Əsas Səhifə > Cəmiyyət > İSMAYILLIDA 10 EV TƏHLÜKƏ ALTINDA
İSMAYILLIDA 10 EV TƏHLÜKƏ ALTINDA12-04-2012, 14:39 |
”SÜRÜŞMƏ DAHA CİDDİ FƏSADLAR VERƏ BİLƏR” İsmayıllı rayonu 2-ci Yeniyol kəndindəki sürüşmə zonasında aktivləşmə ilə əlaqədar olaraq 10 ev üçün təhlükəli vəziyyət yaranıb. Artıq həmin evlərin bir neçəsi boşaldılıb. Bu barədə APA-ya İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfail Əhmədov bildirib. Onun sözlərinə görə, həmin evlər sürüşmə kütləsinin üzərindədir: ”Sürüşmə bir az da güclənərsə, daha ciddi fəsadlar verə bilər. Ona görə də, ərazidə araşdırmalar davam etdirilir”. Geri qayıt |