AZAD RƏHİMOVA DÜNYA BAŞQA GÖZLƏ BAXIR
Tarix: 18-04-2012, 13:34 |
Çap et
NAZİR ÖZÜNÜ GÜLÜNC VƏZİYYƏTƏ SALIB
Bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimovun Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyi ilə bağlı Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının (ACNO) Baş Assambleyası zamanı keçirilən tədbirdə ki, çıxışı nazirə baş ağrısına çevrilib.
Bu barədə daxil olan məlumatlarda bildirilir ki, Azad Rəhimov çixışında səhvə yol verib. Nazir çıxışı zamanı qeyd edib ki, bir vaxtlar Bakının olimpiadiyaya namizədliyi ciddi qəbul olunmayıb. İdman nazirinin sonrakı səhvi gülünc doğurub. Azad Rəhimovun “artıq dünya ona başqa gözlə baxır” ifadəsi tədbir iştirakçılarının gülüşünə səbəb olub. Lakin nazir “artıq dünya bizə başqa gözlə baxır” deməklə səhvini düzəltməyə çalışıb. Ancaq Azad Rəhimovun bu səhvi hakimiyyət düşərgəsində müzakirəyə səbəb olub. Nazirə danışıqlarına ciddi fikir verməyi tövsiyyə olunub.
Bundan əlavə, daxil olan məlumatlarda qeyd edilir ki, gənclər və idman nazirinin postundan kənərlaşdırılması istiqamətində bir sıra tədbirlər görülür. Sadəcə Bakıda keçiriləcək “Evrovision” mahnı müsabiqəsi bu prosesi əngəlləyir. / “AzeriNews” /