İki icra başcısından Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə şikayət edildi - Narazılıq var
Tarix: 3-03-2015, 11:16 | Çap et
Qəzetimizin 28-31 yanvar və 05-10-12-17-20-24-26 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:
"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddia edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi.
Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralov, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri Ramil Usubova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olub: "Digər tərəfdən bu hadisəyə Rövşən Aslanovun və onun qohum icra başcıları tutduqları vəzifədən sui-istifadə edərək, mənə, mətbuata və ictimaiyyətə saymamazlıq, hörmətsizlik etməsi ilə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik kimi dəyərləndirirəm".
- Əbülfəz müəllim başınıza gətirilən bu hadisə ilə bağlı biz artıq 10-cu yazını hazırlayırıq. Özünüzün də dediyiniz kimi, Rövşən Aslanov və onun qardaşı Xızının icra başcısı Xəzər Aslanov, qaynı və iş ortağı Neftçalanın icra baçcısı İsmayıl Vəliyev tərəfindən hələ ki, heç bir reaksiya göstərilməyib. Baxmayaraq ki, bu məsələyə mətbuatın diqqəti kifayət qədərdir. Bəs növbəti addm kimi nə etmək qərarındasınız?
- Bəli, mənim bu problemimə mətbuat kifayət qədər diqqət yetirsə də, keçən dəfə dediyim kimi, bu insanlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzi sayt və qəzetlərin rəhbərlərini nəyinsə hesabına susdurmağa çalışırlar. Amma buna baxmayaraq, bu məsələ artıq ictimailəşib və mətbuatın gündəmindədir. Hətta keçən yazımızda Rövşən Aslanovun Türkiyənin Milli İstihbarat Təşkilatının adından istifadə etməsi ilə bağlı məlumatdan sonra qardaş ölkənin də bəzi mətbuat nümayəndələri bu məsələ ilə bağlı maraqlanmağa başlayıb. Yaxın günlərdə bu məsələ türk mətbuatında da geniş işıqlandırılacaq. O cümlədən mən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hökumətlərarası əməkdaslıq haqqında sazişin 39-cu maddəsinə əsasən, yəni mütəşəkkil cinayətkarlıqla birgə mübarizə barədə müqaviləni əsas tutaraq qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti cənab İlham Əliyevə bigə müraciət ünvanlayacağam. İki dövlət bir millət olan Türkiyə və Azərbaycan prezidentlərindən bu məsələni hər iki dövlətin hüquq-mühafizə orqanları tərəfindən birgə araşdırılması barədə göstəriş vermələrini xahiş edəcəm. Bəlkə bundan sonra bu işin obyektiv və qərəzsiz araşdırılması təmin oluna.
Digər tərəfdən, mən başıma gətirilən haqsızlıqları bu qədər ciddiyə almağımın səbəbi tək maddi amillə bağlı deyil. Rövşən Aslanov və himəyadarları olan icra başcıları tutduqları vəzifəyə güvənərək dələduz əməllərini davam etdirmələrini bir zabit kimi qəbul edə bilmirəm. Və bu mənim qüruruma toxunur. Məhz bu baxımdan, mən bu cür səlahiyyət sahibləri ilə mübarizəni aparıram. Sona qədər də aparacağam. Əgər apardığım mücadilə də nəticə verməsə, son çıxış yolu kimi Novruz bayramı ərəfəsində uzun illər daşıdığım zabit rütbəmdə və formamda Baş Prokurorluğun qarşısında özümü yandırmaq yolu ilə intihar edəcəyəm . Bu cür haqsızlığa, ədalətsizliyə dözüb yaşamaqdansa, ölmək daha şərəflidir. Mətbuat nümayəndələrinin və ictimayyətin diqqətinə çatdırıram ki, bu aksiyanı həyata keçirməzdən əvvəl onlara əvvəlcədən bu barədə ətraflı məlumat verəcəyəm.
Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətinin sonunda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmək üçün ona şəraitin yaradılması barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət ünvanladı.
Hörmətli Vaqif müəllim!
Xızı rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı və Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və biznes şəriki, FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, həyata keçirmiş özbaşnalıq və dələduzluq əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu etibarımdan süi-istifadə edərək, əmlakımı və pulumu ələ keçirmək məqsədilə qabaqcadan düşünülmüş qaydada qrup şəklində dələduzluq edərək mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində pulumu mənimsəmişdir.
Bu günə qədər etdiyim çoxsaylı müraciətlərə baxmayaraq, Aslanov Rövşən Qəşəm oğlunun himayədarlarının sayəsində məsələ araşdırılmayıb.
Hörmətli Vaqif müəllim!
Bu müraciətimlə sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi növbəti görüşlərin birində mənim də iştirakıma şərait yaradasınız. Müraciətlərimin nəzarətə götürülüb araşdırılması üçün Prezidentimə şəxsən təqdim edim.
Hörmətlə: Əliyev Əbülfəz Cəlal oğlu. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
|