Təhsil Nazirliyi "işgəncə"yə niyə göz yumur - "Qanun cəngəlliyi"...
Tarix: 16-07-2022, 13:00 | Çap et
Fiziki məhdudiyyətli uşaqların təhsillə və məktəb qeydiyyatı ilə bağlı problemləri davam edir. Sentyabr ayında məktəbə başlamalı olan bu uşaqlar və onların valideynləri indidən məktəblər arasında get-gələ düşüblər. Fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş 3, 11 və 268 nömrəli məktəblərdən valideynə bildirilib ki, Təhsil haqqında yeni qanuna görə, artıq məhdudiyyəti olan uşaqlarla sağlamlıq vəziyyəti normal olan uşaqlar bir məktəbdə təhsil alacaqlar, buna görə də uşağı həmin məktəbin qeydiyyatına ala bilməzlər. Problem burasındadır ki, elə normal məktəblər də həmin uşağı qəbul etmir və deyir ki, O, fiziki məhdudiyyətlidir və bu təyinatda olan məktəbdə təhsil almalıdır. Təhsil Nazirliyinin “başını buraxdığı” və Bakı Təhsil İdarəsinə həvalə etdiyi bu təhsil ocaqları indi valideynləri get-gələ salır,
Məlumat üçün onu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz fiziki məhdudiyyəti olan uşaqlarçün nəzərdə tutulmuş məktəblərdə təhsil müddəti 9-10 il təşkil edir və bu müəsisələri bitirən şagirdlər birbaşa universitetə sənəd verə bilməzlər. Onlar gərək ilk növbədə texnikum səviyyəsində təhsil alsınlar, ondan sonra universitetə imtahan verə bilsinlər. Burada isə məqsəd aydındır: bu uşaqlar oxuma-yazma və bir qədər də rəqəm tanısınlar, vəssalam...
Öncələri məhdudiyyətli uşaqlara təhsil vermiş, bu sahədə kifayət qədər məzunu olan 219 nömrəli evdə təhsil tam orta məktəbi isə bağlanılır. Bu haqda Təhsil Nazirliyinə göndərdiyimiz sorğu ordan da birbaşa Bakı Təhsil İdarəsinə yönləndirilib və İdarədən redaksiyamıza bu cavab gəlib:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, 219 nömrəli evdə təhsil tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris, pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyi tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı 219 nömrəli evdə təhsil tam orta məktəbin fəaliyyətində tədris-pedaqoji sənədlərin mövcud qanunvericiliyin tələblərinə və evdə təhsilin təşkilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ”Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na uyğun aparılmadığı müəyyən olunub. Bunları nəzərə alaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsilalanların hüquq və vəzifələrinin həyata keçirilməsi baxımından evdə təhsilə cəlb olunacaq yeni şagirdləri 219 nömrəli evdə təhsil tam orta məktəbinə yönləndirməməsi, 219 nömrəli evdə təhsil tam orta məktəbində təhsil alan şagirdlərin müvafiq məktəblərdə evdə təhsillərinin davam etdirmələri məsələsinə PTPK tərəfindən baxılaraq qərar verilməsi və 219 nömrəli evdə təhsil tam orta məktəbinin pedaqoji heyətinin digər məktəblərdə işlə təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb”.
3, 11 və 268 nömrəli fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş məktəb şagirdlərinin nə üçün birbaşa universitetə imtahan verə bilmədikləri barədə sorğumuz isə Bakı Təhsil İdarəsi tərəfindən görməzdən gəlinib və necə deyərlər, adamlar “nala-mıxa” vurublar. Həmin sorğuda yer alan sualı və qurum tərəfindən o suala verilən cavabı oxucularımıza təqdim edirik.
Bizim sorğu: “…Həm özünün, həm də övladının əlilliyi olan vətəndaş tərəfindən redaksiyamıza verilən məlumata görə, fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan 3, 11 və 268 nömrəli məktəblərdə təhsil müddəti 9-10 ildir və bu məktəbləri bitirən fiziki məhdudiyyətli şagirdlər birbaşa universitet səviyyəsində təhsil ala bilməzlər. Onlar ilk öncə texnikum səviyyəsində təhsil almalıdırlar. Texnikumu bitirdikdən sonra universitetə imtahan verə bilərlər. Qeyd olunan məktəblərdə belə bir prosedur mövcuddurmu? Həqiqətənmi, həmin şagirdlər texnikum bitirməmiş universitetə qəbul ola bilməzlər? Belə bir daxili qayda varsa, bu, hansı əsaslara dayanır?"
Bakı Təsil İdarəsindən verilən cavab: “3, 11, 268 nömrəli məktəblər xüsusi təhsil məktəbləridir, əqli məhdudiyyətli sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub. Tədris şagirdin sağlamlıq vəziyyətindən asılı olaraq Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) qərarı əsasında həm məktəbdə, həm də evdə təşkil oluna bilər”.
Göründüyü kimi, verilən cavabla sual arasında heç bir bağlantı yoxdur, necə deyərlər, mən dağdan danışıram, o arandan. Təhsil Nazirliyinin cavablamaqdan boyun qaçırdığı və Bakı Təhsil İdarəsinə yönləndirdiyi suallarımıza baş-ayaq cavab verilməsi, “Tarixi-Nadir” cümlələrinin qurulması, qeyd olunan problem barədə ciddi çatışmazlıqların, qanun pozuntularının olmasından xəbər verir. Bakı Təhsil İdarəsinin mətbuatın sorğusuna göndərdiyi cavabı şərh etmək üçün gərək pul verib, bir vəkil, ya da dilçi alim tutasan. Ölkədə qanunlardan ibarət elə bir cəngəllik düzəldilib ki, kimin haqqı kimin cibindədir - ayırd etmək olmur... Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|