GENERAL LƏNKƏRAN ƏLİYEV MƏĞLUB OLDU
Tarix: 27-04-2012, 15:13 |
Çap et
MƏHKƏMƏ ONUN ƏLEYHİNƏ QƏRAR ÇIXARIB
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin general-mayor Lənkəran Əliyevə və onun övladlarına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, nazirliyin iddiası təmin olunub. Birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilib.
Qeyd edək ki, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.