Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
“Bu gün Azərbaycanın ən şərəfli günlərindən biridir. Bir kəlbəcərli kimi 25 noyabrın necə şanlı bir tarix olduğunu daha yaxşı dərk edirəm. Mən Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla, ordumuzda minnətdaram ki, Kəlbəcəri bizə yenidən qaytardılar”.
Bu sözləri Gununsesi.info-ya özəl açıqlamasında əslən Kəlbəcərdən olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, sabiq millət vəkili Cavid Qurbanov doğulduğu torpağın işğaldan azad olunması günü ilə bağlı deyib.
Cavid Qurbanov bildirib ki, Kəlbəcərin Azərbaycan üçün xüsusi yeri var:
“Ulu öndər Heydər Əliyev demişdir ki, Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət tarixini öz qəlbində, sinəsində saxlayan bir rayondur”.
O, həmçinin vurğulayıb ki, bu gün Kəlbəcər ən müasir formada qurulur:
“Bu rayonun ölkəmizdə özünəməxsus yeri olacaq, bundan heç kimin şübhəsi olmasın. Kəlbəcər tam qurulandan sonra o cümlədən Turizm sektoruna da böyük qatqısı olacaq. Çünki bilirik ki, Kəlbəcər necə gözəl və zəngindir. Bu gün kəlbəcərlilər də öz evlərində yaşamağı səbirsizliklə gözləyirlər. Bir daha mən bu günü bizə bəxş edən Ali Baş Komandamıza, ordumuza təşəkkür edirəm. Şəhidlərimizin ruhu şaddır, bizlərin də könlü şad.”