Füzuli Ələkbərov 1 milyon manatlıq maliyyə fırıldağında İTTİHAM OLUNUR - "Səlim Müslümov nazir təyin olunduqdan sonra işlər dayandı"...
Tarix: 22-05-2015, 10:07 | Çap et
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş komandasının mənə 1 milyon 124 min manat borcu var”. Bu iddia Modern.az-ın redaksiyasına şikayət məktubu təqdim edən vətəndaş Vahid Əliyev tərəfindən irəli sürülüb.
O, müraciətində bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş komandasının yüksək vəzifəli şəxsləri ilə qurduğu əlaqələr nəticəsində nazirliyin tikinti sahəsində işlərində iştirak edib. Lakin nazirlikdə baş verən məlum kadr dəyişiklərindən sonra işləri yarımçıq qalıb, tərəflər arasında olan razılaşmalar nəticəsində nazirliyin “VİR-LM İnşaat Ticarət“ MMC-nin timsalında Vahid Əliyevə 1 milyon 124 min manat borcu qalıb.
Müraciətdə baş verən prosesdə iştirak edən bütün şəxslərin və razılaşmaların şərtləri açıq şəkildə təqdim edilir. Lakin iddiaların ciddi olduğunu nəzərə alaraq, şikayət məktubunda adı çəkilən şəxslərin mövqelərini də təqdim etməyi vacib bildiyimiz üçün onlarla əlaqə saxlamağa çalışdıq.
İtiihamda adıçəkilən 5 vəzifəli şəxsdən yalnız biri ilə əlaqə yaratmaq mümkün oldugundan (digərləri ya zənglərə cavab vermir, ya da əvvəllər hamıya məlum olan əlaqə nömrələrini ləğv ediblər) yalnız onun fikirlərini təqdim etməklə müraciətin ümumi mahiyyətini açıqlayırıq.
Şikayətçi Vahid Əliyev 2011-ci ilin noyabr ayında qardaşı Rüfət Ağababa oğlu Əliyevin direktoru və təsisçisi olduğu “VİR-LM İnşaat Ticarət“ MMC-yə tikinti işi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib.
Görüşdüyü səlahiyyətli şəxslər (onlarla əlaqə yarada bildikdən sonra adlarını və fikirlərini təqdim etməklə mövzunu davam etdirəcəyik-red.) işbirliyinə razılıq vermək üçün şərt qismində nazir Füzuli Ələkbərovun adından təklif irəli sürüblər.
Təklif edilib ki, “VİR-LM İnşaat Ticarət“ MMC nazirliyin Buzovna qəsəbəsində yerləşən 9 saylı internat evinin əsaslı təmirini öz hesabına həyata keçirsə, gələcəkdə ona böyük həcmli təmir-tikinti işi veriləcək.
Çünki həmin işin tenderi keçirilib və qalib olan “VAFİ” MMC-yə avans olaraq 362 min manat pul ödənilib. “VAFİ” MMC (bu şirkət nazirliyin rəhbərliyinə məxsusdur – V.Əliyev) isə bu işi subpodratçı kimi üçüncü şəxslərə verib (əslində bu da qanun pozuntusudur – V.Əliyev).
Lakin həmin şəxslər avtomobil qəzasına düşərək həlak olub (söhbət 2011-ci ilin noyabr ayının 15-də Sanqaçal qəsəbəsi ərazisində avtomobil qəzasına düşərək həlak olan Vüqar Həsənov və Elxan Camalxanovdan gedir- V.Əliyev).
Nəticədə heç bir iş görülməyib və ayrılan pul arada batıb.
Şikayətçi Vahid Əliyev
V.Əliyev qeyd edir ki, nazirlikdə ona deyiblər ki, bu məsələni başa çatdırdıqdan sonra ona daha böyük işlər veriləcək, nəticədə yavaş-yavaş həm bura xərclərdiyi pulları çıxaracaq, həm də əlavə qazanc götürəcək:
“Mən şərtlə razılaşdım və banklardan kredit götürərək 2011-ci ildə işə başladım, 2012-ci ilin sonunda isə başa çatdırdım. Lakin işin gedişatında qarşıya nəzərdə tutulmayan əlavə xərclər çıxdığına görə nazirliyin nümayəndələri ilə razılaşdıraraq özümdən tam 460 min manat vəsait xərclədim. Bu faktı nazirliyin nəzarətçiləri də təsdiqlədilər. Yekunda bu söhbət nazirliyin səlahiyyətli şəxsləri ilə razılaşdırıldı. Yəni gələcəkdə veriləcək işdə mənim Buzovna İnternat evinə çəkdiyim əlavə xərclər də nəzərə alınmalıydı.
2013-cü ilin fevral ayında nazirliyin Protez Ortopedik Bərpa Mərkəzinin əsaslı təmiri işi mənə verildi. Ona görə də tenderin rəsmi qalibi olan “Bazis-İnşaat” MMC ilə (bu şirkət də nazirliyin rəhbərliyinə məxsusdur- V.Əliyev) bizim “VİR-LM İnşaat Ticarət“ MMC arasında subpodrat müqaviləsi bağlandı və qiymətlər razılaşdırıldı.
