Putinin Qafqazda toqquşma PLANI – “Kərimov oyunu”nda kartlar açıldı
Tarix: 4-12-2024, 10:20 |
Çap et
“Təcrübə göstərir ki, Rusiyada böyük hadisələr baş verdikdə, ya da Kreml çətin duruma düşdükdə bundan ilk Şimali Qafqaz respublikaları istifadə edir. Bu, Birinci və İkinci Dünya müharibəsi zamanı da belə olub”.
Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.
Onun sözlərinə görə, Şimali Qafqazda bu kimi hadisələr yeni deyil:
“Bu region ümumiyyətlə bir çox problemlə üz-üzədir. Lakin Rusiya son illərdə regionda ədavəti artırıb. Misal üçün Çeçenistanla Dağıstan, İnquşetiya ilə Şimali Osetiya arasında gərginlik günü-gündən artır.
Sui-qəsd cəhdləri də kifayət qədər çoxdur. Misal üçün bir müddət öncə R.Kadırova sui-qəsdin müqəssirinin dağıstanlı milyarder Süleyman Kərimov olduğu üzə çıxdı. Dağıstan rəhbəri onu müdafiə edəcəyini deyib.
Bundan başqa, regionda Rusiya hərbçilərinə, polis idarələrinə hücumlar da tez-tez olur. Rusiya bir az büdrədikdə Şimali Qafqaz cənubdan da betər ola bilər. Kreml regionun əldən çıxması halında təsirini saxlamaq üçün Cənubi Qafqazda olduğu kimi, burada da gərginliklər yaratmağa çalışır”.