İSMAYILLIDA 10 EV TƏHLÜKƏ ALTINDA
Tarix: 12-04-2012, 14:39 |
Çap et
”SÜRÜŞMƏ DAHA CİDDİ FƏSADLAR VERƏ BİLƏR”
İsmayıllı rayonu 2-ci Yeniyol kəndindəki sürüşmə zonasında aktivləşmə ilə əlaqədar olaraq 10 ev üçün təhlükəli vəziyyət yaranıb.
Artıq həmin evlərin bir neçəsi boşaldılıb. Bu barədə APA-ya İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfail Əhmədov bildirib. Onun sözlərinə görə, həmin evlər sürüşmə kütləsinin üzərindədir: ”Sürüşmə bir az da güclənərsə, daha ciddi fəsadlar verə bilər. Ona görə də, ərazidə araşdırmalar davam etdirilir”.