Müqavilənin qiyməti 3.850.000 (üç milyon səkkiz yüz əlli min) manat təşkil edirdi. Əslində bu rəqəm tender qiymətinin cüzi bir hissəsi idi. Müqaviləyə əsasən, hər növbəti ayın 5-i “Forma-2” əsasında ödənişlər olunmalıydı.
2013-cü ilin sentyabr ayına kimi bu şərtə əməl olundu, yəni hər ay görülmüş işlər üzrə “Forma-2” təqdim olunub və onun əsasında vəsait ödənilib. Lakin sentyabr ayından etibarən gördüyümüz işlərin dəyəri ödənilmədi.
Belə ki, 2013-cü ilin sentyabr ayı üçün “Forma-2”yə əsasən 318.348,66 manat, oktyabr ayı üçün 170.269,91 manat (cəmi 488.618,57) manat ödənilməmiş qaldı. Oktyabr ayının 22-dən, yəni Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra isə nazirliyin və “Bazis-İnşaat” MMC-nin tələbi ilə işlər dayandırıldı.
Sonra isə bizə bildirdilər ki, “ümumiyyətlə bu iş sizdən alınır və iş başqaları tərəfindən davam etdiriləcək”. Bunun mənim üçün nə demək olduğunu başa düşmək çətin deyil. Çünki bundan əvvəlki işə xərclədiyim pulları mən kredit götürmüşdüm və onların ödənilmə vaxtı çoxdan çatıb. Hazırda mən özüm də, bu işdə çalışan işçilər də çox acınacaqlı vəziyyətdəyik.
Belə ki, firmamız həm mal-materialların dəyərinin, həm banklara olan borcların, həm də işçilərin əmək haqlarının ödənilməsində çox ciddi problemlərlə üzləşib. Artıq il yarımdan çoxdur ki, gördükləri işə görə pullarını ala bilmirlər. Onların içərisində elələri var ki, başqa gəlir yerləri yoxdur. Eyni zamanda işçilərimiz arasında müharibə veteranları var. Artıq insanlar beziblər. “Bazis-İnşaat” MMC-nin rəhbərliyi ilə apardığımız danışıqlar heç bir nəticə vermir. Deyirlər ki, “nazir dəyişib, biz heç bir şey edə bilmirik””.
Modern.az saytı məsələ ilə bağlı şikayətdə adı keçən 5 səlahiyyətli şəxsdən ƏƏSMN-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin (Tikinti Departamenti) keçmiş direktoru Kərim Kərimovun mövqeyini öyrənə bilib.
V.Əliyevin müraciətində K.Kərimovla bağlı iddiada qeyd edilir ki, “Bazis-İnşaat” MMC ilə danışıqlardan sonra Tikinti Departamentinin direktoru Kərim Kərimovun oğlu, “VAFİ” MMC-nin işçisi Əli Kərimov atasının adından V.Əliyevlə görüşüb. Şikayətçi Vahid Əliyevin dediklərindən:
“Əli Kərimov mənə dedi ki, bu işin “VİR-LM İnşaat Ticarət“ MMC-yə veriməsi üçün atası Kərim Kərimovun da razılıq verməsi lazımdır. Buna görə ona 175.000 manat verməli olduğumu söylədi. Mən razılaşmadım. O isə dedi ki, “sən bizdən mal-material da götür, onsuz da “Forma-2”lərə atam imza qoyur. Orda sənə 350 min manat hörmət olunacaq. Görülməmiş əlavə işlər yazarsan, atam pulu keçirəcək”. Bu şərtlə razılaşdıq. O, mənə 2000 kv.m alüminium asma tavan və başqa avadanlıqlar verməyi öhdəsinə götürdü. Asma tavan verilsə də, başqa avadanlıqlar verilmədi. Hər dəfə “Forma-2”lər üzrə edilən ödənişlərdən mən Əli Kərimov vasitəsilə atası Kərim Kərimova 8 mart – 19 sentyabr 2013-ə tarixi arasında 213 min manat pul vermişəm. 8.03.13 tarixində 40.000 manat, 18.03.13 tarixində 10.000 manat, 18.04.13 tarixində 35.000 manat, 8.05.13 tarixində 20.000 manat, 21.06.13 tarixində 5.000 manat, 17.07.13 tarixində 50.000 manat, 10.08.13 tarixində 8.000 manat, 28.08.13 tarixində 30.000 manat, 19.09.13 tarixində 15.000 manat (ümumilikdə 213.000 manat). Bu vəsaitləri nağl şəkildə Əli Kərimova vermişəm. Bu qiymətə 2000 kv.m asma tavanın 30 min manat dəyəri də daxildir. Hətta o imkan vermirdi ki, əvvəlcə işçilərin, mal-materialın pulu verilsin, o dəqiqə onlara çatacaq pulu tələb edirdi. Materialların arxası gəlmədiyindən, danışdığımız əlavə işlərin həyata keçməməsi və 2013-cü ilin oktyabr ayında nazir Füzuli Ələkbərovun işdən çıxarılmasından sonra mən Kərim Kərimovun oğlu Əlidən pulumu geri tələb etdim. 213 min manatdan 30 min manat çıxdıqdan sonra onların mənə 183 min manat borcu qaldı. Əli 20.02.2014-cü il tarixində mənə cəmi 10 min ABŞ dolları qaytardı və bildirdi ki, daha pul qaytara bilməyəcək. Əvəzində Kərim müəllim başqa yerdən iş təşkil edəcək. Sonuncu dəfə mən Əli ilə 14 iyun 2014-cü ildə danışdım ki, bəs nə oldu. O da bildirdi ki, “ümumiyyətlə sənə heç nə verilməyəcək. Atam bu pulu sizdən təmir işinə görə alıb, biz də o pulların hamısını özümüzə götürməmişik, yuxarılara çatdırmışıq””.
