Bir neçə icra başçısına "şələ-şüləni yığışdır" xəbərdarlığı... - Start düyməsi basılır
Tarix: 4-02-2016, 09:22 |
Çap et
DİA.AZ: - Bir neçə rayonun icra hakimiyyəti başçısına "yuxarılar" tərəfindən sərt xəbərdarlıq edilib. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə, bəlkə də bu gündən etibarən 10-a yaxın RİH başçısının vəzifəsindən kənarlaşdırılması, yerlərinin dəyişdirilməsi prosesinə start veriləcək.
Mənbənin dia-az.life-a söylədikləri: "Artıq xəbərdarlıqlar olunub. Yeni islahat dalğası başlayır. Özlərini doğrultmayanlar, qrup oyunlarına gedənlər var. Onlar cəzalanacaq. Birdəfəlik olaraq vəifədən atılacaqlar. Amma elələri də var ki, yenidən təyinat alacaqlar. Hələlik konkretləşmələr aparılır".
Xatırladaq ki, bu günlərdə yenidən Daşkəsənin icra başçısı Əhəd Abıyevin Xətai rayonuna rəhbər gətiriləcəyi haqda informasiyalar yayılıb. Burada həqiqət payının yüksək olduğunu bildirən mənbəmiz bunları dia-az.life-a açıqlamasında əlavə edib:
"Əhəd Abıyevin bağlı olduğu dairələr ona həmin vəzifəni söz veriblər. Məqsədinə yetərincə yaxındır. Amma mətbuat işləri korlayır. Hətta Əhəd Abıyev daha da irəli gedərək özünə komanda da qurub. Bir növ desək, indidən "vəzifəı alverinə" də başlayıb. Amma təyinat olacaq".
Əıavə bilgilərimiz olacaq, bizi izləyin...