“Gəncədə mənəm, Bağdadda kor xəlifə” deyən “MERO” rəisi... - Ramiz Zeynalov onun adından sui-istifadə edən rəisi cəzalandıracaqmı?
Tarix: 25-07-2015, 10:22 | Çap et
Şəhərimizdə gözəl villalar, imarətlər görəndə "sağlıqla işlədəsiniz" deyirik. Amma burda bir incə məqam var. Bu cah-cəlal, bu zənginlik alın təri, zəhmət hesabına qazanılıb, yoxsa narkotik alveri, rüşvət, korrupsiya, qadın alveri, uşaq alveri, ciyər, ürək və s. alveri hesabına əldə olunub? Bəlkə qaçqınlara ayrılan humanitar yardımların hesabına başa gəlib bu saraylar? Bəlkə şəhid uşaqlarına, veteran ailələrinə ayrılan pullardan kəsilərək tikilib bu "quşqonmaz"lar? Söhbət halal, yoxsa haram yolla qazanılmış pullardan gedir. Halal-haram məsələsi isə, bizim uydurmamız-zadımız deyil, dünyanın 4 müqəddəs kitabında əsas dəyər kimi qəbul edilib. Düzdür, bu gün əksər xristian-Avropa ölkəsində məmurdan öz gəlirləri ilə bağlı dəqiq deklarasiya tələb edilir ki, pulun mənbəyi nədir? Bu elə halalıq deməkdir. Bizdə isə 5 ildir məmurların gəlirləri ilə bağlı qanun qəbul edilib, amma nəinki iri, heç xırda məmurlardan da hesabat tələb edən yoxdur. Hesabat olmayan yerdə isə halallıqdan, ədalətdən, inkişafdan danışmaq mənasızdır. Bəli 5-10, lap 100, hətta 1000 nəfər əla dolana, cənnət əhli kimi yaşaya bilər, ancaq bu 5-10, hətta 1000 nəfər millət demək deyil. 5-10 nəfər Tariyel deməkdir...tariyellər isə xalq demək deyil. Bizim istədiyimiz odur ki, ölkəni 5-10 nəfər yırtıcı kimi daraşıb yeməsin. Axı Tariyeldən soruşan yoxdur ki, sən dövlət məmurusan, poils sistemində çalışırsan, dövlətdən bəlli-konkret-300-400 manat maaş alırsan...bəs bu boyda imarətlər, villalar, mülklər, xarici maşınlar səndə haradandır? Axı miqyası milyonlarla ölçülən bu sərvətin bir mənbəyi olmalıdır. Axı dövlət məmurunun biznes fəaliyyəti ilə məşğul olması cinayətdir. Tariyel Məmmədov kimin dostudur? Tariyel Məmmədov hələ SSRİ vaxtında Daxili İşlər orqanlarında xidmətə qəbul olunub. Bir müddət sonra Azərbaycan Respublikasının Daxili İşlər orqanlarına xidməti iş yerini dəyişdirib və ölkənin ikinci paytaxtı adlanan Gəncə şəhərində DYPX-də xidmətini davam etdirib. Sonra Tariyel Məmmədov yenidən xidməti iş yerini DYPX-dən, Bas Dövlət Yol Polis idarəsinin Gəncə şəhərində yerləşən, 9 saylı Rayonlararası Qeydiyyat İmtahan Şöbəsinə- "MERO"-ya dəyişib və sürücülük vəsiqəsi verilən qrupa rəhbər təyin olunub. Onu da qeyd edək ki, həmin vaxtlar 9 saylı "MERO"-nun rəisi Oktay Xasıyev idi. Tariyel Məmmədov həmən vəzifəyə təyin olunan gündən Gəncəbasar zonasının, daha dəqiq desək, Xanlar (indiki Göygöl), Samux, Daşkəsən, Naftalan rayonlarının sürücülərinin qara günləri başlayıb. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər Tariyel Məmmədovun yanına gedərkən, onlara sürücülük vəsiqəsinin dövlət rüsumundan 10 dəfə artıq qiymət-rüşvət tələb edilirdi. Vətandaşların narazılığını T.Məmmədov belə cavablandırırdı ki, bu qiyməti mən yox, MERO-nun rəisi Oktay Xasıyev qoyub və bütün bu rüşvət rəisin cibinə gedir. Tariyel Məmmədov narazı olanlara bildirirdi ki, kimin nə iradı var buyursun Xasıyevin mənim otağımla üzbəüz olan kabinetinə, sözünü ona desin. Beləliklə Tariyel Məmmədov bütün narazılıqları öz rəisinin üzərinə yönəldirdi. Oqtay Xasıyev yatsa yuxusuna da girməzdi ki, Natiq Əfəndiyev, Qərib Həsənov kimi rəislər onu yerindən tərpədə bilmədilər, lakin Tariyel Məmmədov çox böyük özünəməxsus hiyləgərliklə Oqtay Xasıyevi aşırdıb onun yerinə rəis keçdi. Bundan sonra Gəncəbasar zonasının sürücülərinin problemləri birə yüz artdı. Tariyel Məmmədov öz tabeçiliyində olan şəxsi heyət ilə görüşərək bir məşhur nitq söylədi: Mən bu vəzifəyə təyin olunmaq ücün Ramiz Zeynalova 750.000 dollar pul vermişəm və bu gündən yeni tariflər təyin olunacaq. Hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov, bu pulun guya 650 AZN yuxarı çatacağını, qalan 