Modern.az məsələ ilə bağlı Kərim Kərimovun mövqeyini öyrənmək üçün ona müraciət etdiyi zaman əvvəlcə özü aqressiv və kobud şəkildə danışaraq, bizi məhkəməyə verəcəyi ilə hədələdi. Çətinliklə də olsa onlara izah edə bildik ki, redaksiyaya şikayət ərizəsi daxil olub və yazı birtərəfli olmasın deyə, qarşı tərəf kimi ondan da rəy alırıq.
V.Əliyevin iddiasına münasibət bildirən Kərim Kərimov redaksiyaya ünvanladığı məktubda bildirib ki, Buzovna qəsəbəsində yerləşən 9 saylı İnternat evinin əsaslı təmirinə ayrılmış vəsait hesabına görülmüş işlərin dəyəri tam ödənilib: “Vahid Əliyevin yazdığına görə, Protez Ortopedik Bərpa Mərkəzinin əsaslı təmiri işi 460.000 manat borc hesabına verilib (Əslində Buzovna qəsəbəsində yerləşən 9 saylı İnternat evini əsaslı təmirinə ayrılmış vəsait hesabına görülmüş işlərin dəyəri tam ödənilib). Həmin dövrdə Protez Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinin tender qalibi «Bazis-İnşaat» MMC olub. Tikinti işlәrini aparmaq üçün həmin təşkilat nazirliklə müqavilə bağladı. Təsdiq olunmuş nizamnaməyə uyğun olaraq, tikintiyə nəzarəti mənim rəhbərlik etdiyim təşkilat həyata keçirdi.
«Bazis-İnşaat» MMC müqavilədə göstərilən işlәrin bir hissəsini subpodrat tәşkilat kimi «VİR-LM İnşaat Ticarәt» MMC-yə vermişdi.
Belә ki, «Bazis-İnşaat» MMC nazirliklə bağladığı müqavilənin şәrtlәrini yerinә yetirmәk üçün özü tәrәfindәn istәnilәn tәşkilatı görəcəyi işlәrә cәlb edә bilәrdi. Belәliklә dә, nәticә olaraq bildirirәm ki, bu tikinti işlәrinin aparılmasında tәrәfdaş kimi ƏƏSMN-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti ancaq «Bazis-İnşaat» MMC-ni tanıyırdı. 3 N-li və 2 N-li formalar (görülmüş işlər) «Bazis-İnşaat» MMC tərəfindən təsdiqlənirdi. Mənim «VİR-LM İnşaat Ticarәt» MMC-ilə heç bir əlaqəm olmayıb.
Vahid Əliyevin qeyd etdiyi kimi, «Bazis-İnşaat» MMC mötəbər bir şəxsin olduğu üçün mən və oğlum Əli Kərimov Vahid Əliyevin qarşısında hər hansı bir şərt qoymaq iqtidarında deyildik.
Yəni ondan pul almağı ağlımıza belə, gətirə bilməzdik. Ona görə də, Vahid Əliyevin guya, bizə verdiyi pul iddiası böhtandır”.
Qeyd edək ki, V.Əliyevin müraciətində problemin həll olunması üçün müvafiq dövlət qurumuna müraciət olunduğu, məsələnin araşdırıldığı və hətta bu proses zamanı K.Kərimovun adamları tərəfindən ona 175.000 manatln əvəzində avtomobil və müəyyən məbləğdə pul təklif olunduğu bildirilir.
V.Əliyev iddia edir ki, ümumi məbləğ az olduğu üçün o, bu təklifdən imtina etdikdən bir müddət sonra vəziyyət dəyişib, ümumiyyətlə araşdırma prosesi dayanıb və onunla əlaqələr kəsilib.
Dövlət qurumundan isə məsələnin onlara aidiyyatı olmadığı barədə rəsmi cavab verilib.
Araşdırmalar davam etdiriləcək.
Modern.az
P.S. Şikayət məktubunda adı çəkilən bütün şəxsləri dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|