Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                 

Sabunçunu qarış-qarış satan icra başçısı... - Son 3 ilin acı hesabatı...
Tarix: 26-06-2015, 11:21 | Çap et
Sabunçunu qarış-qarış satan icra başçısı...
Azərbaycanda məmurların biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Amma buna baxmayaraq, bəzi millət vəkilləri, icra başçıları, nazirlər, komitə sədrləri, o cümlədən digər xırda rütbəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov qanunların icra başçılarına bizneslə məşğul olmağa imkan vermədiyini açıqlayıb: "Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam. Hökumət adamı dövlətin işilə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətinin təmin edilməsilə məşğul olmalıdır. Məmurun vəzifəsi budur.

Amma bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin". Deputatın da bildirdiyi kimi, hazırda bəzi məmurlar gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar. Bu günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin biznesi haqda maraqlı məlumatlar yayılıb. Bildirilib ki, Bakıdakı "Volkswagen", "Audi", "Seat", "Porsche" Sabunçunun rəhbərinə məxsusdur. İcra başçısının köməkçisi Müslüm Mahmudov deyilənlərin reallığı əks etdirdiyini bildirib: "Doğrudur, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də "Sarı gəlin" şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev "Sarı gəlin" şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur. Bəli, Adil müəllim "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil". İcra başçısının köməkçisi guya bu açıqlaması ilə başçını müdafiə edib. Əslində, o özü dolayısı ilə rayon rəhbərinin biznes layihələrində indi də yaxından iştirak etdiyini təsdiq etmiş olub. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Ənvər Vəliyevin biznes obyektlərinə rəhbərliyi sadəcə olaraq formal xarakter daşıyır: "İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir. O bu işlərdə, yəni pul məsələsində çox diqqətlidir və heç kimə etibar etmir. Məhz bu səbəbdən uzun illər dostluq etdiyi, keçmiş biznes ortağı və müavini Şakir Alıyevlə yollarını ayırdı. Müavini başçıdan xəbərsiz qazanc əldə etdiyinə görə cəzalandırıldı. Keçmiş dostların münasibəti Sabunçu rayonunun M-1 yolunun Kürdəxanı dairəsindən keçən hissəsinin sökülməsi və vətəndaşlara verilən kompensasiyanın çox hissəsinin silinməsinə görə pozuldu. Deyilənə görə, icra başçısının müavini Kürdəxanı bələdiyyəsinin keçmiş sədri Sabir Əliyevlə əlbir olaraq boş qalan əraziləri, zibilxanaları, hətta dar dalanları belə müxtəlif şəxslərin adlarına sənədləşdirərək dövlətin külli miqdarda vəsaitini havaya sovurub. Vətəndaşlara verilən kompensasiya sənədlərinə görə onlardan nəysə alınıb. Üstəlik, həmin kompensasiya sənədlərinin bir çoxunda, daha doğrusu bələdiyyə sədri tanıdığı vətəndaşların sənədlərində kompensasiya təqribən bir dəfə artıq göstərilib. Bəzi vətəndaşlar isə haqsızlıqla üzləşiblər və onların kompensasiyaları müxtəlif yollarla azaldılıb. Bilgəh, Nardaran, Kürdəxanı, Pirşəağı, Goradil, Novxanı, Saray, Corat istiqamətində salınan və ümumi uzunluğu 39,6 kilometr olan Bilgəh-Sumqayıt yolunun çəkilişi zamanı həyata keçirilən kompensasiya əməlində Şakir Alıyevin bələdiyyə sədri ilə birlikdə bir neçə milyon manata yaxın qazanc əldə etdiyi üzə çıxıb". Araşdırmalar göstərir ki, bundan xəbər tutan başçı bələdiyyə sədri Sabir Əliyevi vəzifəsindən çıxardaraq onun yerinə müəllimə işləyən bələdiyyə üzvü Həqiqət Zeynalovanı sədr təyin edib. Bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılması baş verən səs küylü pozuntu əməliyyatının bir müddət sakitləşməsinə səbəb olub. Amma hüquq-mühafizə orqanlarının işi araşdırmaqda davam etdiyini görən başçı köhnə dostu Şakir Alıyevi də istefaya yollayıb. Araşdırmalar nəticəsində onu da öyrəndik ki, uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb. Deyilənə görə, rayon ərazisindəki torpaq satışından son üç il ərzində külli miqdarda gəlir əldə edilib: "Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o "Sarı gəlin" şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Bu barədə deyilənlər tamamilə yalandır. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda "Sarı gəlin" şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. Tikilməkdə olan "Bakıxanov Rezidens"in ona məxsus olduğu deyilir". Sabunçu RİH-in rəhbəri barədə söylənən fikirlər bununla bitmir. Növbəti saylarımızda Adil Vəliyevin idmançılarımızın nəyə görə ciddi uğurlar qazanmasını istəməməsi, "Bakıxanov" stansiyasının yaxınlığında aparılan tikinti işləri, "AQAT" şadlıq sarayı, "Porshce Bakı" mərkəzində baş alıb gedən vergi pozuntuları, icra başçısının oğlu Ənvər Vəliyevin yaşadığı qlamur həyat, Şakir Alıyevin vasitəsilə həyata keçirilən qanunsuzluqlar və penoplast üzlüklərin sökülməsi zamanı yol verilən cığallıqlar barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
\\gundelik-baku.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru