""İrşad Elektronics" mənim kimi müştəriləri aldadıb..." - GİLEY
Tarix: 12-11-2020, 12:41 |
Çap et
DİA.AZ: - ""İrşad Elektronics" nəhayət, mənə məlumat verdi ki, siz telefonu təhvil verəndə üstündə cızıq olub, deməli telefonu satıcı satanda üstündə cızıq olduğunu görməyin mümkün olmadığı üçün göstərir satır, sonradan "İrşad Elektronics"in texniki servisində işçidə olan xüsusi işıq vasitəsilə üstünün cızığını görməyin mümkün olduğunu öyrəndim". DİA.AZ bildirir ki, bu barədə Asif Əmiraslanov adlı narazı vətəndaş sosial şəbəkədə gileyini çatdırıb.
Narazı vətəndaş bildirir ki, "İrşad Elektronics"də ümumiyyətlə müştəri məmnuniyyəti önəmli deyil: "Adi baxanda bilinmir, mən sual verdim ki, satanda cızıq olub bəlkəm, deyir xeyir sizin gözünüzün qabağında açılıb, baxımısız, verdikləri qəbzdə olan qaydaları oxuyub sual verdimki, bəs mənim malıma bunun nə aidiyyatı var dedi sizə aidiyyatı yoxdu, sadəcə şirkətin qoyduğu şərtlər budu, bir sözlə mənə defekt telefon satdılar, mən bu məlumatı paylaşıram ki, "İrşad Elektronics" mənim kimi müştəriləri aldadıb defekt mal satması, heç kimi aldatmasın, insanların haqqına və cibinə girməsinlər".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...