DAHA BİR PARTİYA MİTİNQ QƏRARI VERDİ
Tarix: 17-04-2012, 12:43 |
Çap et
AMMA BU AKSİYA YAYA NƏZƏRDƏ TUTULUB
DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.
DİA.AZ-a verilən məlumatda deyilir ki, toplantıda qərarların icrası haqda məsələ müzakirə edilmiş və müvafiq sənəd qəbul edilib. KXCP İdarə Heyəti 2012-ci il iyun ayının 24-də TÜRKLÜK Günü münasibətilə Bakı şəhərində mitinq keçirmək haqqında qərar qəbul edib.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin qanunsuz həbsi ilə bağlı məsələni müzakirə edən İdarə Heyəti onun saxlandığı şəraitdə həyatına təhlükə olduğunu ictimaiyyətin diqqətinə çatdırır və hər hansı hadisənin baş verəcəyi halda bütün məsuliyyətin Azərbaycan hakimiyyətinin üzərinə düşdüyünü bəyan edir.