Əbülfəs Qarayev də Ağstafaya yoxlama göndərməlidir... - Maliyyə naziri bunu etdi...
Tarix: 31-07-2015, 10:54 | Çap et
Bu gün bölgələrdə mədəniyyət və turizm şöbələrinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi hər kəsə bəllidir. Ümumiyyətlə, son zamanlar daxil olan şikayətlər onu deməyə əsas verir ki, Mədəniyyət və Turizm Nazirliyinin yerlərdəki şöbələrində vəziyyət kritik həddə çatıb. Belə ki, bəzi kadrların vəzifələrinə biganə münasibət bəsləməsi, sui-istifadə halları bir çox fəsadlara yol açmaqdadır. Qeyd etmək yerinə düşərdi ki, nazir Əbülfəs Qarayev bu sahədə mənfi halların üzə çıxmamasından ötrü müxtəlif tədbirlər görür və işinin öhdəsindən gələ bilməyənləri cəzalandırır. Və bu sahədə hansısa problemin yaranmaması üçün əlindən gələni edir.
Lakin bütün bunlarla yanaşı, bu gün nazirliyin yerli şöbələrində kifayət qədər nöqsan və araşdırılmalı məqamlar var. Yeri gəlmişkən qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün bu gün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu "mədəniyyət ocaqları" hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldurlar ki, bu da haqlı olaraq vətəndaşların etirazı, şikayəti ilə nəticələnir. Əldə etdiyimiz məlumatlara görə, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son bir neçə il ərzində kifayət qədər mənfəət əldə edib. Qeyd edək ki, rayonda 1 mədəniyyət evi, 3 muzey, 2 klub, 3 kitabxana, kənd mədəniyyət evləri, klubları, kitabxanaları fəaliyyət göstərir. Lakin sakinlərin dediklərinə görə, rayonun ərazisi tarixi abidələrlə zəngin olsa da, mədəniyyət və turizm şöbəsi həmin abidələrin qorunması yönümündə lazımi tədbirlər görməkdə maraqlı deyil. Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsində bir sıra neqativ halların müşahidə olunduğuna diqqət çəkən sakinlər rayon icra hakimiyyətinin bu sahədə olub-bitənlərə seyrci mövqe sərgilədiyini qeyd edirlər. Deyilənə görə, Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən kitabxanalar və mədəniyyət evlərində, eləcə də digər müəssisələrdə çoxsaylı neqativ halların yer almasına səbəb olur. Elə bu nöqteyi-nəzərdən deyə bilərik ki, artıq Ağstafa rayonunda mədəniyyət sahəsində baş verən özbaşınalıqlar əndazə tanımır. Hətta iş o həddə çatıb ki, dövlət büdcəsi tərəfindən ayrılmış pulları silmək üçün müxtəlif vasitələrə əl atılır. Əldə etdiyimiz məlumatlara görə, rayonun mədəniyyət şöbəsinin müdiri Gülgün Kərimov bu işləri təkbaşına həyata keçirmir. Yəni bu işində ona yardımçı olan şəxslər var. Sakinlər bildirirlər ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda Gülgün Kərimovun vəsaitsilmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da Gülgün Kərimovun "ölü canlarıdır". Daxil olan məlumatlarda o da deyilir ki, Gülgün Kərimovun əsas qazanc yerlərindən biri də, kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən, lakin olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçiləridir. Yəni kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzərində fəliyyət göstərir. Hətta bəzi kənd klubları heç çayxana olaraq da fəaliyyət göstərmir. O da deyilir ki, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq, hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda Gülgün Kərimov tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Sonda isə onu qeyd edək ki, bizlər sadəcə daxil olan şikayətlər və məlumatlar əsasında hərəkət edirik. Mövcud problemlərin həlli isə, aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir.\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|