Saxta məktəbli forması istehsal edən şəbəkənin arxasında kimlər dayanır? - Dövlət bacaracaqmı?
Tarix: 11-08-2015, 10:59 | Çap et
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqlərə başlayıb. Dövlət Komitəsindən bununla bağlı mətbuata verilən məlumata görə, monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır. Qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır. Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. Hazırda respublikada 2 müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. “Unikal” qəzeti isə xatırladır ki, bu kimi təftiş və yoxlamalar hər tədris ili ərəfəsində reallaşsa da saxta məktəbli formaları hansısa yollarla bazarlara üz tutur. Bəzi iddialara görə, saxta məktəbli formalarının qeyri-qanuni istehsalı və satışı ilə kifayət qədər güclü qruplaşma məşğuldur və bu səbəbdən də aparılan mübarizə tədbirləri gözlənilən effekti vermir. Qeyd edək ki, məktəbli formalarının istehsalı və satışı ilə rəsmi qaydada Bakı Tikiş Evi məşğul olsa da bazara daxil olan saxta məktəbli formaları az qala sözügedən fabrikin istehsalı ilə bərabər səviyyədə olur. Belədə isə ortaya maraqlı suallar çıxır: Saxta məktəbli formaları ölkəyə hansı yollarla gətirilir? Saxta məhsulların ucuzluğu onlara tələbətı artırır, bəs Bakı Tikiş Evi qiymət siyasətinə niyə göz gəzdirmək istəmir və s.... Bütün bunlar haqda bəzi qeydlərimizi oxuculara təqdim edirik. Yeni dərs ili yaxınlaşdıqca paytaxtda valideynlərin qayğılarına daha biri - məktəbli forması almaq da əlavə olunur. Amma formaların bahalılığı əhalini saxta mallara üz tutmağa sövq edir. BTE-dən verilən məlumatda isə bildirilir ki, məktəbli formalarının qiyməti istehsal xərclərinə müvafiq olaraq müəyyənləşir. Belə ki, məktəbli formaları tikilən parçalar həmişəki kimi Türkiyədən gətirilir. BTE Türkiyənin ”Bossa" firması ilə müqavilə bağlayıb və həmin şirkətdən keyfiyyətli parça alınır. İpliklər İngiltərədən, parça isə Türkiyədən alınır. Məhsullarının keyfiyyətinə tam zəmanət verən Bakı tikiş Evinin ən böyük problemi və narazılığı isə bazarlarda satılan saxta formalardandır. Belə ki, Çində və Bakıdakı gizli sexlərdə həmin formaların saxtaları satılır. BTE-dən verilən açıqlamalarda bildirilir ki, Bakıdakı kiçik sexlər onlara o qədər də problem yaratmır. Çünki onlarda 500, uzağı 600 geyim tikilib satıla bilər. Ancaq xaricdən minlərlə forma kilo halında gətirilib bazara çıxarılanda bu, Bakı Tikiş Evi üçün əhəmiyyətli itki deməkdir. Həmin sexlərdə tikilən və xaricdən gətirilən formalarda isə BTE-nin emblemləri olur və bir çox hallarda saxta məhsulu orijinaldan seçmək o qədər də asan olmur. Bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi saxta məktəbli formaları ilə bağlı hər il anoloji bəyanatları verir, monitorinq və yoxlamaların həyata keçiriləcəyini bəyan edir. Amma fakt faktlığında qalır ki, bütün bunlara baxmayaraq saxta məktəbli formaları əksər mağazalarda açıq şəkildə satılır və bu kimi hallara qarşı effektiv mübarizənin şahidi olmamışıq. Bu isə haqlı olaraq məsələylə bağlı müəyyən şübhələrin və söz-söhbətlərin yaranmasına səbəb olur. Bəzi iddialara görə, saxta məktəbli formalarının satışından əldə olunan gəlir milyonlarla ifadə olunur və bu işin arxasında olduqca ciddi fiqurlar dayanıb. Odur ki, hər il bəyan edilməsinə baxmayaraq həmin qrupa qarşı heç bir tədbir görmək mümkün deyil. Ehtimallardan biri isə ondan ibarətdir ki, bəzi hallarda saxta məktəbli formalarının satışı müvafiq qurumlarla “Azərbaycan qaydasında” razılaşdırılır və bu üzdən də biz hər il təkrarlanan eyni mənzərənin şahidlərinə çevrilirik. Artıq yeni tədris ilinin başlamasına az qalıb və bu məktəbli formaları ilə bağlı ənənəvi növzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Bu il vəziyyətin dəyişib dəyişməyəcəyi isə yaxın günlərdə bəlli olacaq. Hər halda ümid etmək istərdik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verdiyi bəyanatın arxasında sonacan dayana biləcək və saxta məktəbli formalarının satışıyla məşğul olan mafiya layiqli cəzasını alacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|