150 AZN-in isə dədə malı kimi kollektiv arasında bölünəcəyini bilidirib. Bununla da Tariyel Məmmədov özünə yeni üsul icad elədi ki, kar, kor sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz. Tariyel Məmmədov öz işçilərinə tapşırır ki, hər cür vasitə ilə vətandaş imtahandan kəsilməlidir, əks halda səxsi heyət öz cibindən "katyol"a pul atmalıdır. Bu qayda ilə Tariyel Məmmədov "MERO"-nun tarixində yeni eranın əsasını qoydu. Baxmayaraq ki, MERO xətti T.Məmmədovun maddi durumunu zənginləşdirmişdir, rəis təyin olunan gündən T.Məmmədovun maddi durumu sürətlə artmaqdadır. Ancaq ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş Tariyel Məmmədovu qane etmir. Vətandaşlar ona narazılıqların bildirəndə, o vətəndaşları otağından qovaraq söyləyir ki, istəyirsiz gedin prezidentə sikayət edin, mənim ücün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm. Son vaxtlar isə bir çox yerlərdə söyləyir ki, yaxın zamanlarda Ramiz Zeynalovun yerinə özüm təyin olunacam. Bu arxayınlıq ondan yaranıb ki, Tariyel Məmmədov hər yerdə söyləyir ki, guya daxili işlər nazirinin müavini Vilayət Eyvazov onun yaxın dostudur, arxasıdır və sübut kimi də onu gətirir ki, guya hörmətli Vilayət Eyvazov Gəncə şəhərində iclas kecirərkən, tapşırıq verib ki, Tariyel Məmmədovu çağırın mənim yanımda olsun. Amma Tariyel Məmmədov bir məsələni unudur ki, hörmətli nazir müavini tabeçiliyndə olan hər bir polis əməkdaşını yanına çağırtdıra bilər və bu dostluq demək deyil. Bu gün Tariyel Məmmədov özünə yeni ləqəb qazanıb: oliqarx - sahibkar - rəis Azərbaycan Respublikasinda yaranan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Respublika Bas Prokurorluğunda yaranan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, hörmətli daxili işlər naziri Ramil Usubov və onun tabeçiliyində olan aidiyyəti idarələr, Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 160.000 dollar qiymətində olan BMV X6 markalı CİP, Torqovı küçəsində yerləşən ADİDAS dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA binası ilə üzbəüz yerləşən binada 1.250.000 manatliq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan Ciko adlanan geyim mağazası, Axundov bağının ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, İçəri-şəhər metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 10.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan yaşadığı villası. Bununla Tariyel Məmmədovun var-dövlətinin siyahısı bitmir, sadəcə, əgər siyahını davam etsək, qəzetimizin səhifəsində yer qalmaz. Əgər hüquq-mühafizə orqanlarının bizim dərc etdiyimiz siyahıya sübhələri varsa, başda Tariyel Məmmədov olmaqla biz bu mülkiyyətlərin rəsmi ünvanlarını, şəkillərini dərc edə bilərik. Onu da qeyd edək ki, T.Məmmədov özünə məxsus siyasət işlədib, bütün bu milyonlarla var-dövləti yaxın qohumlarının adına rəsmiləşdirib. Biz bir mətbuat vasitəsi olaraq daxil olan bu müdhiş informasiyanı cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırmaqla öz funksiyamızı yerinə yetirdik. Bunları araşdırmaq isə dövlət qurumlarının vəzifə borcudur. Amcaq onu bildirmək istəyirik ki, nikahı pozmaqla cinayətdən qaçmaq gülüncdür. Tariyel Məmmədovun sevimli bir şüarı var: Kim deyir, bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al. Ancaq bizə elə gəlir ki, bu dəfə Tariyel Məmmədovun sevimli şüarı onun köməyinə çatmayacaq. Qarşı tərəfin də söz demək haqqını qəbul edirik. P.S. Bu mövzuya yenidən qayıtmağımızın bir səbəbi var. Bu gün ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizədən danışılsa da, görünür, bu söz-söhbətlər Gəncəyə çatmayıb. Tariyel Məmmədovun rəhbərlik elədiyi qurumda rüşvət və korrupsiya nəinki yığışdırılmayıb, əksinə qiymətlərdə şok qaldırımlar var. Bu barədə geniş reportajı növbəti sayımızda oxuya biləcəksiniz. Bizi izləyin.(Reportyor.TV)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|