri var ki, siyasi islahatlar iqtisadi cəhətdən təmin olunduqda uğur gətirir. Siyasi həyatda inkişaf varsa, iqtisadi cəhətdən dövlət daxilindən dəstək olmalıdır. İqtisadi cəhətdən isə qarşıya müəyyən problemlər çıxırsa, burada da siyasi dəstək önəmlidir. Bütün hallarda bu məsələlər qanuni yolla həll olunmalıdır. Azərbaycanın inkişafı dövlət başçısının daim nəzarətindədir. Məhz indi də onun təşəbbüsü ilə referendum yolu ilə konstitusiyaya dəyişikliklər həyata keçirilir. Burada nə inqilab görürəm, nə də prosesləri inqilabi dəyişiklərə gedən yol kimi görürəm. Artıq üçüncü dəfədir ki, biz konstitusiyada dəyişikliklər etmək istəyirik. Bunu xalqın müzakirəsinə veririk. Xalqın dəstəyi ilə bu proses baş tutacaq. Əgər prezidentimiz bunların baş tutmasını lazım bilirsə, zərurət olduğunu hesab edirsə, o zaman xalqın buna dəstək verəcəyinə inanıram. Bunların Azərbaycanın inkişafı üçün yeni bir təkan olacağını düşünürəm. Söhbət inqilabi inkişafdan getmir, çünki biz daim inkişaf edirik, referendumu inqilabi dəyişiklik yox, zərurəti dəyişiklik kimi qiymətləndirirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru